- •İ.Ə.Seyidov
- •I фясил. Davraniş Və düşünCəLəRin determinasiya mexanizmi baRəDə
- •I.1.Motivlər barədə mövcud nəzəriyyələr
- •I.1.1.Psixoanaliz nəzəriyyəsi
- •I.1.2.Analitik psixologiya
- •I.1.3.İndividual psixologiya
- •I.1.4.Biheviorial-təlim cərəyanı
- •I.1.5.Humanist psixologiya
- •I.1.6.Evolyusionizm
- •I.1.7.Sinergetika
- •I.1.8.Fдlakдt nдzдriyyдsi
- •I.2.Motivlər barədə bizim qənaətimiz
- •I.2.1.Genetik (irsi) amillər
- •I.2.1.1.Psixoloji universalilər:
- •I.2.1.1.1.Fizioloji universalilər:
- •I.2.1.1.2.Emosional universalilər:
- •I.2.1.1.3.İntellektual universalilər:
- •I.2.1.1.4.İradi universalilər:
- •I.2.1.2.Psixoloji tələbatlar
- •I.2.1.2.1.Fizioloji tələbatlar:
- •I.2.1.2.2.Emosional tələbatlar:
- •I.2.1.2.3.İntellektual tələbatlar:
- •I.2.1.2.4.İradi tələbatlar:
- •I.2.2.Təbiət amilləri
- •I.2.2.1.Bürclərin təsirləri
- •I.2.2.2.Coğrafi faktorlar
- •I.2.3.Sosial amillər
- •I.2.3.1.Lokal sosial determinantlar
- •I.2.3.2.Qlobal sosial determinantlar
- •I.2.3.3.Sosial qrupların tipləri
- •I.2.3.4.Bəzi sosial qrupların psixologiyası
- •I.2.3.4.1.Qadın və kişi psixologiyası
- •2) Sosial dominantliq
- •3) Aqressivlik
- •4) Seksualliq
- •I.2.3.4.2.Millətlərin psixologiyası
- •İndividualist kollektivist mədəniyyətdə olarkən
- •I.2.3.5.1.Komplekslər
- •I.2.3.5.2.Biogen faktorlar
- •II фясил. KəŞfiyyat: İnsanların fikirlərini necə «oxumalı», onları necə tanımalı
- •II.1.Şəxsiyyətin psixoloji portreti
- •II.1.1.Şəxsiyyətin individual xarakteristikaları (Konkret fərdlərə xas olan psixi əlamətlər)
- •II.1.1.1.Şəxsiyyətin fizioloji (vital) xarakteristikası
- •II.1.1.2.Şəxsiyyətin emosional (psixomotor) xarakteristikası.
- •II.1.1.3.Şəxsiyyətin intellektual (koqnitiv) xarakteristikası.
- •II.1.1.4.Şəxsiyyətin iradi (evokativ) xarakteristikası.
- •II.1.2.Şəxsiyyətin relyativistik xarakteristikaları
- •II.2.Şəxsiyyətin tədqiq üsulları
- •II.2.1.Diaxronik tədqiq üsulu
- •II.2.2.Sinxronik tədqiq üsulu
- •II.2.2.1.Müşahidə
- •II.2.2.2.Eksperiment
- •II.2.2.2.1.Sərbəst assosiasiya metodu
- •II.2.2.2.2.Mübahisə metodu
- •II.2.2.2.3.Sınaq-səhv metodu
- •II.2.2.2.4.Statistik intensivlik metodu
- •II.2.2.2.5.Eyham metodu
- •II.2.2.2.6.Həqiqəti təhrif metodu:
- •II.2.2.2.7.Sorğu metodu
- •II.2.2.2.7.1.Faktın müəyyənləşdirilməsi məqsədinə xidmət edən suallar:
- •II.2.2.2.7.2.Əlamət və münasibətin müəyyənləşdirilməsi məqsədinə xidmət edən suallar:
- •III фясил. Bir sira taktiki RəFtar Və ünsiyYəT FəNdLəRi
- •III.1.Necə tanış olmalı?
- •MəHəBBəTin psixologiyasi
- •III.2.Söhbət qaydaları
- •III.2.1.Riskli fikirləri necə ifadə etməli?
- •III.2.2.Tənqid (irad) qaydaları
- •III.2.3.Etiraz, imtina qaydaları
- •III.2.4.Mövzudan məharətlə yayınmaq qaydaları
- •III.2.5.Cavabdan diplomatikcəsinə necə yayınmalı
- •III.2.6.Mövcud münasibəti qoruyub saxlamağa və daha da inkişaf etdirməyə imkan verən qaydalar
- •III.2.7.Mahir həmsöhbət ola bilmək qaydaları
- •III.2.8.Mahir dinləyici ola bilmək qaydaları
- •IV фясил. Ataka: insanlara neCə TəSir gösTəRMəLi
- •IV.1.Psixoloji təsirlərin formaları
- •V.I.Lenin
- •IV.1.2.Təşviqat
- •IV.2.Psixoloji təsirlərin metodları
- •IV.2.1.Təlqin: İnsanları ayıqkən necə hipnoz etməli
- •IV.2.1.1.Avtoritet və etimada əsaslanan təlqin
- •IV.2.1.2.Qarşı tərəfin zəifliklərindən istifadə yolu ilə həyata keçirilən təlqin
- •IV.2.1.3.Situativ faktorlara istinadən həyata keçirilən təlqin
- •IV.2.1.4.Təlqin materialının məzmunu faktoru
- •IV.2.1.5.Təlqin texnikası faktoru
- •7) «İnformasiyanın periferiyadan verilməsi» ilə aparılan təlqin
- •8) Pilləli təlqin:
- •IV.2.2.İnandırma, aldatma və dezinformasiya metodları
- •1) Obyektin siqnalda şifrələnməsi aktında:
- •2) Siqnalın xarakterindən doğan xətalar:
- •4) Hissiyyatın xüsusiyyətindən doğan xətalar:
- •5) İdrak deşifratorunun xüsusiyyətlərindən doğan xətalar:
- •IV.2.2.1.Nümayiş manipulyasiyaları
- •IV.2.2.2.Təsvir manipulyasiyaları
- •IV.2.2.3.İzah manipulyasiyaları
- •IV.2.2.4.Arqumentasiya manipulyasiyaları
- •IV.2.3.Sanksiya
- •4) İradi tələbatlarla manipulyasiya:
- •IV.2.3.1.Müsbət sanksiyalar
- •1) Fizioloji tələbatlarla manipulyasiya:
- •2) Emosional tələbatlarla manipulyasiya:
- •3) İntellektual tələbatlarla manipulyasiya:
- •IV.2.3.2.Mənfi sanksiyalar
- •IV.2.3.2.1.Psixi diversiya
- •IV.2.3.2.2.Siyasi-inzibati diversiya
- •IV.2.3.2.3.İqtisadi diversiya
- •IV.2.3.2.4.Hüquqi diversiya
- •IV.2.3.2.5.Texniki diversiya
- •İşə düşmə mexanizminə görə viruslar:
- •1) Proqramın özü ilə əməliyyatlar
- •1.A) Makrokomanda (wb (WordBasic) və ya vba (Visual Basic for Application) dilində olan komandalar) əməliyyatları
- •1.B) Prosedura (vəhdətdə icra olunan məntiqi ardıcıl makro-komandalar) əməliyyatları
- •1.C) Makros (proseduralar toplusu və ya operatorun komandası, yaxud da hansısa hadisənin təsiri ilə işə düşən vba-nın proqram kodu) əməliyyatları:
- •1.D) Modul (dəyişən və prosedura mətnlərinin toplusu) əməliyyatları:
- •1.E) Fayl əməliyyatları
- •2) Proqramdaxili digər komandalar
- •IV.2.3.2.6.Hərbi (fiziki) təzyiq
- •IV.2.3.2.6.1.Psixotron silahlar
- •IV.2.3.2.6.2.Psixotrop preparatlar
- •IV.2.3.2.6.3.Partlayıcı maddələr (eksplozivlər):
- •IV.2.3.2.6.4.Kimyəvi silahlar
- •IV.2.3.2.6.5.Bioloji (bakterioloji) silahlar
- •IV.2.3.2.6.6.Tektonik silahlar
- •IV.2.3.2.6.7.Genetik silahlar
- •IV.2.3.2.6.8.Zoo – silahlar
- •IV.2.3.2.6.9.«Humanist» adlandırılan müasir bəzi silah növləri
- •IV.2.4.Cadu, tilsim, ekstrassensorika
- •IV.2.4.1.CaduGəRliyin tarixi
- •IV.2.4.2.CaduGəRliyin növLəRi Və mexanizmi
- •IV.2.4.2.1.Tilsim
- •IV.2.4.2.2.Hipnoz:
- •IV.2.4.2.3.Kontaktsız müalicə:
- •IV.2.4.2.4.Telekinez:
- •IV.2.4.2.5.Levitasiya:
- •IV.2.4.2.6.Sensitivistlik:
- •IV.2.4.2.7.Teleportasiya:
- •IV.2.4.2.8.Maddiləşmə-ərimə:
- •IV.2.4.2.9.Spiritizm:
- •IV.2.4.2.10.Zombiləşdirmə:
- •IV.2.4.2.11.Falçılıq (bəsirət, mantika, gələcəkgörmə)
- •IV.2.4.3.Sirli bilikLəRin MəNŞəYi
- •IV.2.4.3.1.İtmiş sivilizasiyalar barədə
- •IV.2.4.3.2.Yerdənkənar sivilizasiyalar barədə
- •V фясил. Virtual mühariBə metodlari
- •Davranış və düşüncələrin neyrostrateji proqramlaşdırılması metodu («Atom bombasına qarşı psixoloji bomba»)
- •V.1.İdeyaları necə iflasa uğratmalı, ideologiyaları necə neytrallaşdırmalı
- •İdeya əleyhinə Sizin istifadə edə biləcəyiniz deyilən tipli elementlər kateqoriyasına qismən aid ola bilər:
- •V.I.2.1) İdeya əleyhinə ideoloji fəaliyyət aparılır. O cümlədən:
- •V.I.2.1.1) Neytral tərəflərin, indiyə qədər müdafiəçisi olmuş tərəflərin onun əleyhinə köklənməsinə, qalxmasına çalışılır. Bu məqsədlə:
- •V.I.2.1.2) Deyilən tipli faktlar tapmaq çətindirsə və ya olanlara dəstək məqsədilə, bunlar süni yolla yaradılır. O cümlədən:
- •V.I.2.2.A) Bu məqsədlə sifariş, muzd ödəmə, səlahiyyətlərdən istifadə və s. Kimi metodlardan aktivliklə istifadə edilir.
- •V.I.3) Paralel olaraq sizin özünüz də onun əleyhinə birbaşa fəaliyyət aparırsınız və ya bu tipli fəaliyyətlərdə birbaşa iştirak edirsiniz, o cümlədən:
- •V.2.Cəhdləri necə blokirovkalamalı, əleyhfəaliyyətlərin qarşısını necə almalı
- •V.3.İnqilabları necə formalaşdırmalı, situasiyaları necə dəyişməli
- •V.4.Qüvvələr (şəxsiyyətlər, dövlətlər...) əleyhinə fəaliyyətlər
- •V.5.Rəqib cəbhəsi daxilinə necə iğtişaş salmalı
- •Təzyiq taktikaları ilə əlaqədar bir sıra nüanslar
- •Qarabağ müharibəsi ilə əlaqədar bəzi çıxarışlar
- •2) Bu problemin siyasi yolla həllinin iki variantı mümkündür:
- •Ədəbiyyat siyahısı
- •1) Rəqəmlərin hərflərə «tərcümə» edilməsi metodu:
- •2) Rəqəmlərin obrazlara «tərcümə» edilməsi metodu:
- •3) Rəqəmlərin cümlələrə «tərcümə» edilməsi metodları:
II.2.2.2.2.Mübahisə metodu
Tərəf-müqabilin daxili dünyasına müdaxilə etməyin, fikirlərini aşkarlamağın daha bir metodu onun münaqişəyə, mübahisəyə cəlb olunmasıdır. Fəslin əvvəlində intellektə verilən xarakteristikada qeyd edilmişdi ki, o, emosiyaların maksimum gərgin və süst hallarında öz funksiyasını dayandırır. İnsanın nəyisə gizlətməsinin, sirr saxlamasının, daxili aləmini ört-basdır etməsinin və s. əsas səbəbkarı da, məhz onun intellektidir. Belə ki, bu orqan özünün tənqidi-senzor funksiyası ilə zərərli olan, mənafeyə zidd olan heç nəyi orqanizmin yaxınlığına buraxmır, təhtəlşüura «senzuradan» keçməyən hər hansı kənar müdaxilələri qətiyyətlə dayandırır və s. – təbii ki, əgər «duysa».
Bu baxımdan, yuxarıdakı metoddan əsas məqsəd, emosiyaların həmin maksimum aşağı həddini, yəni , süst halını əldə etmək idi. Deyildiyi kimi, diapazonun yuxarı həddi, yəni emosiyaların maksimum gərginliyi də, intellektual fəaliyyəti tormozlamaq baxımından analoji effektlidir. Bu cəhətdən, mübahisə – əsəbləri tarımlamaq, emosiyaları gərginləşdirmək üçün ən sadə və əlverişli üsuldur.
«əsəbi başda ağıl olmaz» – deyirlər. Mübahisəyə cəlb olunmuş adam öz üzərində, danışıqları, hərəkətləri üzərində nəzarətini itirir, iradə hesabına maskaladığı xüsusiyyətlərini büruzə verir, hər növ sünilikləri təbiiliklə əvəzlənir, indiyə qədər ürəyində saxladığı tənələrini, iradlarını, münasibətlərini açıqlayır, həqiqi fikirlərini aşkarlayır.
Bu hal, ekstremal situasiya kimi, eyni zamanda, onun xarakterinin bir sıra qaranlıq tərəfini də üzə çıxarır. Belə ki, məhz bu anda müəyyən etmək mümkündür ki, tərəfdaş nə dərəcədə inadkar və ya güzəştəgedən, təmkinli və ya tez özündənçıxan, kobud və ya taktikdir.
Ancaq ki, bu ziddiyyət axtarışını o qədər də dərinləşdirmək lazım deyil: Tərəf-müqabili inandırmağa çalışın ki, mübahisə, bəzi momentləri aydınlaşdırmaq istəyindən doğub. Sizin özünüz məcburən mübahisəyə cəlb olunmusunuzsa, çalışın o qədər də aludə olmayasınız və heç vədə üzərinizdə nəzarəti yaddan çıxarmayasınız;
II.2.2.2.3.Sınaq-səhv metodu
Tərəf-müqabilin həqiqi fikirlərini üzə çıxarmağın, rəyini «zandaj» etməyin daha bir üsulu bu metoddur. Burada müxtəlif kəşfiyyat hərəkətləri və sözləri vasitəsilə ona «hücum» edilir, bunlara verdiyi cavab reaksiyaları əsasında, nəyi davam etdirib-etdirməmək barədə nəticə çıxarılır. Bu metodun özü də iki variasiyadan ibarətdir.
Birinci halda müxtəlif zarafat, lətifə, eyham, replika, atmaca, ikibaşlı suallar, hərəkətlər və s. vasitəsilə birbaşa hücum edilir, lazımi sərhədd keçilir. O cümlədən, söhbət əsnasında gənc oğlanların ‘‘təsadüfən’’ yeni tanış olduqları qızların qoluna, saçına, belinə əl toxundurmaları, lətifələrlə tədricən «lazımi» mövzuya gəlib çıxmaları, müsahiblərin müxtəlif fel formaları ilə bir-birinə eyham vurmaları, sataşmaları (məs., bu formullarla: «Heyf, fürsəti əldən buraxmısan, gərək belə edəydin», «Mən olsaydım belə edərdim» və ya «Filankəs olsaydı belə edərdi», «Nəyə görə çəkindin, orda nə var idi ki?», «Yoxsa qorxdun ki, filan cür olardı?», «Bəlkə belə edəydi, bəs onda?», «Kaş elə olaydı», «Eybi yoxdur, indi qorxmursan qorxma, fürsət düşəndə qorxudaram», «Nədir, məgər sənə nə isə təklif verirəm ki?», «Yox, qorxuram söz-zad düzəldərsən» və s.) və b. həmin bu «kəşfiyyata» nümunələrdəndir (Bu tipli mövzularla bağlı əlavə olaraq bax: burada, səh. 34, 39-40, 34, 62...). Yuxarıda təsvir edilən indikatorların göstəriciləri, yəni tərəf-müqabilin müxtəlif formalı mənfi-müsbət reaksiyaları əməliyyatı davam etdirib-etdirməmək, eləcə də, hansı müstəvidə davam etdirmək barədə lazımi siqnal verir. Reaksiyalarına əsasən tərəf-müqabilin incidiyi hiss olunursa, hər şeyin zarafat olduğunu bildirməklə, eyni zamanda, onun mövqeyini, baxışını dəstəkləyən bir neçə əlavə fikir söyləməklə, mövzudan məharətlə yayınmaq və ziddiyyətə şans verməmək mümkündür (Müəyyən variant halında burada lazımi fikir müxtəlif şayiələr və ya ikinci, üçüncü adamlar vasitəsilə ona çatdırılır və bundan sonra reaksiyası, münasibəti izlənilir. Reaksiyası ilə tərəf-müqabil işarə vurasıdır ki, fikrin hansı formuləsi onu qane edərdi. Lakin bu halda bir şeyi nəzərdən qaçırmamalı ki, bəzən məsələyə başqalarının (o cümlədən, ictimai rəyin) qarışdırılması əks-effekt göstərərək, tərəfdaşı əvvəl razı olduğu məsələdən artıq çəkinməyə məcbur edə bilir);
İkinci halda isə addıma mane olan, ehtiyat tələb edən baryer açılıb göstərilir, müzakirəyə çıxarılır və onun da bunu ciddi baryer sayıb-saymaması izlənilir. Fikir, əsasən bu formullarla düzəldilir: «Heyf ki,... yoxsa..», «Özüm istəmirəm, yoxsa..», «Hələ vaxtı deyil, yoxsa...» və s.. Problem, baryer, mane olan amil yerində istənilən bir bəhanəni əsas qəbul etmək mümkündür. Cavabında tərəf-müqabil bildirə bilər ki, «bunun məsələyə nə dəxli?» və ya «Fikrən qəbul edək ki, heç o problem yoxdur», yaxud əlavə olaraq misal də çəkə bilər ki, «Filankəsdə də, o problem var, ancaq heç əhəmiyyət vermirlər» və yaxud da ki, sükutla sizin dediyinizə razılıq bildirə bilər və ya «çox nahaq belə fikirləşdiyinizi və heç bir şərt çərçivəsində bu sövdanızın baş tuta bilən iş olmadığını» elan edər;
