Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Diplomatik psixologiya.doc
Скачиваний:
4
Добавлен:
01.07.2025
Размер:
2 Мб
Скачать
☆

IV.2.3.2.6.2.Psixotrop preparatlar

Normal və ya anormal psixi fəaliyyətə münasibətdə seçici aktivlik göstərən kimyəvi və ya təbii maddələr qrupudur. Beyinin funksiyasına onun kimyəvi tərkibini dəyişmək yolu ilə təsir göstərir. Tipik nümunəsi adi zəhərlər və narkotik maddələrdir. Ümumi olaraq kimyəvi tərkibinə, farmakoloji dinamikasına, göstərdiyi effektə və s. əsasən psixotrop preparatların çoxsaylı təsnifat variantları mövcuddur ki, biz burada da, bütün bu kitab boyu əsas götürdüyümüz, həmin dördlü prinsipi əsas götürərək, psixotrop preparatları hissiyyata, emosiyaya, intellektə və iradəyə təsir edənlər olmaqla aşağıdakı variantda qruplaşdırırıq:

IV.2.3.2.6.2.1) Hissiyyatın requlyatoru olan psixotrop preparatlar:

Bu kateqoriyaya əsasən elmdə psixodizleptiklər, psixodeliklər, psixotomimetiklər və ya elə-belə, hallyusinogenlər adlandırılan neyromediatorlar aiddir. Xüsusi effektiv nümunələri aşağıdakılardır:

— Dietil-lizergin turşusu (yaxud, LSD-25. Preparat çovdar mahmızı [Claviceps purpyrea Tulas] bitkisindən alınır), meskalin (preparat peyotl [Echinocactuc williamsii] adlı kaktusdan alınır), psilosibin (preparat teonanakatl [Psilosibis] adlı göbələkdən alınır), psilasin, dimetiltriptamin (DRT), bufotenin, civə buxarı, benaktizin, delizid, həmçinin nisbətən azeffektli vasitələrdən – kannabinoidlər (məs., xaş-xaş), bəzi psixoaktiv və sintetik preparatlar (məs., sernil, ditron...), və indol ailəsindən olan digər preparatlar.

Bunlar elmdə başlıca hallyusinogen (qarabasmatörədən) maddələr kimi tanınır. Müasir tibbdə bu hal həmin maddələrin beyinin kimyəvi tərkibini dəyişməsi faktı ilə izah edilir. Göstərilən xüsusiyyətinə görə, həmin qəbildən olan preparatlar altıncı hissiyyatı oyadan, ilahi dünyaya yol açan, müqəddəs varlıqları görməyə imkan verən və s. vasitə kimi qədim cadu ayinlərində aktivliklə istifadə edilib (hətta sadalanan bu maddələrdən hazırlanmış boyalardan tatuirovka rəngi kimi istifadə olunmasının özü də, qanı kəskin yoluxduraraq ciddi psixi pozuntular, fəsadlar törədir, hallyusinasiyalar yaradır);

IV.2.3.2.6.2.2) Emosiyaların requlyatoru olan psixotrop preparatlar:

Müxtəlif emosiyaları induksiya etdirmək və ya neytrallaşdırmaq məqsədinə xidmət edən neyromediatorlar qrupudur. Psixikaya tam differensial formada təsir göstərir, yəni hər biri fərqli emosiyanı induksiya etdirmək və neytrallaşdırmaq funksiyası daşıyır. Başlıca nümayəndələri aşağıdakılardır:

— Sevinc hissini neytrallaşdıran, yaxud kədər hissi formalaşdıran psixotrop preparatlar (psixoleptiklər və ya neyroleptiklər): (1) Antipsixotik vasitələr – fenotiazinin, butirofenomun, tioksantinin, klozapinin, rauvolfin, difenilbutil-piperidinin və b. törəmələri; (2) Trankvilizatorlar (anksiolitik vasitələr) – benzodiazepinin, qlikolun, trimetoksibenzoy turşusunun, propandiol və difenilmetanın və b. törəmələri; (3) Normotimiklər – litium duzunun müxtəlif törəmələri və s;

— Kədər hissini neytrallaşdıran, yaxud sevinc hissi formalaşdıran psixotrop preparatlar (psixoanaleptiklər): (1) Antidepressantlar (timoleptiklər) – (a) trisiklik və tetrasiklik antidepressantlar (imipramin, amitriptilin və s.), (b) MAO (monoaminoksidaza) fermentinin inhibitorları;... (2) Psixostimulyatorlar – purinin, fenilalkilaminin, sidnonimin törəmələri;... (3) Və s.

— Qorxu hissi formalaşdıran psixotrop preparatlar: trimetin...

— Qorxu hissini neytrallaşdıran psixotrop preparatlar (timolitik vasitələr): trankvilizatorlar – sefedrin, trazodon, ftorasizin, trioksazin, mebikar, meprotan və s.;

— Aqressiya hissi formalaşdıran psixotrop preparatlar: Bi-zet preparatı;

— Aqressiya hissini neytrallaşdıran psixotrop preparatlar: Psixoleptik və antidepressant preparatların kombinasiyası;

IV.2.3.2.6.2.3) İntellektin requlyatoru olan psixotrop preparatlar:

İntellektual fəaliyyəti, yaddaşı, diqqəti və s. aktivləşdirib passivləşdirmək məqsədinə xidmət edən preparatlar qrupudur. Təqribi üzvləri aşağıdakılardır:

— İntellekti aktivləşdirəni psixotrop preparatlar: nootrop və qamgerkik maddələr;

— İntellekti passivləşdirən psixotrop preparatlar: benzodiazepinin, dibenzodiazepinin, fenotiazinin, tioksantenin və b. törəmələri (məs., eunoktin, fenazepam, propazin, aminazin, teralen, tizersin, sonapaks, xlorprotiksen, leponeks, atropin, skoqolamin və s.), həmçinin, bromkarbaminlər, barbituratlar və i.a.

Bundan əlavə, düşüncə prosesinin biokimyəvi mexanizm üzrə baş verməsi versiyasına əsaslanaraq, konkret fikirləri generasiya etdirib, söndürə bilən maddələrin axtarışı istiqamətində də aktiv iş gedir ki, hələlik bu sahədə əsaslı uğurdan danışmaq mümkün deyil;

IV.2.3.2.6.2.4) İradənin requlyatoru olan psixotrop preparatlar:

Vazomotor aktivliyi blokirovka edən və ya stimullaşdıran preparatlar qrupudur:

— İflicedici preparatlar: Tabun, zarin, zoman və V-qazlar;

— Qıcolma əleyhinə olan preparatlar: Karbamazepin, klonazepam, morquksimid, pufemid, suksilep və s8...

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]