Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Diplomatik psixologiya.doc
Скачиваний:
4
Добавлен:
01.07.2025
Размер:
2 Мб
Скачать
☆

IV.1.Psixoloji təsirlərin formaları

Prinsipial məsələlərdə təbliğatla təşviqat növbəti fəsildə izah olunacaq təlqin, inandırma və sanksiya ilə ortaq məxrəc təşkil etsə də, lakin təbliğat sırf ideoloji element olub, yalnız ‘‘tovlatma’’ qaydası kimi xarakterizə oluna bildiyi halda, təlqin və inandırma tədris, tibb kimi sahələrdə, incəsənətdə və b.-da da geniş tətbiq dairəsinə malikdir. Təşviqat isə təlqin, aldatma və s.-in bir çox elementlərini özündə ehtiva etməklə, sanksiyadan fərqli olaraq, həm də, atılmış addımın cavabı yox, avansı yerində də istifadə oluna bilər. Məhz buna görə də, burada onlar bir-birindən fərqləndirilir.

  

IV.1.1.Təbliğat

«əgər düşmən bizi tərifləyirsə, deməli, nəyisə düzgün etməmişik»

V.I.Lenin

Təbliğat dedikdə, burada bütün hallarda verbal və qeyri-verbal vasitələrlə aparılan aşağıdakı fəaliyyət növləri nəzərdə tutulur və tutulacaq:

— lazımi məsələnin yalnız sizə sərf edən tərəfləri, yəni lehinə, yoxsa əleyhinə təbliğat aparılmasından asılı olaraq, təbliğat hədəfi olan tərəfin (milli və fərdi) zövq, baxış və maraqları (o cümlədən, idealı, ənənəsi, stereotipi, amalı, istəyi, ehtiyacı və s.), həmçinin sosial (irqi, irsi, dini, sinfi və s.) mənsubiyyəti ilə uzlaşmayan və hətta ziddiyyət təşkil edən, yaxud əksinə, söhbət lehinə təbliğatdan gedirsə – uyğun gələn xüsusiyyətləri birtərəfli işıqlandırılır, geniş reklam etdirilir, nümayiş, təsvir və ya izah edilir, lazımi kommentariya ilə şişirdilir; Məsələnin məhz bu variantının KİV nümayəndələrinə çatması təşkil edilir, və ya çatmasına çalışılır;

— dövriyyəyə bu səpkili saxta informasiya buraxılır, saxta, qurama analiz, arqument, nümunə, fakt və statistikalarla əsaslandırılır, izah edilir, başa salınır;

— xüsusi eyhamla çatdırılır, təlqin edilir, ortaya söz atılır, diskussiya obyektinə çevriltdirilir;

— onun yaxınlarının nə vaxtsa bu mövzuda söylədiyi fikirləri aktuallaşdırmaqla və ya bu ərəfələrdə bu səpkili filmlərə, şəkillərə, söhbətlərə və s. geniş yer, xüsusi diqqət ayırmaq yolları ilə assosiasiya yaradılır;

— təbii olaraq bu mövqedə olan və ya sizin təhrikiniz, təsirinizlə bu mövqeyə gəlmiş şəxsləri (ələlxüsus, avtoritetli şəxsləri) axtarıb tapıb, bu sahədə öz mövqelərini geniş ifadə edə bilmələri üçün, əgər istəsələr, fəaliyyət göstərmələri üçün onlara hər cür (maliyyə, tribuna, instruksiya və s. baxımından) şərait yaradılır, kömək göstərilir, onların avtoriteti süni şişirdilir, cəmiyyətdə müəyyən söz sahibi, status sahibi olmalarına çalışılır;

— bu məqsədə xidmət edən hər növ ideyaların, təkliflərin, ədəbiyyat və incəsənət nümunələrinin, həmçinin hərəkatların, fəaliyyətlərin, kompaniyaların, qruplaşmaların və s. yaranması, yayılması və şöhrətlənməsi stimullaşdırılır, dəstəklənir, təşkil edilir və i.a.;

— bütün bu deyilənlərə əks olanlar isə gizlədilir, ört-basdır edilir, görməməzliyə vurulur, yaxud məqsədyönlü yozaraq adiləşdirilir, neytrallaşdırılır, tənə, təhqir, tənqid, rişxənd, məsxərə, gülüş obyektinə çevirərək dəyərsizləşdirilir, geniş dairəyə yayılmasına hər vasitə ilə mane olunur, əleyhinə kompaniya formalaşdırılır və s. (əlavə olaraq bax: «Təlqin: İnsanları ayıqkən necə hipnoz etməli» [burada, səh. 56] və «İnandırma, aldatma və dezinformasiya» [burada, səh. 69] bəhslərinə).

Həmçinin, əlavə edək ki, burada bütün hallarda qabardılır, izah edilir, başa salınır, təbliğ edilir dedikdə də, məhz bu mənalar nəzərdə tutulur. Özü də, deyildiyi kimi, bütün hallarda informasiyanın verbal, yoxsa qeyri-verbal formada olmasının məsələyə heç bir dəxli yoxdur.

Hərbiyyədə təbliğat, əsasən, aşağıdakı formalarda aparılır:

1) Şifahi vasitələrlə: rupor, rəqib ratsiya xəttinə girmək, radio və televiziya, telefon, ratsiya, geri qaytarılan əsirlər vasitəsilə və s.;

2) Yazılı vasitələrlə: vərəqələr səpmək, qəzet, jurnal, broşüra, məktub, və s. vasitəsilə;

3) əyani vasitələrlə: Film, bədii tərtibatlı plakat, karikatura, stend, sərgi, nakleyka, süvenir və s. vasitəsilə;

İdeoloji diversiya məsələlərində təbliğatdan, istər ayrıca fərdlərin və istərsə də nəhəng qrupların, kütlələrin, xalqların, orduların beyninə lazımi lozunqları, inamları, baxışları, motivləri yerləşdirmək, rəqib cəbhəsinin şəxsi heyətinin (o cümlədən, əhalisinin) mənəvi və hərbi ruhunu qırmaq, onların öz qüvvəsinə və hərbi-siyasi rəhbərliyinin kompetentliyinə inamını itirmək, döyüş qabiliyyətini aşağı salmaq, müqavimət iradəsini qırmaq, onlarda kütləvi psixoz, təslimçilik əhval-ruhiyyəsi, müqavimətin mənasızlığı, məğlubiyyətin qaçılmazlığı təsəvvürü, məğlubiyyətlə barışmaq psixologiyası, əks tərəfə qarşı loyal münasibət və s. formalaşdırmaq, onları səfərbərlikdən və ya hərbi əməliyyatlarda iştirakdan boyun qaçırmağa, komandirlərə tabe olmamağa, özlərinin, öz yaxınlarının və ya öz dövlətlərinin, vətənlərinin, rəhbərlərinin və b. əleyhinə olan addımlara, fəaliyyətlərə təhrik etmək, satqınlığa, əsir düşməyə, dezertirliyə meylləndirmək, bir sıra məsələlərdə həqiqi məramları maskalamaq, rəqib cəbhəsində parçalanma yaratmaq, rəqibin hərbi-siyasi rəhbərlərini, liderlərini, baxışlarını, konsepsiyalarını, doktrinalarını və s. diskreditə etmək, rəqibi beynəlxalq arenada təkləmək, onun daxili və xarici siyasətini şübhə altına almaq, beynəlxalq arenada və öz cəbhəsi daxilində bəzi qeyri-məqbul addımlar üçün qabaqcadan münbit şərait yaratmaq və ya bu cür tədbirləri sonradan bəraətləndirmək, burada özünün və ya öz müttəfiqlərinin maraqlarına cavab verən baxışlar yaymaq və s. məqsədləri üçün istifadə olunur. Bugünkü gündə bu elementlər adi psixoloji təsir hüdudundan çox-çox kənara çıxaraq, hətta gündəlik siyasətin də aktiv elementinə çevrilib, hansılar ki, özünü iqtisadi və diplomatik sahədə daha çox büruzə verir. Fəqət, dövlətin öz ideologiyası zəif olduqda, onun vətəndaşlarının başqalarının təsiri altına düşməsi ehtimalı birə-min qat artır.

 ABŞ İkinci Dünya Müharibəsi dövründə Almaniya cəbhəsində 8 milyard (!) vərəqə səpmişdi; Koreya müharibəsi dövründə yerli əhalinin ideoloji dezoriyentasiyasına nail olmaq məqsədilə, ABŞ ictimai yerlərdə 3 500 televiziya quraşdırmışdı; Digər halda, yəni müttəfiqləri ilə birlikdə 40 günə 83 000-dən (səksən üç mindən [!]) artıq əsir götürdüyü Körfəz müharibəsi ərəfəsində İrak əhalisi və əsgərləri arasında konkret tezliyə köklənmiş 150 min (!) pulsuz radioqəbuledici yaymışdı; ABŞ ekspertlərinin hesablamalarına görə bir iraklını öldürmək, ABŞ-a orta hesabla 400 min (!) dollara başa gəlirdisə, inandıraraq əsir düşməyə təhrik etmək – cəmisi 125 dollara başa gəldi.

ABŞ dövləti tərəfindən maliyyələşdirilən və MKİ (ÜRU) ilə əlaqədar olan «Azadlıq» (o cümlədən, «Azad Avropa», «Azad İrak» və s.) radiostansiyalarının birgə illik büdcəsi Azərbaycanın dövlət büdcəsindən artıqdır (Maraqlıdır, bu faktın qarşısında, kiçik dövlətlərin öz daxilində yayımlanan radio və televiziya kanallarından hansısa birinin dövlət inhisarında olmasına qarşı Qərbin kəskin reaksiyası, onları tərkisilah məqsədindən irəli gəlmir ki?).

Bugünkü dünyada yayılan informasiyaların 70%-i üzərində monopoliya ABŞ-a məxsusdur.

Görəsən, sadalanan bu statistika ilə ABŞ-ın bugünkü nailiyyətləri arasında rabitə nə səviyyədədir?

Nəzərdə bir şeyi saxlamalı ki, təbliğatdan kənarda lider – adi adamdan heç nə ilə fərqlənmir. Lider necə olursa-olsun öz rolunu yalnız bir şərtlə – ətrafdakılar üzərində tam ideoloji hökmranlıq əldə etmək şərtilə oynaya bilər. Yeri gəlmişkən ekspertlərin bugünkü yekdil rəyinə görə ABŞ-ın Vyetnam müharibəsindəki məğlubiyyəti, onun məhz ictimai rəy üzərində nəzarəti itirməyə başladığı dövrlə üst-üstə düşür.

Bütün bu deyilənlərin məntiqi nəticəsi olaraq Arximedin «Mənə dayaq nöqtəsi verin, mən dünyanı qaldırım!» aforizmini bu gün bu baxımdan aşağıdakı formada improvizə etmək mümkündür: «MəNə TRİBUNA VERİN, MəN DÜNYANI QALDIRIM!».

  

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]