Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Diplomatik psixologiya.doc
Скачиваний:
4
Добавлен:
01.07.2025
Размер:
2 Мб
Скачать
☆

IV.2.1.4.Təlqin materialının məzmunu faktoru

Deyilənlərdən əlavə, təlqin aktında xüsusi rolu olan faktorlardan daha birisi – təlqinolunan materialın özünün məzmunu məsələsidir. Yəni nə deyilir, deyilən material ağla, yoxsa emosiyaya təsir üçün hesablanıb, birtərəflidir, yoxsa tamdır, və s.

Ümumi olaraq, əsasən aşağıdakı informasiyalar şüur baryerini dəf edərək birbaşa təhtəlşüur sferasına düşür:

— Şüur tərəfindən ətraflı analiz edilib, obyektin təhlükəsizliyi və ya rifahı baxımından əhəmiyyət kəsb etdiyi müəyyənləşdirilmiş informasiyalar;

— Analizi şüurun özünə və bütövlükdə obyektə ağrı verən informasiyalar, o cümlədən, məzmunu obyekt üçün psixi travma səciyyəsi daşıyan informasiyalar;

— Şüur tərəfindən analiz edilib təhtəlşüura göndərilməsi məsləhət bilinən hansısa bir informasiya iləsə assosiativ rabitədə olan, onunla eyni vaxtda obyektə təsir edən, onun fonunda yerləşən bütün növ siqnallar;

— Uzunmüddətli yaddaşda çoxdan mövcud olan informasiyalardan hansısa biri iləsə assosiasiya yarada bilmiş yeni informasiya;

— Obyektin emosiyalarına təsir göstərib, onda müəyyən (mənfi və ya müsbət) təəssürat oyada bilən informasiyalar;

— Obrazlı informasiyalar, o cümlədən, melodiyalar, peyzajlar, illüstrasiyalar və b.;

— Qavranılan obrazlı informasiyalarla (məs., musiqi, şəkil və s.-lə) assosiativ rabitədə olan informasiyalar;

— Natamam, məntiqsiz bir sözlə, şüurun qavramağa cəhd etdiyi, lakin bacarmadığı, şüurun gərginliyini doğuran informasiyalar, o cümlədən, dilemmalar, təhriflər və s.;

— Şüurun (o cümlədən, aktiv diqqətin) hansısa dominant bir məsələ iləsə məşğul (aludə) olduğu zamanda, onun xüsusi reaksiyasını doğurmayan, lakin həmin vaxtda paralel olaraq obyektin hiss kanallarına düşüb, onun hissiyyatını az da olsa qıcıqlandırmağa müvəffəq olan istənilən periferik siqnallar;

— Diqqətin maksimum yorğunluğu, yayğınlığı və ya hər hansı səbəbdən passiv olduğu dövründə verilən informasiyalar;

— Şüurun bir başqa məsələ ilə aktiv məşğul olduğu dövrdə onun fasilələrində ani ortaya çıxıb, lakin dərhal da itdiyindən şüuru ətalətindən yayındıra bilməyən informasiyalar;

— Yüksək təhsilli və ya analitik düşüncə tipinə mənsub insanlar az savadlı və ya az analitik düşüncə qabiliyyəti olan insanlarla müqayisədə rasional arqumentlərə daha çox meyllidir. Məsələ ilə maraqlanan, düşünən auditoriya birbaşa arqumentlərə meyllidir. Diqqətsiz auditoriyaya periferik (dolayısı) arqumentlər daha yaxşı təsir göstərir – bu zaman «kommutatorun» xoşa gələn olub-olmaması məsələsi daha çox rol oynayır (eksperiment və ya nəzəriyyə: Chaiken 1980; Petty & others, 1981) (131 səh. 319)

— Müsbət emosiyalarla assosiasiya olunan informasiyalar (eksperiment və ya nəzəriyyə: Dabbs & Janis 1965; Petty & others, 1993; Bodenhausen 1993; Schwarz & others, 1991);

— Obyektin formalaşmış ilkin mövqeyindən o qədər də kəskin fərqlənməyən informasiyalar (eksperiment və ya nəzəriyyə: Elliot Aponson, Judith Turner & Merril Carlsmith – 1963) (131 səh. 327);

— Obyektin əks mövqedən xəbərdar olduğu və ya yaxın vaxtda ola biləcəyi halda informasiyanın ikitərəfli, yəni kontrarqumentlərlə birgə çatdırılması (eksperiment və ya nəzəriyyə: Jones & Brehm 1970; Lumsdaine & Janis 1953) (131 səh. 327)

— İki informasiya bir-birinin ardınca, dalbadal verilərkən: 1) əgər onların verilməsindən sonra müəyyən vaxt keçirsə, onda ilkin verilən informasiya; yox əgər: (2.a) iki informasiyanı bir birindən böyük zaman kəsiyi ayırır və ya (2.b) obyekt ikinci xəbərdən dərhal sonra qərar qəbul etməli olursa onda – ikinci informasiya daha yaxşı yadda qalır və təsir göstərir (Jones & others, 1968; Langer & Roth 1975; McAndrew 1981; Gary Wells & others, 1985). (131 səh. 327);

— Obyektin: a) müsbət münasibət bəslədiyi; b) nəzərində avtoritet kimi və ya xüsusi kompetent sahibi kimi qəbul etdiyi; c) onun öz qrupundan olan; d) gözəl görünüşlü (ələlxüsus emosional xarakterli informasiya verildiyi halda) və b. bu kimi mənbələrin verdiyi informasiyalar;

Və s. (əlavə olaraq bax: burada, səh. 17, 61)

Kimisə təlqin edə bilmək üçün də lazımi komandanı məhz bu variantlara «tərcümə» edə bilmək zəruridir.

c) Şüur baryerini dəf edərək birbaşa olaraq təhtəlşüura müdaxilə etməyə imkan verən daha bir metod – lazımi fikri obyektə obrazlı informasiyaların fonunda, onlarla kombinasiyada, assosiasiyada diqtə etməkdir. Həmin kateqoriyadan olan informasiyalarsa, qəti olaraq şüur müqavimətini doğurmadan, birbaşa uzunmüddətli yaddaşa düşdüyündən, onlarla rabitədə, assosiasiyada olan bu lazımi komandanı da özləri ilə birlikdə ‘‘dal qapı’’dan təhtəlşüur sferasına daşıyırlar.

Nümunə üçün, məs., estetik məzmun kəsb edən bütün növ informasiyalar – məs., şəkillər, melodiyalar, ətirlər və s. (əlavə olaraq bax: «Hərbi (fiziki) təzyiq» bölümünün «Psixogen təsir generatorları» hissəsinə. [burada, səh. 92]) deyilən kateqoriyaya aiddir. Bunların fonunda, onlarla müşayiətləndirilən, bəzədilmiş istənilən növ komanda, informasiya daha tez və daha uzun müddət yadda qalır, obyektin təfəkküründə daha dərin iz buraxır, daha yaxşı həkk olunur, nəinki monoton, bəsit, rəngarənglik və dinamiklikdən məhrum olan yazı, danışıq, hadisə və s.

Məhz həmin səbəbdən, uşaq kitabları mətnə aid müxtəlif şəkillərlə bəzədilir ki, uşağın ifrat yaxşı inkişaf etmiş obrazlı təfəkkürü bu yeni informasiyanı həmin şəkillə assosiasiya hesabına yaxşı yadda saxlaya bilsin; həmin səbəbdən, böyüklər (ələlxüsus qadınlar) üçün olan kitabların dizayn işinə xüsusi diqqət verilir; həmin səbəbdən, eyni bir əsərin film variantı daha yaxşı yadda qalır, qavranılır, nəinki, kitab variantı (çünki bu birincidə hər şey dinamik və rəngarənglik fonunda təqdim edilir); həmin səbəbdən, mnemotexnikada, istənilən yeni predmeti yadda saxlamaq üçün onu hər şeydən əvvəl öz təsəvvüründə maksimum parlaq və hərəkət edən, dəyişən vəziyyətdə təsəvvür etmək tövsiyyə edilir; həmin səbəbdən, istənilən şeirin mahnı variantı daha yaxşı yadda qalır – çünki bu ikinci halda o, melodiya ilə assosiasiyadadır; Həmin səbəbdən həzin musiqi fonunda edilən söhbətin, deyilən fikrin təsir effekti xüsusilə güclü olur; Poeziyanın, gecənin füsunkar təsir gücü də bununla əlaqədardır; həmin səbəbdən, gənclər öz sevgililərinə nəyisə zəruri fikir çatdıranda bununçün ilk əvvəl ya onun təsəvvürünü, beynini rəngarəng ideallar, xəyallarla doldurub sonra öz fikirlərini çatdırır və ya da bunu hansı rəngarəng park gəzintisində, film tamaşası zamanı və ya ondan dərhal sonra edirlər – fəqət, bu cür obrazların, rəngarəngliyin dinamikliyin oyatdığı təəssürat həmin məqamda eşidilən, görülən, duyulan, yaşanılan hər bir elementi, detalı onlarla birlikdə birbaşa uzunmüddətli yaddaşa ötürür (qızlar da sonra düşünürlər ki, axı necə oldu o məni əfsunladı, tilsimə salıb başqa vaxt razılaşmadığım şeylərlə özüm də bilmədən, razı saldı və onunla bağlı xatirələrisə indi heç cür beynimdən silə də bilmirəm...).

Deyilənlər, istənilən adi fikri, komandanı, informasiyanı obrazlı informasiyalarla assosiasiya variantında çatdırmağın təlqin effektini göstərmək məqsədindən irəli gəlirdi. Lakin adi ünsiyyət zamanı bunların əksəriyyəti yarayan deyil, çünki öz məhəbbətini meşəlikdə, dağ döşündə, füsunkar təbiət qoynunda, özü də mahnı vasitəsilə çatdırmağı ancaq hindistanlılar bacarar. Yaxud öz ünsiyyətinin təsir effektini artırmaq üçün heç kəs özü ilə müxtəlif söhbət mövzularına aid şəkillər komplekti gəzdirəsi, üstəlik də söhbət əsnasında, əyani vəsait kimi bunları bir-bir çıxarıb göstərəsi deyil. Lakin nitqin obrazlılığını, deməli, təsir gücünü artırmaq üçün elə nitqin özünün bir sıra elementlərindən istifadə etmək mümkündür ki, bunlar da, istənilən diqtəyə lazımi obrazlı fon yarada bilir. Deyilənlər «bəlağət» elminin çoxdan yaratdığı və bugünkü elmdə «ritorik fiqurlar» adı ilə tanınan ifadə elementləridir ki, bunların da əsas məqsədi lazımi fikrin estetik xüsusiyyətlərini artırmaqdır. Bu fiqurlar qrupuna qismən aiddir: metaleps, sinekdoxa, antonomeza, litota, mübaliğə, silleps, antifraza, allyuziya, metafora, alleqoriya, kinayə, təzad, məcaz, evfemizm, perifraza, inversiya və s. (terminlərin izahı ilə bağlı ritorika, ədəbiyyat, linqvistika və s. sahəsindəki istənilən lüğətdən ətraflı məlumat almaq mümkün olduğundan, burada onların şərhinə izafi yer ayrılmır. Hər halda, bunlardan məcaz, kinayə, mübaliğə, alleqoriya və s. kimi sadələrinin mənası, elə bilirik, hamıya aydındır). Başqa sözlə, nitqin bu ifadə elementləri ilə zənginləşdirilməsi onun obrazlılığını artırır və istənilən fikrin təsir gücünü artırır. ətrafdakılarsa bu adamı olduqca maraqlı, gözəl danışıqlı şəxs kimi qəbul edirlər. O, hətta dönə-dönə eyni bir əhvalatı təkrar edib, ideyanı vurğulasa da, hər dəfə bunu fərqli stildə və fərqli fiqurlarla bəzəyib ifadə etdiyindən, deyilən dinamik və rəngarənglik təmin olunmuş olur və buna görə də, ətrafdakılar onu təkrar kimi qəbul etmirlər.

Yekunda bir şeyi qeyd edək ki, gözəl zahiri görkəmli və ya gözəl geyimli adamların təsir gücünün sirri də bundadır. Belə ki, onların bu cəhətləri, onların istənilən fikrinə müvafiq estetik fon yaradıb, fikirlərinin obrazlılığın avtomatik olaraq artırır.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]