- •İ.Ə.Seyidov
- •I фясил. Davraniş Və düşünCəLəRin determinasiya mexanizmi baRəDə
- •I.1.Motivlər barədə mövcud nəzəriyyələr
- •I.1.1.Psixoanaliz nəzəriyyəsi
- •I.1.2.Analitik psixologiya
- •I.1.3.İndividual psixologiya
- •I.1.4.Biheviorial-təlim cərəyanı
- •I.1.5.Humanist psixologiya
- •I.1.6.Evolyusionizm
- •I.1.7.Sinergetika
- •I.1.8.Fдlakдt nдzдriyyдsi
- •I.2.Motivlər barədə bizim qənaətimiz
- •I.2.1.Genetik (irsi) amillər
- •I.2.1.1.Psixoloji universalilər:
- •I.2.1.1.1.Fizioloji universalilər:
- •I.2.1.1.2.Emosional universalilər:
- •I.2.1.1.3.İntellektual universalilər:
- •I.2.1.1.4.İradi universalilər:
- •I.2.1.2.Psixoloji tələbatlar
- •I.2.1.2.1.Fizioloji tələbatlar:
- •I.2.1.2.2.Emosional tələbatlar:
- •I.2.1.2.3.İntellektual tələbatlar:
- •I.2.1.2.4.İradi tələbatlar:
- •I.2.2.Təbiət amilləri
- •I.2.2.1.Bürclərin təsirləri
- •I.2.2.2.Coğrafi faktorlar
- •I.2.3.Sosial amillər
- •I.2.3.1.Lokal sosial determinantlar
- •I.2.3.2.Qlobal sosial determinantlar
- •I.2.3.3.Sosial qrupların tipləri
- •I.2.3.4.Bəzi sosial qrupların psixologiyası
- •I.2.3.4.1.Qadın və kişi psixologiyası
- •2) Sosial dominantliq
- •3) Aqressivlik
- •4) Seksualliq
- •I.2.3.4.2.Millətlərin psixologiyası
- •İndividualist kollektivist mədəniyyətdə olarkən
- •I.2.3.5.1.Komplekslər
- •I.2.3.5.2.Biogen faktorlar
- •II фясил. KəŞfiyyat: İnsanların fikirlərini necə «oxumalı», onları necə tanımalı
- •II.1.Şəxsiyyətin psixoloji portreti
- •II.1.1.Şəxsiyyətin individual xarakteristikaları (Konkret fərdlərə xas olan psixi əlamətlər)
- •II.1.1.1.Şəxsiyyətin fizioloji (vital) xarakteristikası
- •II.1.1.2.Şəxsiyyətin emosional (psixomotor) xarakteristikası.
- •II.1.1.3.Şəxsiyyətin intellektual (koqnitiv) xarakteristikası.
- •II.1.1.4.Şəxsiyyətin iradi (evokativ) xarakteristikası.
- •II.1.2.Şəxsiyyətin relyativistik xarakteristikaları
- •II.2.Şəxsiyyətin tədqiq üsulları
- •II.2.1.Diaxronik tədqiq üsulu
- •II.2.2.Sinxronik tədqiq üsulu
- •II.2.2.1.Müşahidə
- •II.2.2.2.Eksperiment
- •II.2.2.2.1.Sərbəst assosiasiya metodu
- •II.2.2.2.2.Mübahisə metodu
- •II.2.2.2.3.Sınaq-səhv metodu
- •II.2.2.2.4.Statistik intensivlik metodu
- •II.2.2.2.5.Eyham metodu
- •II.2.2.2.6.Həqiqəti təhrif metodu:
- •II.2.2.2.7.Sorğu metodu
- •II.2.2.2.7.1.Faktın müəyyənləşdirilməsi məqsədinə xidmət edən suallar:
- •II.2.2.2.7.2.Əlamət və münasibətin müəyyənləşdirilməsi məqsədinə xidmət edən suallar:
- •III фясил. Bir sira taktiki RəFtar Və ünsiyYəT FəNdLəRi
- •III.1.Necə tanış olmalı?
- •MəHəBBəTin psixologiyasi
- •III.2.Söhbət qaydaları
- •III.2.1.Riskli fikirləri necə ifadə etməli?
- •III.2.2.Tənqid (irad) qaydaları
- •III.2.3.Etiraz, imtina qaydaları
- •III.2.4.Mövzudan məharətlə yayınmaq qaydaları
- •III.2.5.Cavabdan diplomatikcəsinə necə yayınmalı
- •III.2.6.Mövcud münasibəti qoruyub saxlamağa və daha da inkişaf etdirməyə imkan verən qaydalar
- •III.2.7.Mahir həmsöhbət ola bilmək qaydaları
- •III.2.8.Mahir dinləyici ola bilmək qaydaları
- •IV фясил. Ataka: insanlara neCə TəSir gösTəRMəLi
- •IV.1.Psixoloji təsirlərin formaları
- •V.I.Lenin
- •IV.1.2.Təşviqat
- •IV.2.Psixoloji təsirlərin metodları
- •IV.2.1.Təlqin: İnsanları ayıqkən necə hipnoz etməli
- •IV.2.1.1.Avtoritet və etimada əsaslanan təlqin
- •IV.2.1.2.Qarşı tərəfin zəifliklərindən istifadə yolu ilə həyata keçirilən təlqin
- •IV.2.1.3.Situativ faktorlara istinadən həyata keçirilən təlqin
- •IV.2.1.4.Təlqin materialının məzmunu faktoru
- •IV.2.1.5.Təlqin texnikası faktoru
- •7) «İnformasiyanın periferiyadan verilməsi» ilə aparılan təlqin
- •8) Pilləli təlqin:
- •IV.2.2.İnandırma, aldatma və dezinformasiya metodları
- •1) Obyektin siqnalda şifrələnməsi aktında:
- •2) Siqnalın xarakterindən doğan xətalar:
- •4) Hissiyyatın xüsusiyyətindən doğan xətalar:
- •5) İdrak deşifratorunun xüsusiyyətlərindən doğan xətalar:
- •IV.2.2.1.Nümayiş manipulyasiyaları
- •IV.2.2.2.Təsvir manipulyasiyaları
- •IV.2.2.3.İzah manipulyasiyaları
- •IV.2.2.4.Arqumentasiya manipulyasiyaları
- •IV.2.3.Sanksiya
- •4) İradi tələbatlarla manipulyasiya:
- •IV.2.3.1.Müsbət sanksiyalar
- •1) Fizioloji tələbatlarla manipulyasiya:
- •2) Emosional tələbatlarla manipulyasiya:
- •3) İntellektual tələbatlarla manipulyasiya:
- •IV.2.3.2.Mənfi sanksiyalar
- •IV.2.3.2.1.Psixi diversiya
- •IV.2.3.2.2.Siyasi-inzibati diversiya
- •IV.2.3.2.3.İqtisadi diversiya
- •IV.2.3.2.4.Hüquqi diversiya
- •IV.2.3.2.5.Texniki diversiya
- •İşə düşmə mexanizminə görə viruslar:
- •1) Proqramın özü ilə əməliyyatlar
- •1.A) Makrokomanda (wb (WordBasic) və ya vba (Visual Basic for Application) dilində olan komandalar) əməliyyatları
- •1.B) Prosedura (vəhdətdə icra olunan məntiqi ardıcıl makro-komandalar) əməliyyatları
- •1.C) Makros (proseduralar toplusu və ya operatorun komandası, yaxud da hansısa hadisənin təsiri ilə işə düşən vba-nın proqram kodu) əməliyyatları:
- •1.D) Modul (dəyişən və prosedura mətnlərinin toplusu) əməliyyatları:
- •1.E) Fayl əməliyyatları
- •2) Proqramdaxili digər komandalar
- •IV.2.3.2.6.Hərbi (fiziki) təzyiq
- •IV.2.3.2.6.1.Psixotron silahlar
- •IV.2.3.2.6.2.Psixotrop preparatlar
- •IV.2.3.2.6.3.Partlayıcı maddələr (eksplozivlər):
- •IV.2.3.2.6.4.Kimyəvi silahlar
- •IV.2.3.2.6.5.Bioloji (bakterioloji) silahlar
- •IV.2.3.2.6.6.Tektonik silahlar
- •IV.2.3.2.6.7.Genetik silahlar
- •IV.2.3.2.6.8.Zoo – silahlar
- •IV.2.3.2.6.9.«Humanist» adlandırılan müasir bəzi silah növləri
- •IV.2.4.Cadu, tilsim, ekstrassensorika
- •IV.2.4.1.CaduGəRliyin tarixi
- •IV.2.4.2.CaduGəRliyin növLəRi Və mexanizmi
- •IV.2.4.2.1.Tilsim
- •IV.2.4.2.2.Hipnoz:
- •IV.2.4.2.3.Kontaktsız müalicə:
- •IV.2.4.2.4.Telekinez:
- •IV.2.4.2.5.Levitasiya:
- •IV.2.4.2.6.Sensitivistlik:
- •IV.2.4.2.7.Teleportasiya:
- •IV.2.4.2.8.Maddiləşmə-ərimə:
- •IV.2.4.2.9.Spiritizm:
- •IV.2.4.2.10.Zombiləşdirmə:
- •IV.2.4.2.11.Falçılıq (bəsirət, mantika, gələcəkgörmə)
- •IV.2.4.3.Sirli bilikLəRin MəNŞəYi
- •IV.2.4.3.1.İtmiş sivilizasiyalar barədə
- •IV.2.4.3.2.Yerdənkənar sivilizasiyalar barədə
- •V фясил. Virtual mühariBə metodlari
- •Davranış və düşüncələrin neyrostrateji proqramlaşdırılması metodu («Atom bombasına qarşı psixoloji bomba»)
- •V.1.İdeyaları necə iflasa uğratmalı, ideologiyaları necə neytrallaşdırmalı
- •İdeya əleyhinə Sizin istifadə edə biləcəyiniz deyilən tipli elementlər kateqoriyasına qismən aid ola bilər:
- •V.I.2.1) İdeya əleyhinə ideoloji fəaliyyət aparılır. O cümlədən:
- •V.I.2.1.1) Neytral tərəflərin, indiyə qədər müdafiəçisi olmuş tərəflərin onun əleyhinə köklənməsinə, qalxmasına çalışılır. Bu məqsədlə:
- •V.I.2.1.2) Deyilən tipli faktlar tapmaq çətindirsə və ya olanlara dəstək məqsədilə, bunlar süni yolla yaradılır. O cümlədən:
- •V.I.2.2.A) Bu məqsədlə sifariş, muzd ödəmə, səlahiyyətlərdən istifadə və s. Kimi metodlardan aktivliklə istifadə edilir.
- •V.I.3) Paralel olaraq sizin özünüz də onun əleyhinə birbaşa fəaliyyət aparırsınız və ya bu tipli fəaliyyətlərdə birbaşa iştirak edirsiniz, o cümlədən:
- •V.2.Cəhdləri necə blokirovkalamalı, əleyhfəaliyyətlərin qarşısını necə almalı
- •V.3.İnqilabları necə formalaşdırmalı, situasiyaları necə dəyişməli
- •V.4.Qüvvələr (şəxsiyyətlər, dövlətlər...) əleyhinə fəaliyyətlər
- •V.5.Rəqib cəbhəsi daxilinə necə iğtişaş salmalı
- •Təzyiq taktikaları ilə əlaqədar bir sıra nüanslar
- •Qarabağ müharibəsi ilə əlaqədar bəzi çıxarışlar
- •2) Bu problemin siyasi yolla həllinin iki variantı mümkündür:
- •Ədəbiyyat siyahısı
- •1) Rəqəmlərin hərflərə «tərcümə» edilməsi metodu:
- •2) Rəqəmlərin obrazlara «tərcümə» edilməsi metodu:
- •3) Rəqəmlərin cümlələrə «tərcümə» edilməsi metodları:
2) Bu problemin siyasi yolla həllinin iki variantı mümkündür:
Birinci halda – güclü dövlətlərdən hansınınsa birinin Azərbaycandan ifrat dərəcədə asılı bir vəziyyətə düşməsi, başqa sözlə, beynəlxalq aləmdə Azərbaycan üçün ideal olan yeni konyunkturanın meydana gəlməsi şəraitində mümkündür. Bu halda situasiyanın özünün də iki inkişaf yolu ola bilər. Bir halda həmin dövlət istər-istəməz Azərbaycanın güclənməsində maraqlı olmağa məcbur ola bilər. Necə ki, məs., Tayvan Çinlə, Cənubi Koreya Şimali Koreya ilə, CAR afrikalılarla, İzrail ərəblərlə Qərbin konfrontasiyasından irəli düşmüş ayrı-ayrı dövlətlərdir. Digər halda, hər şeyi Azərbaycanın bu konyunkturadan necə yararlana bilməsi həll edəcək. Siyasət düzgün qurulmasa Azərbaycan diqtəaltı bir dövlətə çevrilə bilər və kimlərinsə şərtləri altında müstəqilliyindən məhrum olar. Siyasət düzgün qurulduğu halda – belə məqam əla sövdələşmə şansıdır.
İkinci variant siyasət – bu konyukturanı süni şəkildə təşkil etməyi tələb edir. Yəni bu halda hər şey Azərbaycanın ayrı-ayrı rəqib qütblər, o cümlədən, ələlxüsus Rusiya ↔ ABŞ, ABŞ ↔ Avropa və ya Rusiya ↔ Avropa arasındakı siyasi; ABŞ ↔ Avropa, Avropa ↔ Yaponiya və ya Yaponiya ↔ ABŞ arasındakı iqtisadi konfrontasiyadan məharətlə yararlana bilməsindən asılıdır. Bu ziddiyyət – Rusiya ilə həmsərhəd, və ya Qərblə iqtisadi əlaqəli, yaxud bölgədə ABŞ-ın maraqlarının təmsilçisi bir dövlət kimi, Azərbaycana geosiyasi və ya geoiqtisadi dividentlər gətirə bilər Bu qütbləşmədə Azərbaycanın kimlərləsə kimlərinsə arasında bufer və ya körpü funksiyası yerinə yetirmək, yoxsa bu funksiyadan imtina etmək kimi seçim azadlığından düzgün istifadə etməsi onun başlıca təsir rıçağıdır.
Bütün hallarda həmişə bir şeyi nəzərdə saxlamaq gərəkdir ki, Qarabağ – bir tərəfdən Qərbin (ələlxüsus ABŞ-ın) buraya qoyduğu 10 milyardlarla dollar investisiyasının girovu, digər tərəfdən isə onların Azərbaycanı özlərindən asılı saxlamaq işinin rıçaqlarından biridir.
3) Qarabağ probleminin HəRBİ yolla həlli variantı – bir çoxlarının emosional çağırışlarının əksinə olaraq, yalnız [yalnız və yalnız!] çox məhdud olan aşağıdakı şərtlər çərçivəsində mümkündür:
a) Qarabağ-Ermənistan sərhədini – hansı ki, Azərbaycana təzyiq göstərmək istəyən xarici dövlətlərin ermənilərə başlıca hərbi dəstək kanalıdır – hər hansı fəndləsə [o cümlədən, istənilən variantlı kompromislə, o cümlədən, təhlükəsizlik təminatına qarşı edilən istənilən güzəştlə] ələ keçirib, Laçın dəhlizini tam bağladıqdan sonra. Yalnız ondan sonra istənilən razılaşmanı pozub [Siyasətdə ‘‘kişi sözünün’’, sənədin, razılaşmanın, qətnamənin, imzanın və s. dəyərinin nə qədər olduğunu Azərbaycan özünün son 10-12 illik «təcrübəsindən» yaxşı bilir] danışıqların ardını ‘‘Kalaşnikov dilində’’ davam etdirmək olar. Ona qədərsə bu addımı atmağın, altıdəlik çəlləyə su doldurmaq cəhdindən heç bir fərqi olmayacaq. əks halda isə, hər bir münaqişədən yararlanmaq istəyən və buna görə də, onun sonsuzluğa qədər uzanmasına əlindən gələn hər cür gizli yardım göstərən kifayət qədər xarici qüvvə tapılacaq – necə ki, əfqanıstan, Fələstin, Çeçenistan və s. variantlarında olduğu kimi;
b) Ermənistanda hakimiyyət dəyişikliyi, hakimiyyət böhranı və ya siyasi durumun qeyri-sabitliyi mərhələsində, yaxud eyni vaxtda Prezident Aparatı və Müdafiə Nazirliyi binalarının bütün heyəti ilə birlikdə hansısa qəfil zərbə ilə dağıdıldığı saatlarda;
c) Qlobal miqyasda beynəlxalq balansın pozulduğu və ya bütün böyük dövlətlərin başının öz problemləri və ya daha ciddi olan nə iləsə qarışdığı mərhələlərdə (məs., 80-ci illərin axırı, 90-cı illərin əvvəllərində olduğu kimi);
d) Bütün aparıcı böyük dövlətlərin hamısı ilə (ələlxüsus Rusiya və ABŞ-la) eyni vaxtda razılığa gəlindikdən sonra (əks halda, Gürcüstan kimi, hər dəfə bir böyük dövlətlə sövdələşib müharibəyə başlayan, elə onun kimi də, axırda hər dəfə o birinin süngüsünə rast olub geri qayıtmaq məcburiyyətində qalasıdır); və s...
Qarabağ problemində, faktik olaraq bu faktorların hamısı rola malikdir və onların hamısı kombinasiyalı formada həll olunmalıdır. Bu baxımdan, deyilən bu münbit şəraitlər bir təkcə təbii proseslərin nəticəsi olmayıb, həm də, Azərbaycanın məqsədyönlü fəaliyyətinin nəticəsi kimi meydana çıxa bilər ki, bu konsepsiyadan da əsas məqsəd bunun mümkün yollarını izah etmək idi.
Bu kitabda, əsasən aşağıdakı məsələlər barədə danışıldı, bunun mümkün yolları göstərildi:
1) Türk xalqlarını, ərənlik psixologiyasından çəkindirib, müasir siyasi texnologiyaları, nəhayət ki, onlara necə aşılamaq;
2) Qarabağ probleminin istər hüquqi, istər siyasi və istərsə də hərbi həlli üçün zəruri olan həmin münbit zəmini süni yolla necə formalaşdırmaq və prosesin istənilən mərhələsində situasiya üzərində nəzarət imkanını necə əldə etmək;
3) Azərbaycanın manevr imkanlarının diapazonunu və istər Qərb, istərsə də Ermənistana qarşı tətbiq edə biləcəyi təzyiqlər arsenalını necə genişləndirmək;
4) Problemin siyasi tərəfini həll etmək məqsədilə bölgədə və ya heç olmazsa Azərbaycanda nəhəng derjavaların maraqlarını necə uzlaşdırmaq və bunun ən optimal variantını müəyyənləşdirənə qədər, onların qüvvələr balansını olduqca geniş diapazonda necə dəyişdirmək və ya bir-biri ilə mümkün olan bütün variantlarda necə kombinasiya etdirmək;
5) Ermənistanı beynəlxalq arenada necə təkləyib, hüquqi münasibətlərdə dominant mövqeni necə qazanmaq;
6) Ermənistanda hakimiyyət dəyişikliyi, hakimiyyət böhranı, daxili iğtişaş və ya siyasi durumun qeyri-sabitliyini süni şəkildə necə təşkil edib, onu necə zəiflətmək və ya müharibəyə başlamaq üçün münbit zəmini necə formalaşdırmaq;
7) Vəziyyət müharibə həddinə çatarsa, bunu müxtəlif siyasi, iqtisadi, ideoloji və s. diversiya metodlarının geniş tətbiqi ilə necə həyata keçirib, Milli Ordunun güc əmsalını birə min qat necə artırmaq (əgər məsələ bu variantların köməyi ilə elə yarıyolda həll olunmayıb, müharibə mərhələsinə qədər gəlib çatarsa) və s.
İzah edilən hər bir metod dünya təcrübəsindən seçilən nümunələrlə əsaslandırılırdı (Müharibədə psixoloji metodların konkret tətbiqi ilə əlaqədar əlavə olaraq bax: burada, səhifə 52, 52, 52, 52, 52, 52, 52, 52 və s.-ə)
Son olaraq bir daha qeyd edirik ki, bu kitabda başdan-başa humanizm, insaniyyət əleyhinə olan fəndlərin sirrləri araşdırıldı, açıqlandı. Lakin bunu antihumanizm, antibəşərilik kimi dəyərləndirməməli. Bunlar onsuz da güclülərə məlumdur və onlar onsuz da bunlardan gücsüzləri itaətə almaq və istismar etmək üçün istifadə edirlər. Qoy bunlardan hamı xəbərdar olsun ki, əvvəla, güclülərin təzyiqindən, manipulyasiyalarından vaxtında xəbər tutub, ondan müdafiə oluna bilsinlər, ikincisi, bu fəndlərə qarşı hansısa ümumi müdafiə variantları işlənib-hazırlansın, üçüncüsü heç olmazsa onların atomları qarşısında tam əliyalın qalmayıb, maksimum ucuz və effektli belə bir silaha da olsa malik olmuş olsunlar.
SON
P.S. Bağışla məni Qarabağ, mən sənin üçün bundan artıq heç nə edə bilmirəm
