Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Diplomatik psixologiya.doc
Скачиваний:
4
Добавлен:
01.07.2025
Размер:
2 Мб
Скачать
☆

IV.2.1.5.Təlqin texnikası faktoru

Təlqin aktında xüsusi rolu olan digər bir amil – təlqin texnikası amilidir. Yəni lazımi materialı (əmri, komandanı, reklam rolikini, əsəri və s.) obyektə necə çatdırmaq məsələsidir.

1) Obyektin təhlükəsizliyinə hədə törədən, və ya hər nə cürsə onun təhlükəsizliyi ilə əlaqələndirilən informasiya ona daha yaxşı təsir göstərir: Məsələn, aparılan eksperiment zamanı iki qrupdan birinə müvafiq arqumentlərlə bildirilir ki, siqaret çəkməyənlər uzunömürlü olurlar; ikinciyə isə bildirilir ki, siqaret çəkənlər tez ölürlər (eksperiment və ya nəzəriyyə: Dawn Wilson & others, 1987, 1988); spirtli içkilərlə bağlı da bunun analogiyası mövcuddur (eksperiment və ya nəzəriyyə: Claude Levy-Leboyer – 1988) (131 səh. 322);

2) Birbaşa görüşməklə, şəxsən deyilən söz daha təsirli olur, nəinki telefon, məktub və s. vasitəsilə deyilən söz. Nümunə üçün, ABŞ-ın Miçiqan ştatında namizədlər seçicilərin bir hissəsinə – KİV vasitəsilə (19%), ikincisinə – məktub (45%), üçüncü hissəsinə isə – şəxsən görüşməklə öz seçkiqabağı təbliğatını çatdırıblar (75%). Nəticədə, hər variantın qarşısındakı mötərizədə göstərilən faiz göstəriciləri əldə edildi (eksperiment və ya nəzəriyyə: Samuel Eldersveld & Richard Dodge – 1954; Eksperimentin variantları: Maccoby & Alexander 1980, Maccoby – 1980) (131 səh. 331);

3) Xəbərdar olmaq – silahlanmaq deməkdir. Qarşı tərəfin gözləmədiyi, hazırlaşmadığı vaxtda göstərilən təsir xüsusi effekt göstərir;

4)  «Kommunukatorlar ardıcıllığı» effektindən istifadə etmək xüsusi effekt göstərir. Bu zaman bir neçə arqument bir nəfərin yox, ayrı-ayrı adamların dilindən səsləndirilir;

5) Xüsusi fəndlərlə auditoriyanı öz qiymətində və ya məsələyə diqqətsizliyinə görə məsuliyyət hiss etməyə məcbur etmək; Natiqin gərgin yox sərbəst pozası; Eyni məlumatın dönə-dönə təkrar etmək; Auditoriyanın dağılmış diqqətini toplayan vasitələrdən istifadə etmək və s. də təlqin prosesinin effektini artırmağa imkan verən vasitələrdəndir;

6) Özünü lap əvvəldən təcrübəsiz, sadəlövh kimi göstərərək rəqibi arxayınlaşdırmaq, passivləşdirmək də gələcəkdə ona lazımi informasiyanı maneəsiz qəbul etdirməyə imkan verən vasitələrdəndir.

 Bəzi qızların özlərini hər sahədə həddən artıq təcrübəsiz kimi göstərərək, oğlanların himayədarlıq hissini doğurub, sonra da onları ürəkləri istədiyi formada istismar etməsi, bəzi xarici siyasi radiostansiyaların öz verilişlərdə məqsədli şəkildə tez-tez texniki və digər tez sezilə bilinən kobud səhvlər buraxıb, bununla da, tamaşaçı və ya dinləyicilərdə bu verilişin qeyri-professional səviyyədə, tələm-tələsik, xüsusi hazırlaşmadan təşkil olunduğu və buna görə də, konkret məqsəd güdmədiyi təsəvvürü yaradılması və b. bu qəbil fəndlərdəndir.

Bunlardan əlavə, təlqin prosesində xüsusi effekt əldə etməyə imkan verən metodlardan daha birisi «İnformasiyanın periferiyadan verilməsi» metodudur. Bu variantın xüsusi əhəmiyyətini nəzərə alaraq, o cümlədən, hipnozun da əsasında bu variantın dayandığını nəzərə alaraq onun barədə xüsusi olaraq ətraflı söhbət açırıq:

7) «İnformasiyanın periferiyadan verilməsi» ilə aparılan təlqin

Şüurun funksiyasını blokirovka edərək, lazımi informasiyanı birbaşa individin təhtəlşüuruna çatdırmağa imkan verən metodlardan daha birisi – onun aktiv diqqətini, şüurunu bir başqa məsələ ilə məşğul edib, lazımi informasiyanı ona bu məsələnin fonunda periferiyadan verməkdir. Bunun üçün verbal və ya qeyri-verbal (yəni vizual, daktil və s.) kanallardan hər hansısa birində, məs., dildə, diqqətyayındırıcı fikir ifadə olunur, digəri ilə (məs., jest və mimikalarla) zəruri olan əsas komanda, məna diqtə edilir, formulə edilir (və ya əksinə). Yaxud eyni bir kanalda həm əsas komanda, həm də diqqətyayındırıcı fikir ifadə olunur, sadəcə bu komanda, çatdırılan həmin ümumi, lazımsız informasiyanın arasında bəzi fəndlərlə informasiyadan fərqləndirilir – məs., ayrıca fikirləri, obrazları, simvolları və s. müəyyən intonasiya, baxış, pauza, toxunma, jest və s. maneraları ilə xüsusi vurğulamaq yolu ilə. Bütün hallarda elə edilir ki, ötürülən bu əlavə məna, əlavə təsir tərəfdaşın diqqətini xüsusi cəlb etməsin və onun özü üçün nəzərəçarpmaz qalsın. Onun təhtəlşüuru üçünsə bu ötəri fakt nəzərəçarpmaz qalmır. Belə ki, hər bir əlahiddə məqam, hər bir ayrıca vurğulanan nüans burada xüsusi qeydə alınaraq bir-biri ilə əlaqələndirilir, müxtəlif variantlarda kombinasiya edilərək, deşifrələnir, mənalandırılır.

Deyilən mənada təlqin üçün diqqətin istənilən vasitə ilə «tutulub saxlanılması» metodu burada yararlıdır, məs., adi çaşdırıcı, tərpənməz, sərt baxışla, müxtəlif diqqətcəlbedici predmetlərlə, əl-qol hərəkətləri ilə, zahiri görkəmdə edilən aşkar dəyişikliklərlə və s.

 Adi hipnoz məhz bu variantın növmüxtəlifliyidir. Burada ilk əvvəl obyektin diqqəti hansısa bir parlaq predmetlə cəlb edilir, «tutulub saxlanılır», lazımi səviyyə əldə olunduqdan sonra, verbal üsulla ona yatmaq barədə komanda diqtə edilir. Lakin bu klassik hipnozun metodudur. Fərqli xalqların, fərqli məktəblərin hipnoz metodları da bir-birindən fərqlənir. Belə ki, aktiv diqqəti «zəbt etmək», «tutub saxlamaq» üçün burada hansısa bir parlaq cisimdən istifadə olunurdusa, bəziləri bunu üçün ekstaz yaradan musiqidən, bəziləri müxtəlif toxunmalardan və s. istifadə edir. Lazımi komanda isə bunların aralığında müəyyən tilsim, ovsun kimi oxunur.

Deyilən məqsəd üçün adi maraqlı söhbət özü də kifayət qədər effektli vasitədir. Belə ki, burada əsas məsələ – tərəfdaşı aludə edib, onun bütün diqqətini nəyinsə üzərində cəmləməkdir ki, maraqlı söhbət də bu funksiyanı uğurla yerinə yetirə bilir (hansı söhbətin tərəfdaş üçün maraqlı olub, hansının maraqsız olduğunu necə təyin etmək üsulları isə «Sərbəst assosiasiya metodu» bölümündə [burada, səh. 30-də] ətraflı izah edilib).

 Adi söhbətdən təlqin aləti kimi istifadə halında, əvvəlcə, müxtəlif əlamətlər, simptomlar əsasında diqqətini cəlb edib, onu söhbətlə aludə etdiyinizi müəyyənləşdirirsiniz. Lazımi fikir bu məqamda sözgəlişi ortaya atılır və tərəfdaşın onu analiz edib, düşünüb rasionallaşdırmasına macal verməmək üçün dərhal da, diqqət əvvəlki məsələnin üzərinə qaytarılır, mövzu yayındırılır və ya söhbət əsnasında əsas fikri «sözarası» çatdırıb, sonra analiz etməsinə imkan vermədən diqqəti bir başqa məsələyə yönəldilir, mövzu dəyişdirilir, araya «söz qatılır» və s. Bununla da onun tərəfdaş tərəfindən çox tezliklə unudulmasına nail olunur. Lakin onun təhtəlşüuru isə bunu unutmur. İnformasiya, faktik olaraq, obyektin hiss kanallarına düşdü və onun hiss reseptorlarını qıcıqlandırdı. Şüur özünün ətalətliyi ucbatından onun təhlilinə köklənməyə macal tapmasa da (yəni obyekt onu ətraflı analiz edib dərk edə bilməsə də), hissiyyat, faktik olaraq, ona reaksiya verdi. Bu aniliksə heç vaxt izsiz itib getmir. Ümumiyyətcə, isə, nəinki bu, hətta hissiyyata ötəri də olsa düşən istənilən siqnal heç vədə izsiz itib getmir və hər hansısa formadasa reaksiya doğurur. Belə ki, bütün deyil, yalnız bəzi hiss edilənlər dərk edilir və hiss edilib, dərk edilməyən informasiyalarsa, itməyib, birbaşa təhtəlşüur sferasına daxil olur, oradan əbədi olaraq fərdin gələcək bütün fəaliyyətinə aktiv təsir göstərir. Adi halda təhtəlşüura daxil olan siqnallar yolunda şüur adlı senzor, filtr, klapan yerləşdiyindən, adətən orqanizm ona edilən zərərli müdaxilələrdən sığortalanmış olur. Bu halda isə, diqtə olunan ötəri komanda şüur «senzorunun» təftişinə məruz qalmadığından, orqanizmin instinkt deyilən avtomatik mexanizmi onu ‘‘tələb olunanadək’’ ‘‘qrifi’’ (burada – ustanovkası) ilə ‘‘dal qapı’’dan uzunmüddətli yaddaşa göndərir ki, şüurun «boş vaxtında» analiz olunmaq üçün geri çağırılsın. Lakin elə burada da həmişəlik olaraq ilişib qalır, çünki o, deyilən prinsip üzrə lazımi qaydada verilibsə, elə sonradan da xatırlanmayıb, unudulasıdır. Bununla belə, bu unutma, yalnız məntiqi təfəkkürə aid məsələdir, qeyri-məntiqi təfəkkürə, o cümlədən, təhtəlşüura yox. Fəqət təhtəlşüur, uzunmüddətli yaddaşa düşmüş digər bütün siqnallar kimi onu da, şüur «senzor»undan keçib, ətraflı saf-çürük edilmiş informasiya sırasında qəbul edəcək və sonrakı əməliyyatlarında stereotip, «ustanovka», meyar, transfer və s. kimi daim nəzərə alacaq, qərarlarında onunla hesablaşacaq.

«İnformasiyanın periferiyadan verilməsi» ilə aparılan təlqinin ən ideal nümunəsi – «25-ci kadr effekti» hadisəsidir ki, onun barədə burada «Hərbi (fiziki) təzyiq» bölümünün «Psixotron silahlar» hissəsində [bax: burada, səh. 67] ətraflı danışılacaq. Bu halda obyektin aktiv diqqəti söhbətlə yox, hansısa bir filmin süjeti ilə məşğul edilir və lazımi komanda bu filmin lentinin hər 25 kadrından birində yerləşdirilir. Nəticədə, filmin qayəsi, fabulası ilə aludə olan şüur, bu aniliyə köklənə bilməsə də, iyirmibeşdəbir saniyə müddətində görünüb yox olan bu kadrdan gələn siqnallar faktik olaraq göz analizatorlarına düşüb, onu ani də olsa qıcıqlandırdığından, yuxarıda deyilən mexanizm fəaliyyət göstərməyə başlayır.

Sadalananlardan savayı, deyilən «İnformasiyanın periferiyadan verilməsi» ilə aparılan təlqin» digər bir sıra yerlərdə də geniş tətbiq olunmaqdadır, məs.:

 Müəyyən edilib ki, sürücülər üçün yol kənarında hər beş-altı yüz metrdən bir bir-iki yol işarəsi qoymaqdansa, onları cəmləyib hər iki-üç km.-dən bir 7±2 sayda (yəni 5-9 arası) yol işarəsi qoymaq onların sürücülər tərəfindən yadda saxlanılmasının effektini artırır. Belə ki, sürücü bunların hər birini şüur süzgəcindən keçirib, üstündə düşünməyə macal tapmadan hamısını kompleks şəkildə fiksiya etdiyindən, qavrayışı da impulsiv səciyyə daşıyır və beyinə partlayış dalğası şəklində daşınır.

 Eksperimentlərdə (eksperiment: Norman Miller & others – 1976; MacLachlan & Siegel – 1980; Foulke & Sticht – 1969; həmçinin, Peng & others, 1993; Smith & Shaffer 1991) müəyyən edilib ki, sürətli (yüksək templi) danışıq daha inandırıcı təsir göstərir. Bu halın özü də «İnformasiyanın periferiyadan verilməsi» effekti ilə əlaqədardır. Belə ki, bu halda da obyekt informasiyanın məzmununu analiz etməyə macal tapmadan onu beyninə toplayır (131 səh. 315)

 «İnformasiyanın periferiyadan verilməsi» metodundan təhsil sistemində də istifadə etmək mümkündür. Belə ki, ibtidai təhsili hərfləri öyrətməkdən başlamaqdansa, bütövlükdə ayrı-ayrı sözləri öyrətməkdən başlamaq, hətta beşikdə olan uşağa da kitab oxumağı öyrətməyə imkan verərdi. Bunun üçün, sadəcə olaraq, ayrı-ayrı sözlər aydın şriftlə və iri hərflərlə böyük vərəqdə yazılır. Sonra hər gün bunlardan beş-altısı (daha dəqiq deyilsə, 7±2-si) sürətlə uşağa göstərilib, gizlədilir və hər dəfə də, hər birinin mənası izah edilir. Paradoksal da olsa... körpə ona cəmisi bir dəfə göstərilən bu sözlərin 70-80%-ini yadda saxlayır. Paradoksun həlli isə ondan ibarətdir ki, əvvəla – körpə bu sözləri, müxtəlif hərf kombinasiyası kimi deyil, ayrıca obraz kimi qavrayır və buna görə də, onun «analizi» ilə uşağın obrazlı təfəkkürü məşğul olur və istənilən obrazlı informasiya kimi o, birbaşa olaraq onun uzunmüddətli yaddaşına düşür. Bunların ona ani göstərilib gizlədilməsi isə beynindəki reqressiv prosesləri azaltmaq və hələ formalaşmamış şüurunu stimullaşdıraraq bu yenilik ətrafında səfərbər etməmək məqsədindən irəli gəlirdi. Nəhayət, beşikdə olan uşağın belə şeylərə qabil olmasının absurdluğu onunla aradan qalxır ki, körpə uşağın öyrənmə qabiliyyəti, yaddaş imkanı böyüklərinkindən qat-qat yüksəkdir və bu baxımdan, uşağın yaşının bu işdə az olması işin ziyanına yox, əksinə, nə qədər az olsa bir o qədər çox xeyrinədir.

Deyilənlər, bu metodun müxtəlif tətbiq variantları olub, ümumi mexanizmi daha ətraflı açmaq məqsədilə təsvir olunurdu. Sadalananlardan əlavə, obyektin fikirlərinin dolaşdırılması (məs., müxtəlif yalan məlumatlar, gözlənilməz hərəkətlər, məntiqsizliklər və s. vasitəsilə), onun «seytnot» vəziyyətinə salınması (məs., qərar qəbulunda tələsdirilməsi yolu ilə), həmçinin onun çıxılmaz vəziyyətə, ekstremal şəraitə salınması, dilemma qarşısında qoyulması, söhbətin onun zəif bildiyi mövzular üzrə aparılması və b. da, şüuru blokirovka etməyə, «dövrədən açmağa» imkan verən bu cür vasitələrdəndir;

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]