Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Diplomatik psixologiya.doc
Скачиваний:
4
Добавлен:
01.07.2025
Размер:
2 Мб
Скачать
☆

I.2.1.2.Psixoloji tələbatlar

I.2.1.2.1.Fizioloji tələbatlar:

 Bu kateqoriyaya aiddir: 1) Öz mövcudluğunu qoruyub saxlamaq (yəni insanın qidaya, havaya, suya, yuxuya və s. olan tələbatları. Hansıların ki, ödənilməməsi – individin bir bioloji varlıq kimi öz mövcudluğunu dayandırmasına – ölümünə səbəb olur); və özünəbənzərləri yaratmaq (yəni cinsi tələbat – hansıların ki ödənilməməsi növün bir populyasiya kimi məhvinə gətirib çıxarır) kimi Freydin həmin o eros tələbatları;

I.2.1.2.2.Emosional tələbatlar:

 İnsanın nüfuza, hörmətə, ünsiyyətə, ümumən xoş təəssürat almağa olan tələbatları. Bunların ödənilməməsi – əsəbi pozğunluğa, zehni, iradi deqradasiyaya, insanın özünəinam, həyatauyğunlaşma və s. kimi qabiliyyətlərinin zəifləməsinə, itməsinə və s. gətirib çıxarır;

I.2.1.2.3.İntellektual tələbatlar:

 Nəzəri tələbatlar olub, insanı öyrənməyə sövq edir. Bu, insana öz təhlükəsizliyi, əmin-amanlığı və s. üçün vacibdir. Təsadüf – mexanizmi bilinməyən qanunauyğunluqdur. Məlumatlı şəxslərin həyat labirintində azmaq, büdrəmək ehtimalı daha azdır, nəinki, məlumatsız şəxslərin;

I.2.1.2.4.İradi tələbatlar:

 əməyə, idmana, yaradıcılığa, bütövlükdə fiziki və zehni aktivliyə aid olan praktik tələbatlardır. Birbaşa olaraq fərdin özünüifadə, özünürealizə, dolayısı ilə isə orqanizmdə gedən fiziki-kimyəvi proseslərin tempini stimullaşdırmaq funksiyası daşıyır.

Bunlar hər bir insana genetik olaraq ötürülən universal qabiliyyət və tələbatlar olub şəxsiyyətin psixoloji strukturunu təşkil edir. Lakin bu ötürülmə real yox, virtual və ya potensial formada baş verir. Belə ki, ontogenez (irsi, sosial, təbii-fiziki, situativ və s.) faktorların təsirindən asılı olaraq ayrı-ayrı insanlarda onların aktivlik dərəcəsi və hər birinin işlək diapazonu bir-birindən kəskin fərqli olmuş olur ki, bu da insanlar arasındakı mövcud olan temperament və xarakter fərqlərinin başlıca səbəbidir2 (bu fərqlərin səbəbi elmdə, adətən bir başqa faktorlarla əlaqələndirilir ki, biz bununla bağlı izah etdiyimiz mövqedə olduğumuzdan onları qəbul etmirik).

I.2.2.Təbiət amilləri

Bu faktorlar yarımqrupununsa mahiyyəti insanın doğulduğu və hətta ana bətninə düşdüyü andan etibarən rastlaşdığı fiziki təsirlərin onun psixika və fiziologiyasının formalaşmasında oynadığı rolu xarakterizə edir. Bu faktorları aşağıdakı kimi təsnif etmək mümkündür:

I.2.2.1.Bürclərin təsirləri

Bilirik ki, burada «bürc» sözünə rast gəldikdə, bəzi akademik stil tərəfdarlarında, ötəri də olsa bizim barəmizdə, nə isə bir qədər qeyri-ciddi təsəvvür meydana çıxdı. Bununla belə, biz bu termini işlədirik və həqiqətdə də, bürclərin yerdəki həyata, hər bir insanın taleyinə mütləq təsir göstərdiyini qəbul edirik. Arqumentlərimizsə aşağıdakılardan ibarətdir:

Məlumdur ki, astrologiya hər bir insanın taleyini onun doğum və hətta ana bətninə ilk düşdüyü anla əlaqələndirir. Məsələnin digər tərəflərini, o cümlədən, spekulyasiya tərəflərini bir kənara qoyaraq, biz də məhz bunu qəbul edirik ki, həqiqətən də, qoç bürcü altında doğulan insanla tərəzi bürcü altında doğulan insanın xarakteri heç vaxt eyni ola bilməz. əksinə, fərqli bürc altında doğulanlarla müqayisədə eyni bir bürc altında doğulan insanların xarakterləri arasında çoxlu sayda oxşarlıq ola bilər. Nəyə görə?

Məsələ burasındadır ki, burada insanın birbaşa olaraq hansı mifik bürc işarəsi altında doğulması yox, bilavasitə doğum anının hansı fəslə təsadüf etməsi məsələsi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, heç də qış ayında dünyaya göz açan insanla yayda doğulan insanın ana bətnində inkubasiya keçmə dövrü eyni deyil və bu belə olmadığından, onların, belə deyilsə, bünövrəsi də, başqa-başqa kərpiclərdən (vitamin, mineral və s.-dən) hörülür, psixikası ananın tamam fərqli mövsümlərdəki əhval-ruhiyyəsi, fiziologiyası ananın həmin fəsillərə uyğun qida rasionu əsasında formalaşır və s. Yəni, ana bətnində olduğu müddətdə təbiət ananın orqanizmi vasitəsilə fəslə uyğun qida rasionu, orqanizmin energetik ritmi, və s. formasında individin gələcək bioloji və psixoloji parametrlərinin formalaşmasına təsir göstərir.

Məhz bu səbəbdən, oğlaq bürcü altında doğulan insanlarla «qız bürcü» altında dünyaya göz açan insanların istər fizioloji və istərsə də, emosional, intellektual və iradi cəhətdən biri-birindən fərqlənməsi mistiklik yox, adi bioloji zərurətdən irəli gələn qanunauyğunluqdur.

Burada yeganə olaraq bir şeyi qeyd edək ki, adətən «bürc» məsələsinin əleyhinə çıxanlar, ona qarşı əsasən əkizləri nümunə göstərirlər ki, onlar eyni gündə, eyni saatda doğulmalarına baxmayaraq, bəzən ola bilir ki, gələcəkdə əkizlərdən biri – böyük bir alim, ikincisi isə – cinayətkar ola bilir. Bu faktın əsassızlığı ondan ibarətdir ki, biz heç də demirik ki, insanın taleyini bir təkcə nə zaman doğulması müəyyən edir. Burada çoxlu faktorlar rol oynayır ki, nə zaman doğulmaq bunlardan biridir. Doğulandan sonra, hətta iki əkiz qardaşdan da biri münbit, digəri qeyri-münbit sosial mühitə düşərsə onların artıq orta yaşlarında bir-birindən yerlə göy qədər fərqlənən şəxsiyyətə çevrilməsi qaçılmazdır.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]