- •İ.Ə.Seyidov
- •I фясил. Davraniş Və düşünCəLəRin determinasiya mexanizmi baRəDə
- •I.1.Motivlər barədə mövcud nəzəriyyələr
- •I.1.1.Psixoanaliz nəzəriyyəsi
- •I.1.2.Analitik psixologiya
- •I.1.3.İndividual psixologiya
- •I.1.4.Biheviorial-təlim cərəyanı
- •I.1.5.Humanist psixologiya
- •I.1.6.Evolyusionizm
- •I.1.7.Sinergetika
- •I.1.8.Fдlakдt nдzдriyyдsi
- •I.2.Motivlər barədə bizim qənaətimiz
- •I.2.1.Genetik (irsi) amillər
- •I.2.1.1.Psixoloji universalilər:
- •I.2.1.1.1.Fizioloji universalilər:
- •I.2.1.1.2.Emosional universalilər:
- •I.2.1.1.3.İntellektual universalilər:
- •I.2.1.1.4.İradi universalilər:
- •I.2.1.2.Psixoloji tələbatlar
- •I.2.1.2.1.Fizioloji tələbatlar:
- •I.2.1.2.2.Emosional tələbatlar:
- •I.2.1.2.3.İntellektual tələbatlar:
- •I.2.1.2.4.İradi tələbatlar:
- •I.2.2.Təbiət amilləri
- •I.2.2.1.Bürclərin təsirləri
- •I.2.2.2.Coğrafi faktorlar
- •I.2.3.Sosial amillər
- •I.2.3.1.Lokal sosial determinantlar
- •I.2.3.2.Qlobal sosial determinantlar
- •I.2.3.3.Sosial qrupların tipləri
- •I.2.3.4.Bəzi sosial qrupların psixologiyası
- •I.2.3.4.1.Qadın və kişi psixologiyası
- •2) Sosial dominantliq
- •3) Aqressivlik
- •4) Seksualliq
- •I.2.3.4.2.Millətlərin psixologiyası
- •İndividualist kollektivist mədəniyyətdə olarkən
- •I.2.3.5.1.Komplekslər
- •I.2.3.5.2.Biogen faktorlar
- •II фясил. KəŞfiyyat: İnsanların fikirlərini necə «oxumalı», onları necə tanımalı
- •II.1.Şəxsiyyətin psixoloji portreti
- •II.1.1.Şəxsiyyətin individual xarakteristikaları (Konkret fərdlərə xas olan psixi əlamətlər)
- •II.1.1.1.Şəxsiyyətin fizioloji (vital) xarakteristikası
- •II.1.1.2.Şəxsiyyətin emosional (psixomotor) xarakteristikası.
- •II.1.1.3.Şəxsiyyətin intellektual (koqnitiv) xarakteristikası.
- •II.1.1.4.Şəxsiyyətin iradi (evokativ) xarakteristikası.
- •II.1.2.Şəxsiyyətin relyativistik xarakteristikaları
- •II.2.Şəxsiyyətin tədqiq üsulları
- •II.2.1.Diaxronik tədqiq üsulu
- •II.2.2.Sinxronik tədqiq üsulu
- •II.2.2.1.Müşahidə
- •II.2.2.2.Eksperiment
- •II.2.2.2.1.Sərbəst assosiasiya metodu
- •II.2.2.2.2.Mübahisə metodu
- •II.2.2.2.3.Sınaq-səhv metodu
- •II.2.2.2.4.Statistik intensivlik metodu
- •II.2.2.2.5.Eyham metodu
- •II.2.2.2.6.Həqiqəti təhrif metodu:
- •II.2.2.2.7.Sorğu metodu
- •II.2.2.2.7.1.Faktın müəyyənləşdirilməsi məqsədinə xidmət edən suallar:
- •II.2.2.2.7.2.Əlamət və münasibətin müəyyənləşdirilməsi məqsədinə xidmət edən suallar:
- •III фясил. Bir sira taktiki RəFtar Və ünsiyYəT FəNdLəRi
- •III.1.Necə tanış olmalı?
- •MəHəBBəTin psixologiyasi
- •III.2.Söhbət qaydaları
- •III.2.1.Riskli fikirləri necə ifadə etməli?
- •III.2.2.Tənqid (irad) qaydaları
- •III.2.3.Etiraz, imtina qaydaları
- •III.2.4.Mövzudan məharətlə yayınmaq qaydaları
- •III.2.5.Cavabdan diplomatikcəsinə necə yayınmalı
- •III.2.6.Mövcud münasibəti qoruyub saxlamağa və daha da inkişaf etdirməyə imkan verən qaydalar
- •III.2.7.Mahir həmsöhbət ola bilmək qaydaları
- •III.2.8.Mahir dinləyici ola bilmək qaydaları
- •IV фясил. Ataka: insanlara neCə TəSir gösTəRMəLi
- •IV.1.Psixoloji təsirlərin formaları
- •V.I.Lenin
- •IV.1.2.Təşviqat
- •IV.2.Psixoloji təsirlərin metodları
- •IV.2.1.Təlqin: İnsanları ayıqkən necə hipnoz etməli
- •IV.2.1.1.Avtoritet və etimada əsaslanan təlqin
- •IV.2.1.2.Qarşı tərəfin zəifliklərindən istifadə yolu ilə həyata keçirilən təlqin
- •IV.2.1.3.Situativ faktorlara istinadən həyata keçirilən təlqin
- •IV.2.1.4.Təlqin materialının məzmunu faktoru
- •IV.2.1.5.Təlqin texnikası faktoru
- •7) «İnformasiyanın periferiyadan verilməsi» ilə aparılan təlqin
- •8) Pilləli təlqin:
- •IV.2.2.İnandırma, aldatma və dezinformasiya metodları
- •1) Obyektin siqnalda şifrələnməsi aktında:
- •2) Siqnalın xarakterindən doğan xətalar:
- •4) Hissiyyatın xüsusiyyətindən doğan xətalar:
- •5) İdrak deşifratorunun xüsusiyyətlərindən doğan xətalar:
- •IV.2.2.1.Nümayiş manipulyasiyaları
- •IV.2.2.2.Təsvir manipulyasiyaları
- •IV.2.2.3.İzah manipulyasiyaları
- •IV.2.2.4.Arqumentasiya manipulyasiyaları
- •IV.2.3.Sanksiya
- •4) İradi tələbatlarla manipulyasiya:
- •IV.2.3.1.Müsbət sanksiyalar
- •1) Fizioloji tələbatlarla manipulyasiya:
- •2) Emosional tələbatlarla manipulyasiya:
- •3) İntellektual tələbatlarla manipulyasiya:
- •IV.2.3.2.Mənfi sanksiyalar
- •IV.2.3.2.1.Psixi diversiya
- •IV.2.3.2.2.Siyasi-inzibati diversiya
- •IV.2.3.2.3.İqtisadi diversiya
- •IV.2.3.2.4.Hüquqi diversiya
- •IV.2.3.2.5.Texniki diversiya
- •İşə düşmə mexanizminə görə viruslar:
- •1) Proqramın özü ilə əməliyyatlar
- •1.A) Makrokomanda (wb (WordBasic) və ya vba (Visual Basic for Application) dilində olan komandalar) əməliyyatları
- •1.B) Prosedura (vəhdətdə icra olunan məntiqi ardıcıl makro-komandalar) əməliyyatları
- •1.C) Makros (proseduralar toplusu və ya operatorun komandası, yaxud da hansısa hadisənin təsiri ilə işə düşən vba-nın proqram kodu) əməliyyatları:
- •1.D) Modul (dəyişən və prosedura mətnlərinin toplusu) əməliyyatları:
- •1.E) Fayl əməliyyatları
- •2) Proqramdaxili digər komandalar
- •IV.2.3.2.6.Hərbi (fiziki) təzyiq
- •IV.2.3.2.6.1.Psixotron silahlar
- •IV.2.3.2.6.2.Psixotrop preparatlar
- •IV.2.3.2.6.3.Partlayıcı maddələr (eksplozivlər):
- •IV.2.3.2.6.4.Kimyəvi silahlar
- •IV.2.3.2.6.5.Bioloji (bakterioloji) silahlar
- •IV.2.3.2.6.6.Tektonik silahlar
- •IV.2.3.2.6.7.Genetik silahlar
- •IV.2.3.2.6.8.Zoo – silahlar
- •IV.2.3.2.6.9.«Humanist» adlandırılan müasir bəzi silah növləri
- •IV.2.4.Cadu, tilsim, ekstrassensorika
- •IV.2.4.1.CaduGəRliyin tarixi
- •IV.2.4.2.CaduGəRliyin növLəRi Və mexanizmi
- •IV.2.4.2.1.Tilsim
- •IV.2.4.2.2.Hipnoz:
- •IV.2.4.2.3.Kontaktsız müalicə:
- •IV.2.4.2.4.Telekinez:
- •IV.2.4.2.5.Levitasiya:
- •IV.2.4.2.6.Sensitivistlik:
- •IV.2.4.2.7.Teleportasiya:
- •IV.2.4.2.8.Maddiləşmə-ərimə:
- •IV.2.4.2.9.Spiritizm:
- •IV.2.4.2.10.Zombiləşdirmə:
- •IV.2.4.2.11.Falçılıq (bəsirət, mantika, gələcəkgörmə)
- •IV.2.4.3.Sirli bilikLəRin MəNŞəYi
- •IV.2.4.3.1.İtmiş sivilizasiyalar barədə
- •IV.2.4.3.2.Yerdənkənar sivilizasiyalar barədə
- •V фясил. Virtual mühariBə metodlari
- •Davranış və düşüncələrin neyrostrateji proqramlaşdırılması metodu («Atom bombasına qarşı psixoloji bomba»)
- •V.1.İdeyaları necə iflasa uğratmalı, ideologiyaları necə neytrallaşdırmalı
- •İdeya əleyhinə Sizin istifadə edə biləcəyiniz deyilən tipli elementlər kateqoriyasına qismən aid ola bilər:
- •V.I.2.1) İdeya əleyhinə ideoloji fəaliyyət aparılır. O cümlədən:
- •V.I.2.1.1) Neytral tərəflərin, indiyə qədər müdafiəçisi olmuş tərəflərin onun əleyhinə köklənməsinə, qalxmasına çalışılır. Bu məqsədlə:
- •V.I.2.1.2) Deyilən tipli faktlar tapmaq çətindirsə və ya olanlara dəstək məqsədilə, bunlar süni yolla yaradılır. O cümlədən:
- •V.I.2.2.A) Bu məqsədlə sifariş, muzd ödəmə, səlahiyyətlərdən istifadə və s. Kimi metodlardan aktivliklə istifadə edilir.
- •V.I.3) Paralel olaraq sizin özünüz də onun əleyhinə birbaşa fəaliyyət aparırsınız və ya bu tipli fəaliyyətlərdə birbaşa iştirak edirsiniz, o cümlədən:
- •V.2.Cəhdləri necə blokirovkalamalı, əleyhfəaliyyətlərin qarşısını necə almalı
- •V.3.İnqilabları necə formalaşdırmalı, situasiyaları necə dəyişməli
- •V.4.Qüvvələr (şəxsiyyətlər, dövlətlər...) əleyhinə fəaliyyətlər
- •V.5.Rəqib cəbhəsi daxilinə necə iğtişaş salmalı
- •Təzyiq taktikaları ilə əlaqədar bir sıra nüanslar
- •Qarabağ müharibəsi ilə əlaqədar bəzi çıxarışlar
- •2) Bu problemin siyasi yolla həllinin iki variantı mümkündür:
- •Ədəbiyyat siyahısı
- •1) Rəqəmlərin hərflərə «tərcümə» edilməsi metodu:
- •2) Rəqəmlərin obrazlara «tərcümə» edilməsi metodu:
- •3) Rəqəmlərin cümlələrə «tərcümə» edilməsi metodları:
IV.2.4.3.2.Yerdənkənar sivilizasiyalar barədə
Yuxarıda (səh., 109) deyildi kimi, bir çoxları da, mistik biliklərin mənşəyini yerdənkənar sivilizasiyalarla əlaqələndirirlər. Bu versiya da müəyyən əsaslara malikdir. Belə ki, yerdənkənar sivilizasiyaların mövcud olması və onların Yerlə əlaqəsi məsələsini elm, hələlik təsdiq edə bilmirsə də, onu inkar etməyə də çox çətinlik çəkir. əksinə, onun lehinə bir sıra faktlar mövcuddur ki, bunlardan bir qismi aşağıdakılardır:
Təkcə Günəş sisteminin yerləşdiyi Qalaktikada ölçüsü, iqlimi və digər parametrləri baxımından Yer kürəsinə çox yaxın olan yüz milyondan artıq göy cismi (ələlxüsus, müxtəlif ulduzların planetləri) müəyyən edilib. Eyni bu cür şəraitin mövcudluğu, orada da, həyat doğurması ehtimalı çox böyükdür. Və alimlərdə bu ehtimal o qədər böyükdür ki, hətta bir çox məşhur astrofizika institutlarında böyük xərclər çəkilərək, nəhəng radiosistemlər qurulub və həyat ehtimalı olan bu tipli planetlərin bir çoxuna radiodalğalar vasitəsilə Yerdəki həyat barədə xüsusi informasiyalar göndərilib. Bu informasiyalara isə, bütün Kainat üçün anlaşıqlı olduğu ehtimal edilən aşağıdakı məlumatlar daxildir: «Mendeleyev cədvəli»nin quruluşu, bizim qalaktikanın şəkli və orada Günəş sistemi və Yerin yerləşdiyi koordinatlar, insanın gen strukturunun şəkli, insan şəkli və s. Müasir elm bunların bütün kainat üçün son dərəcə universal anlayışlar olduğunu qəbul edir və bunlardan kosmik əlaqə məqsədilə istifadə edənlər də, ehtimal edir ki, kainatın istənilən guşəsində mövcud olan həyat formaları bunları tutarkən, onların şüurlu varlıqlar tərəfindən göndərildiyini başa düşəcəklər.
Yerdənkənar sivilizasiyaların Yerlə əlaqəsi barədə ehtimal doğuran ən güclü arqumentlərdən biri – tarixən bütün dövrlərdə insanların bu fenomenlə rastlaşmasına dair tarixdə çoxlu sayda faktların qalmasıdır. Belə ki, məsələn, Junan dağındakı (Çin, y.e.ə. 4500 il), Qunqtin gölündə olan adalardakı (Çin, y.e.ə. 4500 il), Tassili dağlarındakı (Saxar), Tiquananko məbədindəki (Peru, y.e.ə. 4000 il) və b.-dakı daş-qaya rəsmlərində, bir qədim Misir papirusunda (y.e.ə. 1380-ci ilə) və b. yerlərdə «uçan boşqablar»la bağlı hansısa məlumatlar var. Belə ki, məsələn, həmin daş-qaya rəsmlərində skafandrlı insan rəsmləri çəkilib.
Yazının meydana gəlməsindən sonra artıq bu barədə daş-qaya rəsmləri dilində deyil, yazılı formada geniş informasiyalar verilməyə başlanıb: Lionun baş keşişi Aqobard özünün «Le Qranden e Tonetrua» (840-cı il) əsərində, Xeyirxah Filippin təzkirəçisi Jak Düklerk özünün «Azad insan Arressin memuarları» (XV əsr) əsərində, Xartman Şeden özünün «İnkuiabula»larında (1494-cü il), alman filoloqu Yakob Qrimm (XVIII əsr), alman yazıçısı Montanus (XVIII əsr) və b. öz əsərlərində bu fenomendən geniş bəhs edib, bu və ya digər formada onun yerdənkənar mənşəliliyini qəbul etmişlər.
Yeni Eranın başladığı vaxtdan bəri: I əsrdə Şotlandiyada, VII əsrdə İngiltərədə, X əsrdə Macarıstanda və Şərqi Fransa əyaləti Verdendə, XI əsrdə Kairdə, XI və yenə də XII əsrdə Yaponiyada, XVI əsrdə Erfurtda, yenə həmin əsrdə Nürnberqdə, Bizanda və b. yerlərdə göydə uçan maraqlı texniki qurğuların müşahidə edilməsinə dair dövrümüzə qədər bir sıra mötəbər yazılı sənədlər gəlib çatıb.
Astronomlardan Halley (06.03.1716), Şarl Meser (17.06.1777), Tiberuus Kavelo (1783), Truvelo (29.08.1871), Şaferik (24.04.1874) və digərləri müxtəlif vaxtlarda fəzada onların özləri üçün də anlaşılmaz olan bu uçan texniki qurğuları müşahidə etdiklərini yazırlar (xüsusən də, nəinki süni peyklərin, hətta dirijablın da icad olunmadığı bir dövrlərdə).
Şübhəsiz, həmin dövrlərdə bu obyektlərlə rastlaşanların sayı yüz minlərlədir. Lakin onların böyük əksəriyyəti o dövrün təsəvvür səviyyəsinə uyğun olaraq fikrini cin, mələklər və b. ilə rastlaşması kimi formula etdiyindən müasir elm onların ifadələrini az mötəbər fakt kimi qəbul edir.
XX əsrlərdə qəzetlərin meydana gəlməsi ilə problem qəzetlər səviyyəsində müzakirə olunmağa başlayır, o cümlədən: ?.08.1809 tarixli «Cornel of neçurel xistorii...», 7.09.1820 tarixli «Annale de şimi», 23.05.1909 tarixli «Uikli dispatç», 20.05.1909 tarixli «Deyli Meyl», 31.01.1913 tarixli «London standart» və s. adlı Avropa qəzetlərində bu obyektlər, onların həmin ərəfələrdə hansısa bölgədə görünməsi, təsviri və s. barədə ətraflı məlumatlar dərc edilmişdir.
Təkcə yazılı ədəbiyyat deyil, Yer kürəsinin müxtəlif xalqlarının şifahi ədəbiyyatı da bu fenomenə dair materiallarla doludur. O cümlədən, məsələn: ABŞ-ın Vayominq ştatındakı Bih-Horn dağları ətəklərində indiyə qədər də daşdan hörülmüş qədim bir «cadugər arabası»nın qırıqları qalmaqdadır. Yerli hinduların dediklərinə görə, onu, onların qədim əcdadları «göydən gəlmiş adamlar»ın şərəfinə onların «uçan arabasına» bənzədib yaratmışlar. Onların dediyinə görə, bura, səmadan gəlmiş adamların Yerə endiyi yerdir və onların əcdadları da bu qurğunu tikdilər ki, növbəti dəfə səma adamları gəldikdə öz əvvəlki eniş yerlərini tanıya bilsinlər. Kanada və Minnesota hindularının dediklərinə görə, avropalılar oralara gələn vaxta qədər oralarda çox tez-tez səssiz uçan, bəzən dənizin üstünə də qona bilən nəhəng dairəvi arabalar görmək mümkün idi. Avropalıların oralara ayaq açması ilə onlar da itdilər; Peru xalqlarının (Tiaxuanko r-nu) rəvayətlərində nəhəng, parlaq səma arabalarında gəlmiş «gözəl insanlar»dan söhbət açılır. Onlar hündürboylu, parlaqsaçlı və qəribə paltarda idilər; German xalqlarının inamına görə, onların əcdadları buralara «uçan qüllələr»də gəliblər; Podoli slavyanlarının rəvayətlərində insanın birinci dəfə Yerdə yox, tamam başqa ulduz sistemində yaradıldığından söhbət açılır. Onlar sonradan gəlib Yerdə məskunlaşıblar; Analoji fikir, yəni insanlığın əvvəlcə bir başqa ulduz sistemində, qalaktikada dünyaya gəlib, sonra Yer planetinə köçməsi Afrika, Asiya və Amerikanın bir çox xalqlarının mifologiyasında da eynilə təkrarlanır. Bunlardan bəzilərinin, o cümlədən, Peru xalqlarının, Kalimantan adası xalqlarının, qədim mayyaların və b. rəvayətlərində isə hətta insanlığın ilk məskunlaşdığı ulduz sisteminin təxmini istiqaməti də, dəqiqləşdirilir: Bu – Ülkər bürcünün ulduzlar sistemindən biridir; Afrika doqonlarının, Yeni Zelandiya maorilərinin, Pasxa adaları sakinlərinin, Sibir ketlərinin və b.-nın əsatir və rəvayətlərində də, yadplanetlilər barədə çoxsaylı məlumatlar var.
Yeri gəlmişkən Tövratda da «uçan boşqablar» barədə maraqlı məlumat var. Belə ki, Peyğəmbər İezekl barədə olan hissədə Peyğəmbər İezekl vəhyləri ona parlaq işıq saçan, uçan nəhəng arabada gəlmiş qəribə insanların gətirdiyini bildirir, həmin maraqlı uçan qurğunun və ondan düşüb gələn insanabənzər məxluqların («mələklərin») təsvirini verir.
Bütün bu məsələlər rəsmi elmin bu fenomeni inkar etməsini hələlik mümkünsüz edib. əksinə, bütün dövrlərdə bir sıra çox nüfuzlu alimlər ona münasibət bildirib, bu fenomenin sirrini açmağa cəhd göstərmişlər. Tanınmış nüfuzlu alimlərdən Aristotel, Sialkovski, Eynşteyn və b. bu sıradandırlar, yəni onlar da yadplanetlilər məsələsinə ciddi diqqət verib, bu barədə müəyyən mülahizələr söyləmişdilər.
Bu izahlara gəldikdə isə, həmin bu Yerdənkənar sivilizasiyaların nə olması məsələsi ilə bağlı indiyə qədər irəli sürülmüş versiyaları, əsasən, aşağıdakı kimi qruplaşdırmaq mümkündür:
Birinci – ən geniş yayılmış versiyaya görə, onlar – uzaq planetlərdən, ulduz sistemlərindən, qalaktikalardan və s. gəlmiş şüurlu varlıqlardır (özü də, ola bilsin, bir yox, bir neçə fərqli planet, ulduz sistemi və s.-dən). Bu versiyanın özü də bir neçə variantdan ibarətdir:
a) Onlar Günəş sistemindən kənarda, kainatın hansısa digər bir küncündə yaranıb, inkişaf etmiş şüurlu məxluqlardır;
b) Onlar uzaq qalaktika sakinlərinin özləri yox, onların Yeri tədqiq üçün göndərdikləri biorobot, holoqramma və s. tipli alətləridir;
v) Onlar bir zaman Yerdə mövcud olan sivilizasiyalar zamanı Yeri tərk edərək digər ulduzlarda, qalaktikalarda və s. məskunlaşmış insan övladlarıdır. Sonradan Yer sivilizasiyası tənəzzülə uğradığından onlarla əlaqə kəsilib. Onlarsa hələ də öz sivilizasiyalarını saxladıqlarından, yüksək texniki mərhələdədirlər və mütəmadi olaraq öz ulu vətənlərini yoluxurlar;
q) Onlar insanların başqa planetdə, ulduzda və s. yaşayan əcdadlarıdır. Belə ki, insan ilk olaraq məhz orada meydana çıxıb, sonra Yerə köçüb. «uçan boşqab» da, həmin ulduz, planet sistemi sakinlərinin Yerdəki həyat eksperimentinə nəzarət üçün göndərdikləri tədqiqat aparatları və heyətləridir...
İkinci versiyaya görə, onlar heç də uzaq planetlərdən gəlməyib, insanla birlikdə eynilə həmin bu Yer kürəsində yaşayan digər bioloji mutasiyadırlar, mümkündür ki, hətta insanın növ müxtəlifliyidirlər. Başqa sözlə, onlar da, insan kimi Yer kürəsinin sakini – canlılardandırlar, lakin digər canlılardan fərqli olaraq onlar yer altında və ya okeanın dərinliklərində yaşayırlar, elmi-texniki tərəqqi baxımından insanı qabaqlayıblar. «Bermud üçbucağı», «Şeytan dənizi» və s. kimi anomal yerlər onların yeraltı dünyalarının darvazalarıdırlar;
Üçüncü versiyaya görə, onlar ümumiyyətcə, bu ölçüdə deyil, tamam başqa ölçüdə – beşinci ölçüdə, məkanın paralel qatlarında yaşayan canlılardandır. Ufologiyada Nyu-York universitetinin professoru R.Şapironun bu fikri məşhurdur ki, həyatın su-karbon modelinin universallığı hipotezası astro-biologiyanın tərəqqisini tormozlayan «ən zərərli ehkamlardandır». Digər amerikan professoru astrofizik Fred Hoyl deyir: «İnsanlar onların hər addımına nəzarət edən özgə bir şüurun oynadığı böyük oyunda kiçik piyadalardır. Bu yad şüur, özgə kəhkəşanda, beşinci ölçüdə mövcuddur, onun fizika və kimya qanunları da bizimkilərdən tamamilə fərqlənir. O, bizi məhdudlaşdıran zaman və məkan baryerini dəf etməyi öyrənib. Bu fövqəlşüurlu varlıqlar bizdən o qədər fərqlənirlər ki, onları bəşər terminləri ilə təsvir etmək qeyri-mümkündür. İnsanlar bütün yaratdıqlarını onların sayəsində yarada biliblər». Bir başqa amerikan tədqiqatçısı C.Kilin yazdıqlarından: «Biz görə bilmədiyimiz enerjilərlə əhatə olunmuşuq. Mümkündür ki, bu enerjilərdən bizim görə bilmədiyimiz obyektlər, canlılar, hətta bütöv dünyalar yaranır. Lakin bizim onları hər hansı bir variantda görüb, duyub eşidə bilməməyimiz hələ onların mövcud olmaması demək deyil». Analoji mövqeyi fransız alimi Jak Valle, italyan alimi L.Bokkon, rus alimlərindən akademik V.P.Kaznaçev, fizika-riyaziyyat elmləri doktoru V.Baraşenko (eləcə də, öz dövründə K.E.Sialkovski) və b. da müdafiə etmişlər;
Dördüncü versiyaya görə – onlar, məkanın deyil, zamanın paralel qatlarında yaşayırlar, başqa sözlə, «başqaplanetlilər» bu zəmanəyə xüsusi «zaman maşını» vasitəsilə keçmişdən (supersivilizasiyaya malik Atlantida dövrü keçmişindən) və ya gələcəkdən gəlirlər. Eynşteyn bu fərziyyənin aktiv müdafiəçilərindən olub;
Beşinci versiyaya görə, onlar – müxtəlif ölkələrin fövqəlməxfi super hərbi təyyarələridirlər; və ya Yerə düşmüş «Uçan boşqab» qırıqları isə Yerə qayıdan, yaxud uğursuz start götürmüş süni kosmik raketlərin dağılmış hissələridirlər (texniki izah);
Altıncı versiyaya görə, o – adi hallyusinasiya effektidir (psixoloji izah), o cümlədən;
a) «Uçan boşqab» şahidləri onu adətən gecələr müşahidə edirlər, bu da, gecənin xüsusi hipnotik- təsirindən törəyən hissi aldanmadır (sensor illüziyadır);
b) «Uçan boşqab»ın xüsusi aktivliklə müşahidə edildiyi bölgələr özünün müəyyən geoloji strukturu ilə seçilir. Belə ki, məs., civə yatağı olan yerlərdə buxarlanan civə toksininin təsirindən o yerdəki insanların gözünə müxtəlif qarabasmalar göründüyü məlumdur;
v) «Uçan boşqab» – «materiallaşmış fikir» hadisəsidir. Belə ki, hipnoz altında olan adamın təsəvvüründə tutduğu və müəyyən küncə yönəltdiyi predmeti həmin yerdə fotoaparat vasitəsilə qeydə almağın mümkünlüyü elmə məlumdur. Kütləvi psixoz halında olan adamlar kütləsinin səmada «uçan boşqab» axtarışı da, beləcə, gec-tez «həqiqi» «uçan boşqab» şəklində təzahür edə bilər;
...və s...
Yeddinci versiyaya görə – ümumiyyətcə, «yerdənkənar sivilizasiya» və onların Yerdə hər hansı izləri mövcud deyil. əldə olunan faktlar isə, olsa-olsa müxtəlif fiziki-təbiət hadisəsidir, o cümlədən, müşahidə olunan «Uçan boşqablar»:
a) komet və ya bolidlərin növmüxtəlifliyidir (meteoroloji izah);
b) kürəşəkilli ildırımın növmüxtəlifliyidir (elektromaqnetik izah);
v) ionlaşmış hava kütləsidir (elektromaqnetik izah);
q) lazer qurğuları şüalarının buludlardan olan inikasıdır (optik izah);
ğ) sınan Günəş şüalarının zond effektidir (optik izah);
d) öz maqnit sahəsi hesabına yaranan plazma kütləsidir;
e) müəyyən situasiyada spontan yaranan təbii sinxrofazatrondur (zərrəcik sürətləndiricisidir) və onun buraxdığı şüalar da, daxildə yaranan «Vavilov-Çerenkov» effektinin nəticəsidir (kvant izahı);
...və s...
Bir başqa ehtimala görə «uçan boşqab», ümumiyyətcə, mif, uydurma, psixoloji vasitədir (məs., amerikan ufoloqu M.Lindeman) bu ehtimalı söyləyənlərin qənaətinə görə «uçan boşqab» şayiəsini müxtəlif dövlətlər öz çirkin əməllərini ört-basdır etmək, «uçan boşqab»ın adına yazmaq üçün uydurublar.
Və s.
Eyni zamanda, «uçan boşqab» adı altında bir neçə fərqli effektdən söhbət getməsi ehtimalı da istisna deyil. Yəni, birisinin gördüyü «uçan boşqab» – qonşu kənddə yerləşən meteoroloji idarənin zondu, digərinin gördüyü – uçan meteorit, üçüncüsünün gördüyü – nə isə kürəşəkilli ildırım, və nəhayət, hansısa birinin gördüyü isə, həqiqətən də, yerdənkənar mənşəli cihaz və ya varlıq ola bilər.
Bir sözlə, okkult elmlərin Yerə yerdənkənar sivilizasiya nümayəndələri tərəfindən gətirilməsi ehtimalı da, öz məntiqinə malikdir.
* * *
Bu bölmədə deyilənləri yekunlaşdıraraq bir şeyi qeyd edirik ki, dünyanın insan beyni tərəfindən qavranılmamış və ya hələlik qavranılmamış qatları da yetərincədir. Okkult təsirlər də dünyanın bu qatlarının reallıqlarındandır. Amma biz ümumən sirli biliklər aləminə az-çox aidiyyatı olan hər kəs üçün ciddi şərt olan «ezoterik məxfilik» prinsipinə riayət edərək, bu barədə bundan artıq nə isə danışmağa zərurət bilmirik. Bu deyilənlərdənsə məqsəd yalnız bu təsirlərin də mexanizmi barədə ümumi təsəvvür yaratmaq idi. Ondan nə nəticə çıxarmaq işi hər kəsin öz işidir.
Bütövlükdə bu cəmi həmlə, hücum fəndləri kitabın ikinci hissəsində vahid bir sterjinə düzülərək konkret proqram halına salınır.
2-Cİ HİSSə
