- •İ.Ə.Seyidov
- •I фясил. Davraniş Və düşünCəLəRin determinasiya mexanizmi baRəDə
- •I.1.Motivlər barədə mövcud nəzəriyyələr
- •I.1.1.Psixoanaliz nəzəriyyəsi
- •I.1.2.Analitik psixologiya
- •I.1.3.İndividual psixologiya
- •I.1.4.Biheviorial-təlim cərəyanı
- •I.1.5.Humanist psixologiya
- •I.1.6.Evolyusionizm
- •I.1.7.Sinergetika
- •I.1.8.Fдlakдt nдzдriyyдsi
- •I.2.Motivlər barədə bizim qənaətimiz
- •I.2.1.Genetik (irsi) amillər
- •I.2.1.1.Psixoloji universalilər:
- •I.2.1.1.1.Fizioloji universalilər:
- •I.2.1.1.2.Emosional universalilər:
- •I.2.1.1.3.İntellektual universalilər:
- •I.2.1.1.4.İradi universalilər:
- •I.2.1.2.Psixoloji tələbatlar
- •I.2.1.2.1.Fizioloji tələbatlar:
- •I.2.1.2.2.Emosional tələbatlar:
- •I.2.1.2.3.İntellektual tələbatlar:
- •I.2.1.2.4.İradi tələbatlar:
- •I.2.2.Təbiət amilləri
- •I.2.2.1.Bürclərin təsirləri
- •I.2.2.2.Coğrafi faktorlar
- •I.2.3.Sosial amillər
- •I.2.3.1.Lokal sosial determinantlar
- •I.2.3.2.Qlobal sosial determinantlar
- •I.2.3.3.Sosial qrupların tipləri
- •I.2.3.4.Bəzi sosial qrupların psixologiyası
- •I.2.3.4.1.Qadın və kişi psixologiyası
- •2) Sosial dominantliq
- •3) Aqressivlik
- •4) Seksualliq
- •I.2.3.4.2.Millətlərin psixologiyası
- •İndividualist kollektivist mədəniyyətdə olarkən
- •I.2.3.5.1.Komplekslər
- •I.2.3.5.2.Biogen faktorlar
- •II фясил. KəŞfiyyat: İnsanların fikirlərini necə «oxumalı», onları necə tanımalı
- •II.1.Şəxsiyyətin psixoloji portreti
- •II.1.1.Şəxsiyyətin individual xarakteristikaları (Konkret fərdlərə xas olan psixi əlamətlər)
- •II.1.1.1.Şəxsiyyətin fizioloji (vital) xarakteristikası
- •II.1.1.2.Şəxsiyyətin emosional (psixomotor) xarakteristikası.
- •II.1.1.3.Şəxsiyyətin intellektual (koqnitiv) xarakteristikası.
- •II.1.1.4.Şəxsiyyətin iradi (evokativ) xarakteristikası.
- •II.1.2.Şəxsiyyətin relyativistik xarakteristikaları
- •II.2.Şəxsiyyətin tədqiq üsulları
- •II.2.1.Diaxronik tədqiq üsulu
- •II.2.2.Sinxronik tədqiq üsulu
- •II.2.2.1.Müşahidə
- •II.2.2.2.Eksperiment
- •II.2.2.2.1.Sərbəst assosiasiya metodu
- •II.2.2.2.2.Mübahisə metodu
- •II.2.2.2.3.Sınaq-səhv metodu
- •II.2.2.2.4.Statistik intensivlik metodu
- •II.2.2.2.5.Eyham metodu
- •II.2.2.2.6.Həqiqəti təhrif metodu:
- •II.2.2.2.7.Sorğu metodu
- •II.2.2.2.7.1.Faktın müəyyənləşdirilməsi məqsədinə xidmət edən suallar:
- •II.2.2.2.7.2.Əlamət və münasibətin müəyyənləşdirilməsi məqsədinə xidmət edən suallar:
- •III фясил. Bir sira taktiki RəFtar Və ünsiyYəT FəNdLəRi
- •III.1.Necə tanış olmalı?
- •MəHəBBəTin psixologiyasi
- •III.2.Söhbət qaydaları
- •III.2.1.Riskli fikirləri necə ifadə etməli?
- •III.2.2.Tənqid (irad) qaydaları
- •III.2.3.Etiraz, imtina qaydaları
- •III.2.4.Mövzudan məharətlə yayınmaq qaydaları
- •III.2.5.Cavabdan diplomatikcəsinə necə yayınmalı
- •III.2.6.Mövcud münasibəti qoruyub saxlamağa və daha da inkişaf etdirməyə imkan verən qaydalar
- •III.2.7.Mahir həmsöhbət ola bilmək qaydaları
- •III.2.8.Mahir dinləyici ola bilmək qaydaları
- •IV фясил. Ataka: insanlara neCə TəSir gösTəRMəLi
- •IV.1.Psixoloji təsirlərin formaları
- •V.I.Lenin
- •IV.1.2.Təşviqat
- •IV.2.Psixoloji təsirlərin metodları
- •IV.2.1.Təlqin: İnsanları ayıqkən necə hipnoz etməli
- •IV.2.1.1.Avtoritet və etimada əsaslanan təlqin
- •IV.2.1.2.Qarşı tərəfin zəifliklərindən istifadə yolu ilə həyata keçirilən təlqin
- •IV.2.1.3.Situativ faktorlara istinadən həyata keçirilən təlqin
- •IV.2.1.4.Təlqin materialının məzmunu faktoru
- •IV.2.1.5.Təlqin texnikası faktoru
- •7) «İnformasiyanın periferiyadan verilməsi» ilə aparılan təlqin
- •8) Pilləli təlqin:
- •IV.2.2.İnandırma, aldatma və dezinformasiya metodları
- •1) Obyektin siqnalda şifrələnməsi aktında:
- •2) Siqnalın xarakterindən doğan xətalar:
- •4) Hissiyyatın xüsusiyyətindən doğan xətalar:
- •5) İdrak deşifratorunun xüsusiyyətlərindən doğan xətalar:
- •IV.2.2.1.Nümayiş manipulyasiyaları
- •IV.2.2.2.Təsvir manipulyasiyaları
- •IV.2.2.3.İzah manipulyasiyaları
- •IV.2.2.4.Arqumentasiya manipulyasiyaları
- •IV.2.3.Sanksiya
- •4) İradi tələbatlarla manipulyasiya:
- •IV.2.3.1.Müsbət sanksiyalar
- •1) Fizioloji tələbatlarla manipulyasiya:
- •2) Emosional tələbatlarla manipulyasiya:
- •3) İntellektual tələbatlarla manipulyasiya:
- •IV.2.3.2.Mənfi sanksiyalar
- •IV.2.3.2.1.Psixi diversiya
- •IV.2.3.2.2.Siyasi-inzibati diversiya
- •IV.2.3.2.3.İqtisadi diversiya
- •IV.2.3.2.4.Hüquqi diversiya
- •IV.2.3.2.5.Texniki diversiya
- •İşə düşmə mexanizminə görə viruslar:
- •1) Proqramın özü ilə əməliyyatlar
- •1.A) Makrokomanda (wb (WordBasic) və ya vba (Visual Basic for Application) dilində olan komandalar) əməliyyatları
- •1.B) Prosedura (vəhdətdə icra olunan məntiqi ardıcıl makro-komandalar) əməliyyatları
- •1.C) Makros (proseduralar toplusu və ya operatorun komandası, yaxud da hansısa hadisənin təsiri ilə işə düşən vba-nın proqram kodu) əməliyyatları:
- •1.D) Modul (dəyişən və prosedura mətnlərinin toplusu) əməliyyatları:
- •1.E) Fayl əməliyyatları
- •2) Proqramdaxili digər komandalar
- •IV.2.3.2.6.Hərbi (fiziki) təzyiq
- •IV.2.3.2.6.1.Psixotron silahlar
- •IV.2.3.2.6.2.Psixotrop preparatlar
- •IV.2.3.2.6.3.Partlayıcı maddələr (eksplozivlər):
- •IV.2.3.2.6.4.Kimyəvi silahlar
- •IV.2.3.2.6.5.Bioloji (bakterioloji) silahlar
- •IV.2.3.2.6.6.Tektonik silahlar
- •IV.2.3.2.6.7.Genetik silahlar
- •IV.2.3.2.6.8.Zoo – silahlar
- •IV.2.3.2.6.9.«Humanist» adlandırılan müasir bəzi silah növləri
- •IV.2.4.Cadu, tilsim, ekstrassensorika
- •IV.2.4.1.CaduGəRliyin tarixi
- •IV.2.4.2.CaduGəRliyin növLəRi Və mexanizmi
- •IV.2.4.2.1.Tilsim
- •IV.2.4.2.2.Hipnoz:
- •IV.2.4.2.3.Kontaktsız müalicə:
- •IV.2.4.2.4.Telekinez:
- •IV.2.4.2.5.Levitasiya:
- •IV.2.4.2.6.Sensitivistlik:
- •IV.2.4.2.7.Teleportasiya:
- •IV.2.4.2.8.Maddiləşmə-ərimə:
- •IV.2.4.2.9.Spiritizm:
- •IV.2.4.2.10.Zombiləşdirmə:
- •IV.2.4.2.11.Falçılıq (bəsirət, mantika, gələcəkgörmə)
- •IV.2.4.3.Sirli bilikLəRin MəNŞəYi
- •IV.2.4.3.1.İtmiş sivilizasiyalar barədə
- •IV.2.4.3.2.Yerdənkənar sivilizasiyalar barədə
- •V фясил. Virtual mühariBə metodlari
- •Davranış və düşüncələrin neyrostrateji proqramlaşdırılması metodu («Atom bombasına qarşı psixoloji bomba»)
- •V.1.İdeyaları necə iflasa uğratmalı, ideologiyaları necə neytrallaşdırmalı
- •İdeya əleyhinə Sizin istifadə edə biləcəyiniz deyilən tipli elementlər kateqoriyasına qismən aid ola bilər:
- •V.I.2.1) İdeya əleyhinə ideoloji fəaliyyət aparılır. O cümlədən:
- •V.I.2.1.1) Neytral tərəflərin, indiyə qədər müdafiəçisi olmuş tərəflərin onun əleyhinə köklənməsinə, qalxmasına çalışılır. Bu məqsədlə:
- •V.I.2.1.2) Deyilən tipli faktlar tapmaq çətindirsə və ya olanlara dəstək məqsədilə, bunlar süni yolla yaradılır. O cümlədən:
- •V.I.2.2.A) Bu məqsədlə sifariş, muzd ödəmə, səlahiyyətlərdən istifadə və s. Kimi metodlardan aktivliklə istifadə edilir.
- •V.I.3) Paralel olaraq sizin özünüz də onun əleyhinə birbaşa fəaliyyət aparırsınız və ya bu tipli fəaliyyətlərdə birbaşa iştirak edirsiniz, o cümlədən:
- •V.2.Cəhdləri necə blokirovkalamalı, əleyhfəaliyyətlərin qarşısını necə almalı
- •V.3.İnqilabları necə formalaşdırmalı, situasiyaları necə dəyişməli
- •V.4.Qüvvələr (şəxsiyyətlər, dövlətlər...) əleyhinə fəaliyyətlər
- •V.5.Rəqib cəbhəsi daxilinə necə iğtişaş salmalı
- •Təzyiq taktikaları ilə əlaqədar bir sıra nüanslar
- •Qarabağ müharibəsi ilə əlaqədar bəzi çıxarışlar
- •2) Bu problemin siyasi yolla həllinin iki variantı mümkündür:
- •Ədəbiyyat siyahısı
- •1) Rəqəmlərin hərflərə «tərcümə» edilməsi metodu:
- •2) Rəqəmlərin obrazlara «tərcümə» edilməsi metodu:
- •3) Rəqəmlərin cümlələrə «tərcümə» edilməsi metodları:
IV.1.2.Təşviqat
Təşviqat adı altında isə burada – psixi modelləşdirmənin ideoloji vasitələr istisna olmamaqla, dominant olaraq qeyri-ideoloji vasitələrlə realizəsi variantları nəzərdə tutulur. Buraya – müxtəlif sövdələşmələr, kompromislər, provakasiyalar, sifarişlər, perspektivi olmayan qızışdırıcı təkliflər vermək, xüsusi təşkil etmələr, xəbərdarlıqlar, hədə-qorxular, nümayişlər, tətillər, boykotlar, rüşvət vermə, qarşısında şərt qoyma, ondan nə isə girov götürmə, sui-qəsd, diversiya-terror, sabotaj, şantaj, fiziki güc tətbiqi, hərbi-fiziki ekspansiya, uşağını oğurlatma, evini, maşınını yandırma, işdən çıxarma, ona acıq verən hərəkətlər etmə, polisə müraciət etmə və s. kimi adi həyatda rastlaşılan bu kimi vasitələr aiddir (ətraflı bax: «Qüvvələr (şəxsiyyətlər, dövlətlər...) əleyhinə fəaliyyətlər» və «İnqilabları necə formalaşdırmalı, situasiyaları necə dəyişməli» hissələrinə [burada, səh. 126 və 121]).
Bu kateqoriyadan olan bəzi sadə təşviqat metodları:
Nisbətən sadə təşviqat metodlarından biri – rəqibə müəyyən sövdələşmə təklif etməkdir. Bunun üçün maraqların ortaq məxrəc təşkil etdiyi, kəsişdiyi məqamları axtarıb tapa bilmək vacibdir.
— Bu kateqoriyadan olan daha bir metod – sifarişlə, muzdla iş gördütdürməkdir. Rüşvət vermə bu metodun növmüxtəlifliyidir;
— Bu kateqoriyadan olan daha bir metod – qarşılıqlı kompromisə getməkdir. Yuxarıdakı metoddan fərqli olaraq, orada itkisiz qazanc əldə olunursa, burada güzəştlərin qarşılıqlı mübadiləsi baş verir;
— Bu kateqoriyadan olan daha bir metod – cavab gözləmədən birtərəfli qaydada bir addım geri çəkilməkdir. Güzəşt – adekvat öhdəlik doğurur. Hadisələrin sonrakı eskalasiyasının məsuliyyətinin bir tək onun üzərində qalacağını və yaxud tərəfinizdən özünə heç bir təhlükə qalmadığını dərk edən tərəf-müqabilin analoji addım atması ehtimalı böyükdür;
Daha bir metod – bunu ondan kömək istəmək şəklində formulə etməkdir. Məs., «bunu et!» əvəzinə, «bu işdə mənə kömək et!» variantında. Bu, insanda əhəmiyyətlilik şüuru oyadır, mənliyini, qürurunu alçalmaqdan qoruyur. İnsanların həssaslığına bu cür fəallıqla söykəndikdə onlar üçün rədd cavabı vermək nisbətən çətin olur;
Daha bir metod – müxtəlif müsbət sanksiyalar (bax: «Müsbət sanksiyalar» bölümünə [səh. 80]) vasitəsilə ən əvvəl onun ürəyini ələ almaqdır. Ağlın yolu ürəkdən keçir. Ürəyi fəth olunmuş adamın ağıl və iradəsi də itaət altına düşür;
Daha bir metod – özün bu işə girişib və ya mövqe, yaxud halı qəbul edib, onu isə özünə köməkçi sifətində qəbul etməkdir. Empatiya və ya «psixoloji oxşama effekti» hadisələrin sonrakı eskalasiyasını tənzimləyəsidir;
Daha bir metod – təsirə tez və ya qəsdən düşən köməkçi personaldan istifadədir. Qalanı, «psixoloji sirayət» mexanizminin işidir;
Daha bir metod – müxtəlif vasitələrlə tərəfdaşın müttəfiqlərindən bir və ya bir neçəsini ələ keçirmək, ya da öz adamlarından bir və ya bir neçəsinin onun müttəfiqi olmasına səy etməkdir. Etibar etdiyi, özününkü saydığı adamlar vasitəsilə insanı idarə etməksə, silah gücünə idarə etməkdən daha asandır;
Daha bir metod – göstərişləri ona anonim, maskalanmış şəkildə, yəni sizin istəyiniz, tələbiniz şəklində yox, hansısa obyektiv zərurət, real vaciblik kimi təqdim etməkdir. Məs., «Mən istəyirəm ki, bunu edəsən» əvəzinə – «Bunu etməyin vacibdir» formasında. Özgələrinin istəyinə tabe olmaq, onların iradəsini yerinə yetirmək işində insanlar bir alçaqlıq, qürursuzluq hiss edirlər. əksinə, real zərurətə, adət-ənənəyə, qanuna və s. qarşı hamıda bir ehtiram mövcuddur və bunlara hamı, əsasən, müqavimətsiz tabe olur;
Daha bir metod – bunu konkret olaraq ondan qanun, qeyrət, borc, namus, vətən, cəmiyyətin, nəslin marağı, paklıq, düzlük, humanizm, ədalət və s. tələb etdiyini ona aydınlaşdırmaqdır. Bu, insanda məsuliyyət hissi oyadır.
Yuxarıdakı metoddan bunun başlıca fərqi odur ki, orada ümumiyyətcə, müəllif gizlədilir, depersonifikasiya etdirilirdisə, burada o, konkretdir və dəqiq olaraq göstərilir ki, bu fəaliyyət, addım, mövqe və s. məhz filankəsə (və ya, məsələn, vətənə, xalqa və s.) xidmət formasıdır, hansı ki, həmin obyektə xidmətin hər kəsə baş ucalığı gətirdiyi qabaqcadan ona məlum olmalıdır. Bu baxımdan, həmin obyektin, o cümlədən, qanunun, normanın və s. müqəddəs, pak, ali, toxunulmaz, böyük hörmətə layiq və s. olması barədə qabaqcadan bir qədər «mikroleksiya» söyləyib, təbliğat aparmaq, sonra onu ona istinad göstərmək xüsusi effektlidir.
Qeyd olunmalıdır ki, bu metod əsasən fanatik tipli və ya təcrübəsiz şəxslərə tətbiqdə xüsusi effektlidir. Söhbəti məharətlə fırladıb, sudan quru çıxa bilən fərasətli adamları isə, bu cür spekulyasiyalara qısnamaq, kəməndə salmaq bir qədər qəliz məsələdir;
Daha bir metod – onu sosial deyil, dini imperativlərə qısnayıb, etiqadını istismar etməkdir. Cihad, səlib yürüşü, and içmək, tövbə etmək, «Allah xofu» üzərində qurulan nizam-intizam və b. bu effektə nümunələrdəndir;
Daha bir metod – onu buna qabaqcadan hazırlaşdırmaq, onda «ustanovka» yaratmaqdır. Gözlənilməz hadisə insanda qeyri-adekvat reaksiya doğurur, əksinə, gözlənilən hadisəyə insan daha asan uyğunlaşır, daha tez reaksiya verir və bu reaksiyaları daha obyektiv olur. Necə ki, həkimin «Siz on gündən sonra öləcəksiniz» diaqnozu vaxtla halı assosiasiya etdirdiyindən, bütün sonrakı müalicənin effektini heçə endirir, eləcə də, müsahibin «Bu fakt sizi sevindirəcək», «Siz yəqin ki, bundan kədərlənəcəksiniz», «Sizin üçün bu da maraqlı ola bilər ki...» və s. tipli xəbərdarlığı həmsöhbəti zəruri əhval-ruhiyyəyə kökləyir. Bu növ formullarla «start» vəziyyətinə gətirilmiş insan və ya insan toplusunu isə lazımi fəaliyyətə sürükləmək üçün bundan sonra adi bir komanda da kifayətdir;
Daha bir metod – onun mövqeyinin, cəhdinin, halının və ya müqavimətinin səbəb-məqsədini açıb göstərməkdir, məs., bu cür: «Sən bununla filan vaxtkı hadisənin haqq-hesabını çəkmək istəyirsən», «Sənin bunda şəxsi motivlərin var» və s. Təsir – mexanizminin dərki ilə öz qüvvəsini itirir. Hisslərinin planlı deyil, təbii olduğunu, özünün riyakar deyil, səmimi olduğunu, başqa məqsəd güdmədiyini sübut etmək, ifşa olunmaqdan qurtulmaq, mənliyini qorumaq və s. üçün, yaxud planının pozulduğunu dərk etdiyi üçün tərəf-müqabil mövqeyini dəyişməyə məhkum qalır. Psixoanalitikada bu fənddən pasiyentin beynindəki depressiv sindromu əritmək üçün istifadə edilir.
Qeyd olunmalıdır ki, gündəlik ünsiyyətdə bu fəndin digər variantından, yəni real deyil, özündənquraşdırma səbəb-məqsədi, başqa sözlə, bəhanəni əsas göstərmək formasından da, geniş istifadə olunur. Məs., «Sən oraya bu işə görə yox, məhz filankəsi görmək üçün gedirsən» və ya «De ki, cəsarətim çatmır, ona görə etmirəm» və s. tipli deyimlər bu qəbildəndir. Həmçinin, qəsdən əleyh kökləndiyini, süni olaraq bu atmosferi yaratdığını, təkidinin (müqavimətinin) qərəzdən irəli gəldiyini və s. iddia etmək, şər atmaq, böhtan demək və b. da bu məqsədli stimulyatorlardandır;
Daha bir metod – onun mövqeyinin, cəhdinin, halının və ya müqavimətinin səbəb-məqsədini onun özündən sual etməkdir. Problemi bir kənara qoyaraq, təsadüfi formalaşan situasiyanı müzakirə obyektinə çevirmək, özü də burada əsas günahkar kimi onu ittiham edib, vəziyyətə görə ondan hesabat istəmək tərəf-müqabili çıxılmaz vəziyyətə salacaq, cinayət başında yaxalanmış oğru kimi ora-bura vurnuxacaq və ya mövqeyinin, cəhdinin və s. nahaq bu cür yozulduğunu iddia etməklə, can qurtarmağa, özünü bəraətləndirməyə çalışacaq və vacibi odur ki, sizə bir də belə düşünməyə əsas verməmək üçün mövqeyini dəyişəcək;
Daha bir metod – ona etimad göstərmək, onun barədə yaxşı təsəvvürdə olduğunuzu bildirmək, ondan başqa cür hərəkət gözləmədiyinizi nəzərə çarpdırmaqdır. Özü barədə olan təsəvvürü puça çıxarmamaq, etimadı doğrultmaq, yaradılan nüfuza layiq olmaq üçün tərəf-müqabil deyilən mövqeyə gedəsidir;
Daha bir metod – onu öz təsadüfi bir sözünün əsirinə, girovuna çevirməkdir. Belə ki, nə vaxtsa dediyi hansısa bir ötəri sözü əldə dəstavüz edib, uzun müddət bundan onun fəaliyyətini korrektə üçün bir ülgü mövqeyində istifadə etmək mümkündür. Məs., «Mən inciyən (küsən, qorxan və s.) deyiləm» etirafı müsahibin sonrakı manevrlərinə xeyli geniş imkanlar açır ki, bundan sonra bütün umu-küsü, qəzəb, inciklik və s. həmin bu bəyanatla sığortalanmış olur. Belə ki, hər dəfə ona öz etirafını xatırlatmaqla («bəs, deyirdin ki...» yaxud «sən demişkən...») vəziyyəti düzəltmək mümkündür. Özü-özü ilə ziddiyyətə girişməmək, sözü ilə əməli uyğun gəlməyən riyakar təsəvvürü yaratmamaq və s. xatirinə tərəf-müqabil sizin hər şıltaqlığınıza, məqsədli zarafatlarınıza və s. dözəsidir. Metodun əsas variasiyası ondan ibarətdir ki, lazımi söz məcburi şəkildə, yəni söhbəti diplomatikcəsinə «fırladıb», məqsədyönlü şəkildə onun üstünə gətirib çıxarmaqla da, tərəf-müqabilin dilindən qoparıla bilər. Həmçinin, fərqli situasiyada onun ayrı-ayrı vaxtlarda işlətdiyi, fərqli sözləri arqument yerində qəbul oluna bilər;
Daha bir metod – onu öz təsadüfi bir hərəkətinin əsirinə, girovuna çevirməkdir. Belə ki, o hərəkət sizə ziyanlıdırsa onun mənfi tərəflərini əldə arqument edərək daim ondan tərəf-müqabilə qarşı qaxınc aləti, yox, xeyirlidirsə, müsbət tərəfini əsas götürüb ibrət timsalı kimi istifadə etmək və bununla sonrakı fəaliyyətlərinə korrektə vermək mümkündür.
Metodun variasiyaları eynilə yuxarıdakı metodda olduğu kimidir.
Daha bir metod – lazımi keyfiyyəti ona müxtəlif komplimentlər vasitəsilə məcburi «sıramaqdır», məs., bu cür: «Səndə mənim ən çox xoşuma gələn cəhət sənin küsəyən (qorxan, simic və s.) olmamağındır» və s. Təsəvvürü, eləcə də, bu təsəvvürü yaratmaq üçün çəkdiyi zəhməti puç etməmək naminə tərəf-müqabil özünü bu cəhətdən göstərmək üçün canfəşanlıq edəsidir və ya göstərmək yadından çıxdıqda yadına salındıqca əl – qolu bağlanasıdır («mən də deyirdim ki..., heç demə...»).
Yuxarıdakı metoddan bunun başlıca fərqi odur ki, burada arqument kimi konkret keyfiyyət göstərilir. Təlim-tərbiyə prosesində uşaq xarakterindəki hansısa cücərtini, işartını intişar etdirmək üçün bu fənddən aktiv istifadə olunur;
Daha bir metod – bu işə ondan başqa heç kimin qabiliyyətinin çatmadığını ona izah etməkdir. Bu insanda əhəmiyyətlilik şüuru oyadır, əvəzedilməzlik, fərdilik hissi yaradır;
Daha bir metod – bunu ona xeyli adamın, ələlxüsus da avtoritetlərin təkid etməsinə çalışmaqdır. «Qrup təzyiqi effekti» və ya çoxluğun zəhmi məsələdə ciddi dönüş yaradasıdır;
Daha bir metod – əyani deyil, qiyabi şəkildə çoxluğun və ya avtoritetlərin bu məsələyə münasibətdə məhz siz deyən mövqedə olduğunu ona çatdırmaqdır. Hansısa baxışın müasir, hansınınsa keçmişdənqalma, hansısa davranışın, əlamətin dəb, hansınınsa köhnəlmiş və s. olduğunu təlqin etmək də, bu qəbildəndir. Liderlərin özlərini daim nüfuzlu, ali adamların arasında göstərməyə çalışması, əksinə, aşağı statuslu adamlarla bir görünməkdən çəkinməsi, yaxud söhbət zamanı yalnız bu kateqoriya insanlarla keçirdiyi epizodlardan söz açması, aşağı statuslu adamlarla olan kontaktlarını isə ört-basdır etməsi, yalnız qalib gəldiyi məqamları qabardıb, məğlubiyyətlərdən söz açmaması, gecə görüşlərini, müstəqilliyi, kinoya, konsertə, diskotekaya, bara, bulvara və s., getməyi oğlanların gənc qızlara müasirlik, dəb, norma kimi yozması, əksinə, həyasına qısılıb durmağı, valideynlərindən ehtiyat etməyi keçmişdənqalma «sosial bəla» kimi tənqid etməsi və b. bu effektin nümunələrindəndir;
Daha bir metod – mövqeləriniz arasındakı ziddiyyəti qabarıqlaşdırmayıb yumşaltmaq, aksenti ümumiliklər üzərində cəmləşdirməkdir. Bunun üçün əks mövqelərinizin, baxışlarınızın yalnız eyni bir medalın iki üzü olduğunu, formaca müxtəlif olsalar da, əslində məzmunca eyni olduğunu, biri-birini tamamladığını iddia etmək, bu məqsədlə arada olan ümumilikləri qabartmaq, bunlardan misal göstərmək və s. zəruridir;
Daha bir metod – fəaliyyət proqramının hazırlanması işində onun da iştirakını təmin etməkdir. «Özü yıxılan ağlamaz» prinsipi prosesin qalan hissəsini nizamlayasıdır. «Yaxşı, bəs siz mənim yerimdə olsaydınız, necə edərdiniz?», yaxud «Bayaqdan tənqid deyirsiniz, əslində həmin məsələ məni də sizdən az narahat etmir. Elə isə, gəlin görək birlikdə fikirləşib bu vəziyyətdən necə çıxış yolu tapırıq» tipli formullar tərəf-müqabili bu işdə özünə şərik etməyin üsullarındandır;
Daha bir metod – bu işi etdikdə nə qazanacağını, etmədikdə isə nə itirəcəyini ona başa salmaqdır. Məs., rəssama izah etdikdə ki, bu kitab onun üçün tribuna, sərgi, vitrindir və oraya çəkdiyi illüstrasiyalar neçə min nüsxə ilə çap olunub, yayılıb, onun qabiliyyətini reklam etdirəcək və ona xeyli nüfuz, müştəri gətirəcək, o zaman rəssam (və ya digər sənətçi) hətta pulsuz işləməyə və zəhmətini hədiyyə etməyə də razı ola bilir;
Daha bir metod – onun qazanc və itkisini nisyə deyil, nağd olaraq ona verməkdir. Başqa sözlə, sizə xeyirli olan zəhmətini əvəzsiz qoymayıb, hər dəfə nə iləsə (adi təşəkkürdən tutmuş, zəhməthaqqına, vəzifəsini, rütbəsini yüksəltməyə qədər. ətraflı bax: «Müsbət sanksiyalar» bölümünə [səh. 80]) mükafatlandırmaq, onun növbəti dəfələrdə də, sizin tapşırıqlarınıza can-başla getməsinə səbəb olacaq. əksinə, sizə zidd addımların hər birinin qarşısına bir «kozır» qoymaq, hər cəhdini müvafiq sanksiyalarla müşayiətləndirmək çəkindirici effektlidir. Təzyiqlərinin güzəştlərlə deyil, adekvat sanksiyalarla qarşılaşdığına adət edən tərəf-müqabil gec-tez sizinlə münasibətin haqq-hesabını dərk edəsidir;
Daha bir metod – onun ümidini istismar edib, onu istəklərinin girovuna, əsirinə çevirməkdir. Yuxarıdakı metodlardan fərqli olaraq burada onun qazanc və itkisinin açarı kimdəsə yox, məhz sizdədir, lakin siz bunu onun qarşısında şərt kimi qoyursunuz: «Sən belə etsən, mən də bu cür edəcəyəm, etməsən bu biri cür» və ya «et, edim», yaxud «et, etməyim» və s. formasında.
Azadlığın hüdudu problemə qədərdir. Problemin başladığı yerdə müstəqillik bitir. Tərəf-müqabilin mövcud hansısa bir probleminin həllində təşəbbüsü ələ almaq, yaxud onda açarı sizin əlinizdə olan hansısa bir süni problem yaradıb, nə zamansa həll edəcəyinizə və ya ehtiyac duyduğu nəyisə nə zamansa ona verəcəyinizə və s. ümid yaratmaqla (bir sözlə, potensial imkanlarınıza qısnamaqla) uzun müddət ondan istifadə etmək mümkündür. İstifadə edib qurtardıqdan sonra isə heç istədiyini verməyib, birtəhər başdan etmək də olar;
Daha bir metod – onun bu işdə kiminləsə rəqabətə, bəhsə, prinsipə, yarışa, intriqaya girməsinə nail olmaqdır. Hərraca qoyulmuş reytinqinin xilası naminə tərəf-müqabil məqsədləriniz yolunda qladiatorluq edəsidir;
Daha bir metod – onunla münasibəti heç vaxt konkretləşdirməyib, düşməni ilə onun arasında tərəddüdlü mövqe tutmaqdır. Gah o, gah da düşməni tərəfə əyilən bu cür ikili (dinamik) münasibət qüvvə və maraqları balanslaşdıraraq, əldən çıxmanız və ya düşmən cəbhəsini genişləndirməniz ehtimalı ilə daim tərəf-müqabilə təzyiq göstərəcək. Sizi itirməmək, yaxud düşmən cəbhəsini genişlənməyə qoymamaq xatirinə isə tərəfdaş sizinlə münasibətdə daim mülayim, güzəştli mövqe tutasıdır.
Sevgililərini qısqandırmaq və öz dəyərlərini artırmaq məqsədi güdən gənclər əvvəlki metodun variasiyası olan bu fənddən aktiv istifadə edirlər;
Daha bir metod – onu daimi yardımlarınızın əsirinə çevirməkdir. Mütəmadi verdiyiniz bəxşişlərin ardının kəsilməsi və ya olanların geri alınması qorxusu onu sizdən asılı vəziyyətə salasıdır. Qiyamçıların liderlərinə vəzifə verən rəhbərlərin, əldən çıxmaq ehtimalı olan dövlətlərə hər il yardım kompaniyası keçirərək, dividentlərini depozit borc formasında deyil, itaət şəklində geri alan nəhəng dövlətlərin, perspektivli şəxslərə «stavka» qoyan messenantların və b. siyasəti buna nümunələrdəndir;
Daha bir metod – onun haqqında ədalətsiz qərar çıxarmaqdır. Tapdanmış hüquqlarının müdafiəsi, özü barədə təsəvvürün təshihi, istəklərinin bəraəti, ədalətin bərpası və s. xatirinə tərəf-müqabil əleyhinə yozulmuş mövqeyini dəyişəsidir;
Daha bir metod – onunla münasibəti soyutmaq, gərginləşdirmək, hətta kəsməkdir. Tərəf-müqabilə yerini göstərmək və öz kursunu qaldırmaq üçün gündəlik həyatda insanların, demək olar ki, ən aktiv istifadə etdikləri fəndlərdəndir. Lakin, bir şey qeyd etmək lazımdır ki, münasibəti kəsməzdən əvvəl «ürəyini boşaltmaq», tərəfdaşı acılamaq, keçdiyin körpüləri partlatmaq qədər təhlükəlidir. Hər halda, gələcək münasibətlər üçün əlyeri saxlanılmalıdır;
Daha bir metod – onun hansısa bir sirrinəsə vaqif olmaqdır. Bu sirri yaymaqla onu ifşa edəcəyinizdən ehtiyatlandığı üçün tərəf-müqabil qarşınızda qul olasıdır. Başqa sözlə, kiminsə hansısa sirrinəsə vaqif oldunuzsa, deməli, artıq o sizin əlinizdədir.
Paparitsa jurnalistikada bu fənddən geniş istifadə edilir;
Daha bir metod – onu haqqında şayiə yaymaqla qorxutmaqdır. Şayiənin ağlabatanlıq dərəcəsi və təhlükənin reallıq ehtimalı lazımi həddədirsə, tərəf-müqabil daha az itkini seçib (əgər bu, həqiqətən də, onun üçün az itkidirsə) sizin iradənizi yerinə yetirəsidir;
Daha bir metod – onun yaxınlarına təzyiq etməklə ona təsir göstərməkdir. Başqa sözlə, əziz bildiyi kimi və ya nəyisə təhlükəyə, təzyiqə məruz qoymaq onda vicdan əzabı, mənəvi sarsıntı doğurduğundan, həmin şəxsi və ya predmeti zərbə altından xilas etmək naminə tərəfdaşın güzəştə getməsi ehtimalı böyükdür. Ondan hansısa bir girov götürmək də bu metodun variasiyalarındandır;
Daha bir metod – onun məramı ilə daha böyük, güclü, ali şəxslərin maraqlarının toqquşmasına nail olmaqdır. Bunun üçün, ya təbliğat aparıb onun fəaliyyətində, əqidəsində, durumunda, halında və s. böyüklərin öz mənafeyinə təhlükə görməsinə çalışmaq, ya da müəyyən vasitələrlə təsir göstərib onun bu istiqamətdəki fəaliyyətinin, durumunun və s. azacıq yolundan dönərək həmin böyüklərin maraqları ilə toqquşan məcraya yönəlməsinə müvəffəq olmaq kafidir;
Daha bir metod – getdikcə gərginləşən situasiya üzərində nəzarəti qəsdən əldən buraxmaqdır. Körpüdə hərəkət edən dinamit maşınının sürücüsü nümayişkaranə şəkildə rulu söküb pəncərədən atandan sonra, körpünün o başından irəliləyən digər dinamit maşınının sürücüsü özünü necə aparırsa, tərəf-müqabil də özünü eləcə aparıb, o cür yolunuzdan tez-tələsik qaçasıdır;
Daha bir metod – onun bu sahədəki fəaliyyətinə, durumuna, yaxud müqavimətinə güc verən enerjisini tükəndirməyə səy göstərməkdir. Bunun üçün gəlir yerlərini bağlamaq, müttəfiqləri ilə arasına şübhə, nifaq toxumu səpmək, əlaqələrini pozmaq, infrastrukturunu dağıtmaq, yer-yerdən problem atəşinə, bəla yağışına tutmaq, potensialını iflic etmək, düşüncəsini, əqidəsini dolaşdırmaq, ideallarını öldürmək və s. və i.a. vacibdir. Fəqət, dünya «cəngəllik prinsipi» üstündə bərqərardır və burada ya sən Şir olub başqalarını yeməlisən, ya da, ola bilməsən, Dovşan olacaqsan və özgələri səni yeyəsidir;
Daha bir metod – öz hərbi, fiziki muskullarını şişirtməkdir (və ya bunun belə olması görüntüsü yaradıb, təbliğatını aparmaqdır). Güc lazımi həddə çatandan sonra isə, əslində heç bu gücdən birbaşa istifadəyə ehtiyac qalmır və hamı, hər şey öz-özündən sizin diqtənizə tabe olur: Bütün baryerlər qırılır, maneələr özü-özündən dəf olur, qanunlar sizin xeyrinizə işləməyə başlayır. Çünki dünyada hər şey qanunlara, qanunlarsa gücə tabedir! Çünki təzyiq qarşısında hər şey, hətta qanunlar da əyilir!;
Daha bir metod – əgər heç bir metod kar etmirsə – vəziyyəti dondurmağa, vaxt qazanmağa çalışmaqdır. Vaxtın ötməsi ilə vəziyyətin Sizə doğru əyiləcəyi ümidinə söykənib durmaq, hərdən insan üçün situasiyadan yeganə çıxış yolu olur.
...Və s...
