Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Diplomatik psixologiya.doc
Скачиваний:
4
Добавлен:
01.07.2025
Размер:
2 Мб
Скачать
☆

I.1.7.Sinergetika

Məlumdur ki, fizikanın termodinamika qanunları zamanla entropiya arasında funksional asılılıq işarəsi qoyaraq, fiziki sistemlərin istənilən təkamülünün son həddinin xaos olduğunu bəyan edir. Başqa sözlə, bu qanunlar istənilən növ enerjinin ən axırda istilik enerjisinə çevrildiyini, istilik enerjisininsə təbii halında özgə heç bir enerjiyə çevrilmədiyini iddia edir ki, bu enerjinin də molekullara Broun prinsipinin tələbləri üzrə xaotik trayektoriya verdiyi məlumdur. Buna əsasən, termodinamika interpretatorları fiziki dünyadakı enerji çevrilmələri zəncirində istiliyin ən axırıncı həlqə olduğunu və xaotikliyin də inkişafın ən son struktur forması olduğunu iddia edirlər. Hətta termodinamikanın meydana gəlməsindən sonra fizika və fəlsəfədə «istilik ölümü» adlanan bir termin də meydana çıxdı ki, bu da termodinamikanın prinsipləri üzrə bütün kainatın gec-tez xaotik molekullar selinə çevriləcəyi proqnozları ilə əlaqədar idi. «Enerjinin itməməsi» kimi fundamental fizika aksiomunun meydana gəlməsində «Termodinamika» qanunlarının əvəzolunmaz rolu olduğu fiziklərə yaxşı məlumdur.

Lakin iyirminci əsrin ortalarından başlayaraq bu prinsiplərin universallığı şübhə altına alınmağa başlandı. Bir sıra filosoflar iddia etməyə başladılar ki, bu qanunların işlək diapazonu yalnız qeyri-üzvi dünya çərçivəsilə məhdudlaşır və üzvi dünya bu prinsiplərdən istisna təşkil edirlər. Özü də təkcə istisna təşkil etməklə kifayətlənməyib, hətta onun əksinə, fəaliyyət göstərirlər. Belə ki, sinergetikanın prinsiplərinə görə – fiziki dünyada entropiyanın artımı, onun bioloji və sosial sistemlərdə azalması ilə kompensasiya olunur. Yəni, biosferada təkamül vektorunun oriyentasiyası biosistemlərin daha optimal təşkilinə doğru yönəlib. Başqa sözlə, istənilən bio və sosial sistem öz entropiyasının azalmasına doğru təkamül edir. Biosistem yalnız o fəaliyyətdən daxili rifah hissi keçirir, hansı ki, onun hüceyrələrinin daha mütəşəkkil forma almasına imkan verir, yardım edir. Sosial və bioloji sferada baş verən istənilən dəyişiklik entropiyanın azalması yolundakı sıçrayışlardan savayı özgə bir şey deyil (bax: burada ədəbiyyat siyahısına ~ 53, 63, 195, 209, 210, 222, 223, 226, 251 vд s...).

I.1.8.Fдlakдt nдzдriyyдsi

Yьksдk hдyat tдrzinin hдlд insanların iddialarının qarşısını ala bilmədiyi və aşağı həyat səviyyəsi olan insanlara nəzərən yüksək həyat səviyyəsi olan insanların həyatdan razılığının artmadığı məlumdur. Yəni, həyat şəraitinin yaxşılaşdığı halda da frustrasiya güclənə bilər. Fəlakət nəzəriyyəsi tərəfdarlarının fikrinə görə bunun izahı ondan ibarətdir ki, reallıq, artan gözləmələrlə ayaqlaşmağa macal tapmayanda, nailiyyətlə gözləmələr arasında uçurum meydana çıxır. Bu uçuruma həmahəng olaraq da, frustrasiya güclənir. Məs., sürətlə inkişaf edən millət urbanizə olduqda, savadlılıq artdıqda, insanlar düşünməyə başlayırlar ki, həqiqi maddi rifah nədir. Lakin bərəkət birdən-birə əmələ gəlmir və imkanla arzuolunan arasında artan bu uçurum da insanlarda frustrasiyanı gücləndirir. İnqilab və digər bu tip sıçrayışlı sosial dəyişikliklərin səbəbi də məhz budur.

Fəlakət nəzəriyyəsi tərəfdarlarının fikrinə görə, əslində elə bütün növ inkişaflar, hətta təkamülün özü də, bu tip mini sıçrayışlar silsiləsindən savayı özgə bir şey deyil. (83 səh. 12-19). Məsələn, bir ərazidə bitkilərin həcmini artması o əraziyə bitki ilə qidalanan heyvanların axışıb gəlməsinə səbəb olur. Burada bu heyvanların kəmiyyəti qidalandıqları bitkilərin normal bərpa sürətini üstələyəndə qida ehtiyatı azalmağa başlayır. Bu isə öz növbəsində həmin heyvanların getdikcə yavaş-yavaş buradan uzaqlaşmasına gətirib çıxarır. Eyni zamanda, burada həmin bu heyvanların sayının çoxalması buraya ətlə qidalanan heyvanları cəlb edir. Onların sayının çoxalması isə müəyyən kollaps həddindən sonra otla qidalanan heyvanların sayının həndəsi silsilə üzrə azalmasına gətirib çıxarır. Bu isə getdikcə burada ətlə qidalanan heyvanların sayının azalmasına, bitki ehtiyatınınsa artmasına gətirib çıxarır. Bu tendensiya, bir müddət sonra bütün bu proseslərin spiralvari xətt üzrə yenidən təkrar olunmasına gətirib çıxarır.

  

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]