Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Diplomatik psixologiya.doc
Скачиваний:
4
Добавлен:
01.07.2025
Размер:
2 Мб
Скачать
☆

IV.2.3.2.6.3.Partlayıcı maddələr (eksplozivlər):

Bizə məlum olan ədəbiyyatlarda, adətən partlayış törədən maddələrin heç bir təsnifatı aparılmır və onlar hamısı birlikdə partlayış törədən maddələr sırasına aid edilir. Lakin biz daha aydın təsəvvür üçün partlayıcılıq xüsusiyyətinə malik olan maddələri aşağıdakı 4 kateqoriyaya ayırırıq:

Birinci kateqoriya partlayıcı maddələr: Partlayıcı civə, qurğuşun-azid, qurğuşun-trinitro-rezorsinat, tetrozen, pikrin turşusu (melinit), diazodinitrofenol (və ya onların qarışığı);

İkinci kateqoriya partlayıcı maddələr:

— Nitratlar: ammoniya nitratı – məs., azot turşusunun duzu; spirt nitratları – məs., nitro-gliserin, nitroqlükol, nitrosellüloza (tüstüsüz barıt) və s.;

— Nitrobirləşmələr: trotil, nitrometan, nitrobenzol və s. və polinitrobirləşmələr: trinitrotoluol, trinitrofenol və s.;

— Nitroaminlər: tetril, heksagen, oktagen, etilendinitroamin və s. və i.a.

Üçüncü kateqoriya partlayıcı maddələr: Transuran elementlər və ya aktinoidlər. Başqa sözlə, nüvə partlayıcıları. Partlayış nüvə parçalanması halında baş verir.

Dördüncü kateqoriya partlayıcı maddələr: Hidrogenin ağır izotopu olan – tritium ( ). Partlayış – nüvə sintezi halında baş verir.

Partlayıcı maddələrin bu təsnifatının müəllifliyi bizə məxsusdur. Təsnifat – maddələrin təsirəhəssaslığı və partlayış gücünə əsasən aparılıb. Belə ki, hər növbəti kateqoriya partlayıcılar özündən əvvəlkinə nisbətən bir neçə yüz, və hətta bir neçə min dəfə artıq partlayıcılıq gücünə malikdir, ancaq ki, onun hərəkətə gəlməsi, yəni partlaması üçün isə, özündən əvvəlki kateqoriyanın maddələrinə nisbətən qat-qat artıq impuls («detonasiya») lazımdır. Buna görə də, hər bir kateqoriyaya aid olan maddələr, öz vəzifəsindən əlavə, həm də öz kateqoriyasından sonrakı maddələrin detonatoru yerində istifadə olunur.

Məs., I kateqoriya partlayıcılar ifrat həssasdırlar – onlar adi zərbədən, sürtünmədən, qığılcımdan və s. partlayırlar, ancaq ki, çox kiçik gücə malikdirlər. Yəni onların partlayışı elə böyük dağıdıcılıq törətmir. Buna görə də, onlardan, əsasən uşaq oyuncaq-tüfənglərində, bayram pistonlarında, feyerverklərdə, pirotexniki effekt (tüstü, işıq, səs və s.) yaradan fişənglərdə və s., istifadə olunur. Həmçinin, bunlardan, yuxarıdakı təsnifatdakı II kateqoriyada duran partlayıcıları hərəkətə gətirmək, yəni partlatmaq üçün, onların detonatorları, kapsulları, pistonları və s. yerində istifadə olunur.

II kateqoriya partlayıcılar – müasir dünyada mövcud olan nüvə və termonüvə silahlarından savayı, digər bütün növ odlu silahların əsas özəyini təşkil edir. Aviasiya bombalarından tutmuş, alazanlara, stingerlərə, əl qumbaralarına, top və tank mərmilərinə və s.-ə qədər hamısı bu partlayıcılarla işləyir. Ancaq ki, onlar yuxarıdakı kimi adi zərbədən, sürtünmədən və s. hərəkətə gəlib partlamırlar. Xeyr. Onların partlaması üçün bir qədər artıq güc (detonasiya) lazımdır ki, bu məqsədlə də, onların detonatorları yerində, müxtəlif vasitələrdən, o cümlədən elektrik qığılcımından savayı, həm də bu birinci kateqoriya maddələrin partlamasından istifadə olunur.

III kateqoriya partlayıcılara, sadə dillə desək, adi nüvə bombaları, bir qədər elmi terminlərlə ifadə etsək isə – Mendeleyevin dövri sisteminin axırlarında yerləşən elementlər aiddir (bu cədvəlin axırlarına doğru getdikcə, elementlərin atomunun dayanıqlığı zəifləyir). Elmdə bunlara transuran maddələr, yəni həmin cədvəldə uran elementindən sonra yerləşən maddələr deyilir. Həmin maddələri adi vəziyyətdən çıxarıb, böhran vəziyyətinə, yəni partlayıcılıq həddinə gətirmək üçün çox-çox böyük detonasiya, yəni ilkin impuls zəruridir. Məhz həmin həddi əldə etmək üçün bu bombaların da içərisində, bizim yuxarıdakı təsnifatda II kateqoriyaya aid etdiyimiz maddələri, yəni adi bombaları partladırlar. Başqa sözlə, nüvə bombalarının detonatoru rolunda adi bombalar çıxış edir. Nüvə bombasının içərisində böyük gücə malik bu bombaların partlaması, sadə sxemlə ifadə etsək, həmin nüvə maddəsinin bir-neçə atomunu parçalayıb dağıdır, yəni bu atomların elektron, proton, neytron və s. mikrozərrəciklərini bir-birindən aralayır. Bunlarsa öz növbəsində kiçik qəlpələri xatırladıb, digər atomları bu cür partladıb-dağıdır, onların da hər biri – digərlərini, beləcə «zəncirvari reaksiya» deyilən akt baş verir9.

IV kateqoriya kimi təsnif etdiyimiz partlayıcılara, sadə dillə desək «hidrogen bombası», elmi dillə desək, nüvə silahından bir neçə yüz və hətta bir neçə min dəfə güclü olan termonüvə silahları aiddir. əgər nüvə bombalarının əsasında Mendeleyev cədvəlinin sonlarında yerləşən maddələr dururdusa, termonüvə bombalarının əsasında bu cədvəlin əvvəlində yerləşən maddələr (əsasən, hidrogen, daha doğrusu onun izotopları – deyterium, tritium, Li6) durur. Elə buradan da aydın görünür ki, bu 2 növ bombaların partlayışının fiziki sxemi tam şəkildə bir-birindən fərqlənməlidir və məhz ona görə də, biz onları fərqli kateqoriya partlayıcılar kimi təsnif edirik. Və həqiqətdə də, əgər əvvəlincilərdə partlayış atomların öz qəlpələrinə parçalanması formasında gedirdisə, burada əksinə, ayrı-ayrı hidrogen atomlarına fərqli qəlpələr kimi baxılır və bu qəlpələr birləşməyə vadar edilərək yeni maddə (əsasən, Mendeleyev cədvəlində hidrogendən sonra yerləşən heliumun müxtəlif izotopları) yaradılır. Kvant fizikası dili ilə ifadə olunsa, burada nüvə sintezi prosesi baş verir. Yaranmış yeni elementin nüvəsi, özünü dayanıqlı vəziyyətə gətirmək üçün atom daxilindəki nukleidlərin yeni balansını formalaşdırır ki, nəticədə atomdaxili energetik səviyyələr dəyişir və termonüvə partlayışı baş verir. Deyildiyi kimi, bütün bunlar üçün fərqli hidrogen atomunu bir atom şəklində sintez olunmağa vadar etmək gərəkdir. Bu isə adi məsələ deyil. Nüvə daxilindəki elektrostatik itələmə qüvvəsini dəf edib, 2 fərqli elementin protonunu nüvə cazibəsinin təsir göstərdiyi məsafəyə qədər bir-birinə yaxınlaşdırmaq üçün olduqca böyük təzyiq gərəkdir. Kvant fizikası bu problemi çox asan yolla həll edir: bunun üçün hidrogen bombasının içərisində kiçicik atom bombası partlatmaq gərəkdir. Atom bombası, bir tərəfdən olduqca böyük təzyiq, digər tərəfdən nüvə sintezinin baş verməsi üçün gərək olan milyard dərəcə istiliyi verir. Beləliklə, termonüvə bombaların detonatoru rolunda da, yuxarıdakı təsnifatda bizim ondan əvvəlki kateqoriyaya aid etdiyimiz nüvə bombaları çıxış edir.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]