- •İ.Ə.Seyidov
- •I фясил. Davraniş Və düşünCəLəRin determinasiya mexanizmi baRəDə
- •I.1.Motivlər barədə mövcud nəzəriyyələr
- •I.1.1.Psixoanaliz nəzəriyyəsi
- •I.1.2.Analitik psixologiya
- •I.1.3.İndividual psixologiya
- •I.1.4.Biheviorial-təlim cərəyanı
- •I.1.5.Humanist psixologiya
- •I.1.6.Evolyusionizm
- •I.1.7.Sinergetika
- •I.1.8.Fдlakдt nдzдriyyдsi
- •I.2.Motivlər barədə bizim qənaətimiz
- •I.2.1.Genetik (irsi) amillər
- •I.2.1.1.Psixoloji universalilər:
- •I.2.1.1.1.Fizioloji universalilər:
- •I.2.1.1.2.Emosional universalilər:
- •I.2.1.1.3.İntellektual universalilər:
- •I.2.1.1.4.İradi universalilər:
- •I.2.1.2.Psixoloji tələbatlar
- •I.2.1.2.1.Fizioloji tələbatlar:
- •I.2.1.2.2.Emosional tələbatlar:
- •I.2.1.2.3.İntellektual tələbatlar:
- •I.2.1.2.4.İradi tələbatlar:
- •I.2.2.Təbiət amilləri
- •I.2.2.1.Bürclərin təsirləri
- •I.2.2.2.Coğrafi faktorlar
- •I.2.3.Sosial amillər
- •I.2.3.1.Lokal sosial determinantlar
- •I.2.3.2.Qlobal sosial determinantlar
- •I.2.3.3.Sosial qrupların tipləri
- •I.2.3.4.Bəzi sosial qrupların psixologiyası
- •I.2.3.4.1.Qadın və kişi psixologiyası
- •2) Sosial dominantliq
- •3) Aqressivlik
- •4) Seksualliq
- •I.2.3.4.2.Millətlərin psixologiyası
- •İndividualist kollektivist mədəniyyətdə olarkən
- •I.2.3.5.1.Komplekslər
- •I.2.3.5.2.Biogen faktorlar
- •II фясил. KəŞfiyyat: İnsanların fikirlərini necə «oxumalı», onları necə tanımalı
- •II.1.Şəxsiyyətin psixoloji portreti
- •II.1.1.Şəxsiyyətin individual xarakteristikaları (Konkret fərdlərə xas olan psixi əlamətlər)
- •II.1.1.1.Şəxsiyyətin fizioloji (vital) xarakteristikası
- •II.1.1.2.Şəxsiyyətin emosional (psixomotor) xarakteristikası.
- •II.1.1.3.Şəxsiyyətin intellektual (koqnitiv) xarakteristikası.
- •II.1.1.4.Şəxsiyyətin iradi (evokativ) xarakteristikası.
- •II.1.2.Şəxsiyyətin relyativistik xarakteristikaları
- •II.2.Şəxsiyyətin tədqiq üsulları
- •II.2.1.Diaxronik tədqiq üsulu
- •II.2.2.Sinxronik tədqiq üsulu
- •II.2.2.1.Müşahidə
- •II.2.2.2.Eksperiment
- •II.2.2.2.1.Sərbəst assosiasiya metodu
- •II.2.2.2.2.Mübahisə metodu
- •II.2.2.2.3.Sınaq-səhv metodu
- •II.2.2.2.4.Statistik intensivlik metodu
- •II.2.2.2.5.Eyham metodu
- •II.2.2.2.6.Həqiqəti təhrif metodu:
- •II.2.2.2.7.Sorğu metodu
- •II.2.2.2.7.1.Faktın müəyyənləşdirilməsi məqsədinə xidmət edən suallar:
- •II.2.2.2.7.2.Əlamət və münasibətin müəyyənləşdirilməsi məqsədinə xidmət edən suallar:
- •III фясил. Bir sira taktiki RəFtar Və ünsiyYəT FəNdLəRi
- •III.1.Necə tanış olmalı?
- •MəHəBBəTin psixologiyasi
- •III.2.Söhbət qaydaları
- •III.2.1.Riskli fikirləri necə ifadə etməli?
- •III.2.2.Tənqid (irad) qaydaları
- •III.2.3.Etiraz, imtina qaydaları
- •III.2.4.Mövzudan məharətlə yayınmaq qaydaları
- •III.2.5.Cavabdan diplomatikcəsinə necə yayınmalı
- •III.2.6.Mövcud münasibəti qoruyub saxlamağa və daha da inkişaf etdirməyə imkan verən qaydalar
- •III.2.7.Mahir həmsöhbət ola bilmək qaydaları
- •III.2.8.Mahir dinləyici ola bilmək qaydaları
- •IV фясил. Ataka: insanlara neCə TəSir gösTəRMəLi
- •IV.1.Psixoloji təsirlərin formaları
- •V.I.Lenin
- •IV.1.2.Təşviqat
- •IV.2.Psixoloji təsirlərin metodları
- •IV.2.1.Təlqin: İnsanları ayıqkən necə hipnoz etməli
- •IV.2.1.1.Avtoritet və etimada əsaslanan təlqin
- •IV.2.1.2.Qarşı tərəfin zəifliklərindən istifadə yolu ilə həyata keçirilən təlqin
- •IV.2.1.3.Situativ faktorlara istinadən həyata keçirilən təlqin
- •IV.2.1.4.Təlqin materialının məzmunu faktoru
- •IV.2.1.5.Təlqin texnikası faktoru
- •7) «İnformasiyanın periferiyadan verilməsi» ilə aparılan təlqin
- •8) Pilləli təlqin:
- •IV.2.2.İnandırma, aldatma və dezinformasiya metodları
- •1) Obyektin siqnalda şifrələnməsi aktında:
- •2) Siqnalın xarakterindən doğan xətalar:
- •4) Hissiyyatın xüsusiyyətindən doğan xətalar:
- •5) İdrak deşifratorunun xüsusiyyətlərindən doğan xətalar:
- •IV.2.2.1.Nümayiş manipulyasiyaları
- •IV.2.2.2.Təsvir manipulyasiyaları
- •IV.2.2.3.İzah manipulyasiyaları
- •IV.2.2.4.Arqumentasiya manipulyasiyaları
- •IV.2.3.Sanksiya
- •4) İradi tələbatlarla manipulyasiya:
- •IV.2.3.1.Müsbət sanksiyalar
- •1) Fizioloji tələbatlarla manipulyasiya:
- •2) Emosional tələbatlarla manipulyasiya:
- •3) İntellektual tələbatlarla manipulyasiya:
- •IV.2.3.2.Mənfi sanksiyalar
- •IV.2.3.2.1.Psixi diversiya
- •IV.2.3.2.2.Siyasi-inzibati diversiya
- •IV.2.3.2.3.İqtisadi diversiya
- •IV.2.3.2.4.Hüquqi diversiya
- •IV.2.3.2.5.Texniki diversiya
- •İşə düşmə mexanizminə görə viruslar:
- •1) Proqramın özü ilə əməliyyatlar
- •1.A) Makrokomanda (wb (WordBasic) və ya vba (Visual Basic for Application) dilində olan komandalar) əməliyyatları
- •1.B) Prosedura (vəhdətdə icra olunan məntiqi ardıcıl makro-komandalar) əməliyyatları
- •1.C) Makros (proseduralar toplusu və ya operatorun komandası, yaxud da hansısa hadisənin təsiri ilə işə düşən vba-nın proqram kodu) əməliyyatları:
- •1.D) Modul (dəyişən və prosedura mətnlərinin toplusu) əməliyyatları:
- •1.E) Fayl əməliyyatları
- •2) Proqramdaxili digər komandalar
- •IV.2.3.2.6.Hərbi (fiziki) təzyiq
- •IV.2.3.2.6.1.Psixotron silahlar
- •IV.2.3.2.6.2.Psixotrop preparatlar
- •IV.2.3.2.6.3.Partlayıcı maddələr (eksplozivlər):
- •IV.2.3.2.6.4.Kimyəvi silahlar
- •IV.2.3.2.6.5.Bioloji (bakterioloji) silahlar
- •IV.2.3.2.6.6.Tektonik silahlar
- •IV.2.3.2.6.7.Genetik silahlar
- •IV.2.3.2.6.8.Zoo – silahlar
- •IV.2.3.2.6.9.«Humanist» adlandırılan müasir bəzi silah növləri
- •IV.2.4.Cadu, tilsim, ekstrassensorika
- •IV.2.4.1.CaduGəRliyin tarixi
- •IV.2.4.2.CaduGəRliyin növLəRi Və mexanizmi
- •IV.2.4.2.1.Tilsim
- •IV.2.4.2.2.Hipnoz:
- •IV.2.4.2.3.Kontaktsız müalicə:
- •IV.2.4.2.4.Telekinez:
- •IV.2.4.2.5.Levitasiya:
- •IV.2.4.2.6.Sensitivistlik:
- •IV.2.4.2.7.Teleportasiya:
- •IV.2.4.2.8.Maddiləşmə-ərimə:
- •IV.2.4.2.9.Spiritizm:
- •IV.2.4.2.10.Zombiləşdirmə:
- •IV.2.4.2.11.Falçılıq (bəsirət, mantika, gələcəkgörmə)
- •IV.2.4.3.Sirli bilikLəRin MəNŞəYi
- •IV.2.4.3.1.İtmiş sivilizasiyalar barədə
- •IV.2.4.3.2.Yerdənkənar sivilizasiyalar barədə
- •V фясил. Virtual mühariBə metodlari
- •Davranış və düşüncələrin neyrostrateji proqramlaşdırılması metodu («Atom bombasına qarşı psixoloji bomba»)
- •V.1.İdeyaları necə iflasa uğratmalı, ideologiyaları necə neytrallaşdırmalı
- •İdeya əleyhinə Sizin istifadə edə biləcəyiniz deyilən tipli elementlər kateqoriyasına qismən aid ola bilər:
- •V.I.2.1) İdeya əleyhinə ideoloji fəaliyyət aparılır. O cümlədən:
- •V.I.2.1.1) Neytral tərəflərin, indiyə qədər müdafiəçisi olmuş tərəflərin onun əleyhinə köklənməsinə, qalxmasına çalışılır. Bu məqsədlə:
- •V.I.2.1.2) Deyilən tipli faktlar tapmaq çətindirsə və ya olanlara dəstək məqsədilə, bunlar süni yolla yaradılır. O cümlədən:
- •V.I.2.2.A) Bu məqsədlə sifariş, muzd ödəmə, səlahiyyətlərdən istifadə və s. Kimi metodlardan aktivliklə istifadə edilir.
- •V.I.3) Paralel olaraq sizin özünüz də onun əleyhinə birbaşa fəaliyyət aparırsınız və ya bu tipli fəaliyyətlərdə birbaşa iştirak edirsiniz, o cümlədən:
- •V.2.Cəhdləri necə blokirovkalamalı, əleyhfəaliyyətlərin qarşısını necə almalı
- •V.3.İnqilabları necə formalaşdırmalı, situasiyaları necə dəyişməli
- •V.4.Qüvvələr (şəxsiyyətlər, dövlətlər...) əleyhinə fəaliyyətlər
- •V.5.Rəqib cəbhəsi daxilinə necə iğtişaş salmalı
- •Təzyiq taktikaları ilə əlaqədar bir sıra nüanslar
- •Qarabağ müharibəsi ilə əlaqədar bəzi çıxarışlar
- •2) Bu problemin siyasi yolla həllinin iki variantı mümkündür:
- •Ədəbiyyat siyahısı
- •1) Rəqəmlərin hərflərə «tərcümə» edilməsi metodu:
- •2) Rəqəmlərin obrazlara «tərcümə» edilməsi metodu:
- •3) Rəqəmlərin cümlələrə «tərcümə» edilməsi metodları:
IV фясил. Ataka: insanlara neCə TəSir gösTəRMəLi
«Siyasət – mümkün olanı əldə edə
bilmək məharətidir!»
Taleyran
Bu konsepsiyanın ətraflı şərhinə keçməzdən əvvəl, giriş məqsədilə (və ya hazırlıq üçün) deyilən komponentlərə istinadən psixikanı idarə etməyin burada əsas götürülən nəzəri mexanizmi barədə müxtəsər məlumat:
Sadalanan ekzogen faktorlar insanın azadlığını əlindən alıb onun taleyini fatal məcraya yönəltməsinə baxmayaraq, digər tərəfdən bunlar onun üçün «əks-rabitə» funksiyası daşıyaraq, ona özünü ətraf dünyaya uyğunlaşdırmaq, təbiət və cəmiyyətlə adaptasiya, harmoniya şəraitində yaşamaq, çoxsaylı münasibətlər sistemində öz yerini tapmaq, özünüqorumada oriyentasiya müəyyənləşdirmək – bir sözlə, yaşamaq uğrunda apardığı mübarizəsində uğurunu, yaxud təhlükəsizliyini sığortalamaq imkanı verir. Lakin bir şərtlə ki, bu təsirlər bitkin və obyektiv olsun, onlar onun tərəfindən düzgün deşifrə olunsun və ona qarşı verdiyi cavab reaksiyası da adekvat məzmun kəsb etsin. Bu isə adi məsələ deyil. İş burasındadır ki, bu təsirlərin bir çoxu əksər halda maskalanmış, digərləri ilə eynizamanlı olduğundan fərqləndirilə bilinməyən, qeyri-stabil, gözlənilməz, obyektin özü tərəfindən dərk olunmayan və s. ola bilir ki, bu da onların subyektiv dəyərləndirilməsində təhriflərə gətirib çıxarır: obyekt ya hansısa real təhlükəni görmür, ya görsə də miqyasını düzgün təyin edə bilmədiyindən konfrontasiya zamanı müqavimət göstərə bilmir, ya da ümumiyyətcə, hər hansısa bir təhlükənin miqyasını şişirdilmiş qavrayıb, ona lazım olduğundan qat-qat artıq diqqət və enerji ayırır. Bütün bunlarsa dezoriyentasiya zəminində dissonans və deqradasiyanı qaçılmaz edir. Məhz bu nüanslar həmin dinamikada insanın ətraf təsirlərdən hər hansı formalı izolyasiyasının onun üçün hansı faciələrə səbəb olacağını təsəvvürə gətirməyə imkan verir. İnsanların ekzogen faktorlar vasitəsilə idarəçiliyi də, məhz həmin bu məqama əsaslanır. Belə ki, istər ayrıca fərdlərin və istərsə də onların təsadüfi yığnağından ibarət olan nəhəng kütlələrin bu zaman ətraf aləmdən aldığı informasiyaları (yəni bir daha təkrar edirik ki, ixtiyari təsir növünü) müəyyən təhriflərdən, saxtalaşdırmadan keçirib onlara çatdırmaqla onların davranış və düşüncələrinin dezoriyentasiyasına, addımlarının, reaksiyalarının, düşüncələrinin, ovqatlarının lazımi proqram üzrə reqlamentləşməsinə və s. nail olmaq mümkündür. Təfəkkürün analiz imkanı isə əldə olan informasiya potensialının kəmiyyət və keyfiyyət hüdudundan kənara çıxa bilmədiyindən, bu zaman obyekt ətraf reallığa informasiya mənbəyinin gözü ilə baxmaq zorunda qaldığından axıra qədər xəbərsiz qalmış olur.
Burada, həmçinin obyektin özünün keçmiş təcrübə və biliklərindən onda qalan komplekslər, «ustanovka»lar, vərdişlər, stereotiplər, şablon reflekslər və b. da heç də az rol oynamır. Bunların korreksiyası isə ontogenez faktorlara müdaxilə hesabına baş verir.
Ontogenez faktorlara müdaxilə halında individin istənilən təsiri analiz etmək üçün istinad etdiyi, oriyentasiya üçün mayak kimi götürdüyü norma və dəyərlər, yaxud onun davranış və düşüncəsində qeyri-şüuri olaraq korrektəedici funksiya yerinə yetirən hansısa meyarlar, komplekslər, vərdişlər, «ustanovka»lar və s. müzakirə obyektinə çevriltdirilir, müxtəlif analiz manipulyasiyaları ilə gözündən salındırılaraq, əvəzində bir başqa kriteriyaların onun beynində hakim olmasına, reaksiyalarının, fikirlərinin, qərarlarının məhz onun prizmasından baxılaraq seçilməsinə, formalaşmasına və s. çalışılır.
Filogenez faktorlar sisteminə müdaxilə isə nisbətən mürəkkəb məsələ olsa da, hər halda, müasir baxımdan qeyri-mümkün də deyil. Belə ki, təbiətdə hərdən spontan olaraq baş verən bir sıra genetik dəyişiklikləri müasir elmdə tibbi-genetik (ələlxüsus, genom açarı vasitəsilə) və psixotreninq vasitəsilə formalaşdırmağın mümkünlüyü artıq eksperimental sübut olunub. Lakin hər halda, bu məsələnin nisbətən mürəkkəb mexanizmini nəzərə alaraq, biz şərti olaraq şəxsiyyətin sonsuz həddə dəyişilməsini mümkünsüz hesab edirik və bunun da başlıca səbəbini şəxsiyyətin nüvəsində filogenez-genetik faktorlar kimi parolun dayanmasında görürük. Bu səbəbdən, kitabda istər ayrıca fərdlərin və istərsə də nəhəng kütlələrin davranış və düşüncələrinin onların genlərinə müdaxilə yolu ilə reqlamentləşdirilməsindən, korreksiyasından bəhs edilmir.
O ki qaldı, nəhəng kütlələrin idarəçiliyinə, o da təqribən deyilən həmin bu mexanizmlər üzrə baş verir. Müxtəlif kütləvi hərəkatlar da bu cür, verilmiş andakı hansısa ümumi stimullardan, kütlənin bu təsirlə bağlı stereotip qənaətindən və onun seqmentar (irqi, irsi, milli, dini, sinfi və s.) psixologiyasından asılıdır: Kütləyə hansısa təhlükənin və ya mənfəətin miqyasını şişirdilmiş şəkildə çatdırmaq mümkündür ki, bu zaman kütlə dezoriyentasiya olunaraq qeyri-adekvat addımlar atasıdır. Kütlənin nəzərində kiminsə və ya nəyinsə rolunu, əhəmiyyətini süni şişirtmək və ya süni kiçiltmək olar ki, bundan sonra o, yaxşı ilə pisi bir-birindən fərqləndirə bilmədən xeyri ilə ziyanını bir-birinə qarışdırsın, öz seçim və qərarında yanılsın...
Beləliklə, insanları hərəkət etdirən qüvvələr, qanunauyğunluqlar barədə bu qədər. Bu qanunlar əsasında, istənilən sosial sistemi süni şəkildə tarazlıqdan çıxarmaq və disbalansdan doğan enerjisini müvafiq qanunların tələbləri üzrə idarə edib, lazımi istiqamətə yönəldə bilmək kifayətdir ki, bir anda istənilən cəmiyyətdə nəhəng təlatümlər, fırtınalar, qasırğalar baş versin, kütlə ən ağılsız hərəkətlərə belə qadir olsun, xaos aləmi başına götürsün ki, bu kitabdan da məqsəd məhz bu mexanizmləri, ondan irəli gələn fəsadları və onların qarşısını almağın metodlarını izah etməkdən ibarətdir.
