Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
3
Добавлен:
01.05.2025
Размер:
4 Мб
Скачать
☆

Böyük alicənablıq

Cəməl savaşı başa çatdıqdan sonra Təlhənin oğlu Musanı Əmirəl-mö’mininin (ə) yanına gətirdilər. Həzrət buyurdu: “Üç dəfə “əstəğfirullahə və ətubu iləyh” söylə.” Musa belə də etdi. Həzrət onu azad edib buyurdu: “İstədiyin silah və miniyi götür, istədiyin yerə get. Allahdan qorx və evdə otur.”440

Yetimlərə sevgi

Əmirəl-mö’minin (ə) ölkənin vəziyyətindən, xüsusi ilə yetimlərdən və ehtiyaclılardan tam xəbərdar olsa da, bə’zən öz valilərinə və İslam ümmətinə ibrət olsun deyə qeyri-adi işlər görürdü.

Bir gün çiynində su məşki aparan qadın gördü. Məşki ondan aldı və onu istədiyi yerə apardı. Qadından vəziyyətini soruşdu. Qadın dedi: “Əli ibn Əbi Talib ərimi sərhədə göndərdi, ərim orada dünyasını dəyişdi. İndi yetim uşaqlarla qalmışam, onları dolandırmağa bir şeyim yoxdur. Məcbur qalıb başqaları üçün işləyirəm.” Əmirəl-mö’minin (ə) evə gəlib gecəni çox narahat keçirdi. Sübh vaxtı bir zənbil təam götürüb qadının evinə yola düşdü. Ətrafındakılar zənbili ondan almaq istəsələr də həzrət imtina edib buyurdu: “Qiyamət günü mənim ağır yükümü kim daşıyacaq?”

Həzrət qadının qapısını döydü. Qadın dedi: “Kimdir?” Həzrət buyurdu: “Sənin üçün su məşkini gətirən həmin qulam. Qapını aç, uşaqlarına ərzaq gətirmişəm.” Qadın dedi: “Allah səndən razı olsun, mənimlə Əli arasında hökmünü versin!” Həzrət daxil olub buyurdu: “Savab qazanmaq istəyirəm. Mənə bir iş de: xəmir edim, çörək bişirim, yoxsa uşaqları saxlayım?” Qadın dedi: “Mən çörək bişirim, sən uşaqları saxla.” Qadın deyir: “Mən çörək bişirməyə getdim, Əli yemək bişirib uşaqları yedirməyə başladı. O uşaqların ağzına bir tikə qoyub deyirdi: “Övladlarım, başınıza gələnlərə görə Əlini halal edin!” Xəmir hazır olandan sonra qadın dedi: “Ey Allah bəndəsi, təndiri qala.” Əli təndiri qalayıb üzünü onun istisinə tutdu. Hərarəti hiss edib dedi: “Ya Əli! Yaxşı dad, bu dul qadın və yetimlərin haqqını tapdayanın cəzasıdır!” Qəfildən qonşu qadınlardan biri Əlini (ə) görüb tanıdı və ev sahibəsinə dedi: “Vay olsun sənə! Bu ki, Əmirəl-mö’minindir (ə).” Qadın həzrət Əliyə yaxınlaşıb dedi: “Sizdən xəcalətli oldum, ey Əmirəl-mö’minin (ə)!” Həzrət buyurdu: “Mən səndən də çox xəcalətliyəm, sənə münasibətdə səhlənkar olmuşam.”441

Ev üçün bazarlıq

Həzrət Əli (ə) Kufədə bazardan xurma alıb onu ətəyində evə aparırdı. Onu görənlər yaxınlaşıb deyirdi: “Ya Əmirəl-mö’minin! Verin biz götürək. Həzrət buyururdu: “Ailə-övladı olan kəs onlar üçün yük daşımağa daha layiqdir.”442

Beş halda ayaqyalın

Əmirəl-mö’minin Əli (ə) beş vaxt ayaqqablarını çıxarıb sol əlində tutar və ayaqyalın hərəkət edərdi: fitr bayramı günü, qurban bayramı günü, cümə günü, xəstəni yoxlayan zaman, dəfn zamanı. Həzrət buyurardı: “Bu beş yer Allaha məxsusdur və Allaha məxsus olan yerdə ayaqyalın qalmaq istəyirəm.”443

Bazarda davranış

Əmirəl-mö’minin (ə) bazarda tək gəzərdi. Yolu itirənə yol göstərər, imkansıza əl tutardı. Satıcılar üçün Qur’andan bir ayə oxuyardı: “Axirət sarayını yer üzündə üstünlük axtarmayıb, fəsad törətməyənlər üçün qərar vermişik. Xoş aqibət pəhrizkarlara məxsusdur.”444

Piyada süvarinin ardınca gəlməsin

İmam Sadiq (ə) buyurur: Əmirəl-mö’minin (ə) süvari halda getdiyi vaxt yoldaşları piyada onun arxasınca gəlməyə başladı. İmam onlara üz tutub buyurdu: “Bir istəyiniz var?” Dedilər: “Yox, ya Əmirəl-mö’minin (ə)! Səninlə birgə hərəkət etmək xoşdur.” Həzrət buyurdu: “Geri dönün, piyadanın süvarinin ardınca gəlməsi süvari üçün fəsad, piyada üçün zillətdir.”445

Yəhudinin müsəlman olması

Əmirəl-mö’mininin (ə) hakimiyyəti dövründə Şüreyh qazi idi. Həzrət yəhudi bir şəxslə məhkəməyə gəldi ki, Şüreyh onların arasında hökm versin. Məhkəmədə yəhudiyə dedi: “Sənin əlində olan zireh mənimdir. Mən onu nə satmışam, nə də bağışlamışam.” Yəhudi dedi: “Zireh mənə məxsusdur.” Şüreyh Əmirəl-mö’minindən (ə) dəlil və şahid istədi. Həzrət buyurdu: “Qəmbər və Hüseyn şahiddir ki, bu zireh mənimdir.” Şüreyh dedi: “Oğulun və qulun şəhadəti qəbul olunmur. Onlar sənin xeyrini istəyir!” Əmirəl-mö’minin buyurdu: “Ey Şüreyh! Vay olsun sənə, xətaya yol verdin. Mən sənin imamınam, sən mənim vasitəmlə Allaha itaət edirsən və bilirsən ki, mən heç vaxt yalan demərəm. Bununla belə sözümü rədd etdin, iddiamı batil saydın. Qəmbər və Hüseyni öz xeyirlərinə şəhadət verəcəklərində ittiham etdin! Mən səndən iddiamı yalan saymağının, Qəmbər və Hüseynə böhtan atmağının cəriməsini istəmirəm. Amma üç gün yəhudilər arasında hökm verəcəksən!” Həzrət onu yəhudilərin yaşadığı məntəqəyə göndərdi ki, üç gün onların arasında hökm çıxarsın. Yəhudi bu sözü eşidib dedi: “Sən Əmirəl-mö’mininə bax! Qazinin yanına getdi, qazi də onun ziddinə hökm çıxardı!” Əmirəl-mö’mininin bu işi yəhudinin İslamı qəbul etməsi ilə nəticələndi. Yəhudi sonra dedi: “Bu zireh Əmirəl-mö’mininindir (ə). Siffeyn savaşı günü ağ-qara, xoş rəngli bir dəvədən düşdü mən götürdüm.”446

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]