- •İ.Ə.Seyidov
- •I фясил. Davraniş Və düşünCəLəRin determinasiya mexanizmi baRəDə
- •I.1.Motivlər barədə mövcud nəzəriyyələr
- •I.1.1.Psixoanaliz nəzəriyyəsi
- •I.1.2.Analitik psixologiya
- •I.1.3.İndividual psixologiya
- •I.1.4.Biheviorial-təlim cərəyanı
- •I.1.5.Humanist psixologiya
- •I.1.6.Evolyusionizm
- •I.1.7.Sinergetika
- •I.1.8.Fдlakдt nдzдriyyдsi
- •I.2.Motivlər barədə bizim qənaətimiz
- •I.2.1.Genetik (irsi) amillər
- •I.2.1.1.Psixoloji universalilər:
- •I.2.1.1.1.Fizioloji universalilər:
- •I.2.1.1.2.Emosional universalilər:
- •I.2.1.1.3.İntellektual universalilər:
- •I.2.1.1.4.İradi universalilər:
- •I.2.1.2.Psixoloji tələbatlar
- •I.2.1.2.1.Fizioloji tələbatlar:
- •I.2.1.2.2.Emosional tələbatlar:
- •I.2.1.2.3.İntellektual tələbatlar:
- •I.2.1.2.4.İradi tələbatlar:
- •I.2.2.Təbiət amilləri
- •I.2.2.1.Bürclərin təsirləri
- •I.2.2.2.Coğrafi faktorlar
- •I.2.3.Sosial amillər
- •I.2.3.1.Lokal sosial determinantlar
- •I.2.3.2.Qlobal sosial determinantlar
- •I.2.3.3.Sosial qrupların tipləri
- •I.2.3.4.Bəzi sosial qrupların psixologiyası
- •I.2.3.4.1.Qadın və kişi psixologiyası
- •2) Sosial dominantliq
- •3) Aqressivlik
- •4) Seksualliq
- •I.2.3.4.2.Millətlərin psixologiyası
- •İndividualist kollektivist mədəniyyətdə olarkən
- •I.2.3.5.1.Komplekslər
- •I.2.3.5.2.Biogen faktorlar
- •II фясил. KəŞfiyyat: İnsanların fikirlərini necə «oxumalı», onları necə tanımalı
- •II.1.Şəxsiyyətin psixoloji portreti
- •II.1.1.Şəxsiyyətin individual xarakteristikaları (Konkret fərdlərə xas olan psixi əlamətlər)
- •II.1.1.1.Şəxsiyyətin fizioloji (vital) xarakteristikası
- •II.1.1.2.Şəxsiyyətin emosional (psixomotor) xarakteristikası.
- •II.1.1.3.Şəxsiyyətin intellektual (koqnitiv) xarakteristikası.
- •II.1.1.4.Şəxsiyyətin iradi (evokativ) xarakteristikası.
- •II.1.2.Şəxsiyyətin relyativistik xarakteristikaları
- •II.2.Şəxsiyyətin tədqiq üsulları
- •II.2.1.Diaxronik tədqiq üsulu
- •II.2.2.Sinxronik tədqiq üsulu
- •II.2.2.1.Müşahidə
- •II.2.2.2.Eksperiment
- •II.2.2.2.1.Sərbəst assosiasiya metodu
- •II.2.2.2.2.Mübahisə metodu
- •II.2.2.2.3.Sınaq-səhv metodu
- •II.2.2.2.4.Statistik intensivlik metodu
- •II.2.2.2.5.Eyham metodu
- •II.2.2.2.6.Həqiqəti təhrif metodu:
- •II.2.2.2.7.Sorğu metodu
- •II.2.2.2.7.1.Faktın müəyyənləşdirilməsi məqsədinə xidmət edən suallar:
- •II.2.2.2.7.2.Əlamət və münasibətin müəyyənləşdirilməsi məqsədinə xidmət edən suallar:
- •III фясил. Bir sira taktiki RəFtar Və ünsiyYəT FəNdLəRi
- •III.1.Necə tanış olmalı?
- •MəHəBBəTin psixologiyasi
- •III.2.Söhbət qaydaları
- •III.2.1.Riskli fikirləri necə ifadə etməli?
- •III.2.2.Tənqid (irad) qaydaları
- •III.2.3.Etiraz, imtina qaydaları
- •III.2.4.Mövzudan məharətlə yayınmaq qaydaları
- •III.2.5.Cavabdan diplomatikcəsinə necə yayınmalı
- •III.2.6.Mövcud münasibəti qoruyub saxlamağa və daha da inkişaf etdirməyə imkan verən qaydalar
- •III.2.7.Mahir həmsöhbət ola bilmək qaydaları
- •III.2.8.Mahir dinləyici ola bilmək qaydaları
- •IV фясил. Ataka: insanlara neCə TəSir gösTəRMəLi
- •IV.1.Psixoloji təsirlərin formaları
- •V.I.Lenin
- •IV.1.2.Təşviqat
- •IV.2.Psixoloji təsirlərin metodları
- •IV.2.1.Təlqin: İnsanları ayıqkən necə hipnoz etməli
- •IV.2.1.1.Avtoritet və etimada əsaslanan təlqin
- •IV.2.1.2.Qarşı tərəfin zəifliklərindən istifadə yolu ilə həyata keçirilən təlqin
- •IV.2.1.3.Situativ faktorlara istinadən həyata keçirilən təlqin
- •IV.2.1.4.Təlqin materialının məzmunu faktoru
- •IV.2.1.5.Təlqin texnikası faktoru
- •7) «İnformasiyanın periferiyadan verilməsi» ilə aparılan təlqin
- •8) Pilləli təlqin:
- •IV.2.2.İnandırma, aldatma və dezinformasiya metodları
- •1) Obyektin siqnalda şifrələnməsi aktında:
- •2) Siqnalın xarakterindən doğan xətalar:
- •4) Hissiyyatın xüsusiyyətindən doğan xətalar:
- •5) İdrak deşifratorunun xüsusiyyətlərindən doğan xətalar:
- •IV.2.2.1.Nümayiş manipulyasiyaları
- •IV.2.2.2.Təsvir manipulyasiyaları
- •IV.2.2.3.İzah manipulyasiyaları
- •IV.2.2.4.Arqumentasiya manipulyasiyaları
- •IV.2.3.Sanksiya
- •4) İradi tələbatlarla manipulyasiya:
- •IV.2.3.1.Müsbət sanksiyalar
- •1) Fizioloji tələbatlarla manipulyasiya:
- •2) Emosional tələbatlarla manipulyasiya:
- •3) İntellektual tələbatlarla manipulyasiya:
- •IV.2.3.2.Mənfi sanksiyalar
- •IV.2.3.2.1.Psixi diversiya
- •IV.2.3.2.2.Siyasi-inzibati diversiya
- •IV.2.3.2.3.İqtisadi diversiya
- •IV.2.3.2.4.Hüquqi diversiya
- •IV.2.3.2.5.Texniki diversiya
- •İşə düşmə mexanizminə görə viruslar:
- •1) Proqramın özü ilə əməliyyatlar
- •1.A) Makrokomanda (wb (WordBasic) və ya vba (Visual Basic for Application) dilində olan komandalar) əməliyyatları
- •1.B) Prosedura (vəhdətdə icra olunan məntiqi ardıcıl makro-komandalar) əməliyyatları
- •1.C) Makros (proseduralar toplusu və ya operatorun komandası, yaxud da hansısa hadisənin təsiri ilə işə düşən vba-nın proqram kodu) əməliyyatları:
- •1.D) Modul (dəyişən və prosedura mətnlərinin toplusu) əməliyyatları:
- •1.E) Fayl əməliyyatları
- •2) Proqramdaxili digər komandalar
- •IV.2.3.2.6.Hərbi (fiziki) təzyiq
- •IV.2.3.2.6.1.Psixotron silahlar
- •IV.2.3.2.6.2.Psixotrop preparatlar
- •IV.2.3.2.6.3.Partlayıcı maddələr (eksplozivlər):
- •IV.2.3.2.6.4.Kimyəvi silahlar
- •IV.2.3.2.6.5.Bioloji (bakterioloji) silahlar
- •IV.2.3.2.6.6.Tektonik silahlar
- •IV.2.3.2.6.7.Genetik silahlar
- •IV.2.3.2.6.8.Zoo – silahlar
- •IV.2.3.2.6.9.«Humanist» adlandırılan müasir bəzi silah növləri
- •IV.2.4.Cadu, tilsim, ekstrassensorika
- •IV.2.4.1.CaduGəRliyin tarixi
- •IV.2.4.2.CaduGəRliyin növLəRi Və mexanizmi
- •IV.2.4.2.1.Tilsim
- •IV.2.4.2.2.Hipnoz:
- •IV.2.4.2.3.Kontaktsız müalicə:
- •IV.2.4.2.4.Telekinez:
- •IV.2.4.2.5.Levitasiya:
- •IV.2.4.2.6.Sensitivistlik:
- •IV.2.4.2.7.Teleportasiya:
- •IV.2.4.2.8.Maddiləşmə-ərimə:
- •IV.2.4.2.9.Spiritizm:
- •IV.2.4.2.10.Zombiləşdirmə:
- •IV.2.4.2.11.Falçılıq (bəsirət, mantika, gələcəkgörmə)
- •IV.2.4.3.Sirli bilikLəRin MəNŞəYi
- •IV.2.4.3.1.İtmiş sivilizasiyalar barədə
- •IV.2.4.3.2.Yerdənkənar sivilizasiyalar barədə
- •V фясил. Virtual mühariBə metodlari
- •Davranış və düşüncələrin neyrostrateji proqramlaşdırılması metodu («Atom bombasına qarşı psixoloji bomba»)
- •V.1.İdeyaları necə iflasa uğratmalı, ideologiyaları necə neytrallaşdırmalı
- •İdeya əleyhinə Sizin istifadə edə biləcəyiniz deyilən tipli elementlər kateqoriyasına qismən aid ola bilər:
- •V.I.2.1) İdeya əleyhinə ideoloji fəaliyyət aparılır. O cümlədən:
- •V.I.2.1.1) Neytral tərəflərin, indiyə qədər müdafiəçisi olmuş tərəflərin onun əleyhinə köklənməsinə, qalxmasına çalışılır. Bu məqsədlə:
- •V.I.2.1.2) Deyilən tipli faktlar tapmaq çətindirsə və ya olanlara dəstək məqsədilə, bunlar süni yolla yaradılır. O cümlədən:
- •V.I.2.2.A) Bu məqsədlə sifariş, muzd ödəmə, səlahiyyətlərdən istifadə və s. Kimi metodlardan aktivliklə istifadə edilir.
- •V.I.3) Paralel olaraq sizin özünüz də onun əleyhinə birbaşa fəaliyyət aparırsınız və ya bu tipli fəaliyyətlərdə birbaşa iştirak edirsiniz, o cümlədən:
- •V.2.Cəhdləri necə blokirovkalamalı, əleyhfəaliyyətlərin qarşısını necə almalı
- •V.3.İnqilabları necə formalaşdırmalı, situasiyaları necə dəyişməli
- •V.4.Qüvvələr (şəxsiyyətlər, dövlətlər...) əleyhinə fəaliyyətlər
- •V.5.Rəqib cəbhəsi daxilinə necə iğtişaş salmalı
- •Təzyiq taktikaları ilə əlaqədar bir sıra nüanslar
- •Qarabağ müharibəsi ilə əlaqədar bəzi çıxarışlar
- •2) Bu problemin siyasi yolla həllinin iki variantı mümkündür:
- •Ədəbiyyat siyahısı
- •1) Rəqəmlərin hərflərə «tərcümə» edilməsi metodu:
- •2) Rəqəmlərin obrazlara «tərcümə» edilməsi metodu:
- •3) Rəqəmlərin cümlələrə «tərcümə» edilməsi metodları:
II.2.2.2.7.Sorğu metodu
Tərəf-müqabilin fikirlərini ayırd etməyin, demək olar ki, klassik metodudur. İnsanlıq, yəqin ki, bir-biri ilə ünsiyyət saxlamağı öyrəndiyi gündən bu metoddan istifadə edir. Ünsiyyətdə dominantlıq dərəcəsinə görə məntiq elmi tərəfindən, bəzən deskriptiv və normativ hökmlərlə eynihüquqlu qəbul edilir və xüsusi olaraq, interroqativ (və ya erotetik) məntiq məhz onu öyrənmək üçün yaradılıb. Elmi idrakda rolu əvəzedilməzdir. Ritorika və poetika ondan xüsusi təsir aləti kimi istifadə edir.
Lakin çox-çox əfsuslar olsun ki, sualın həmin bu ritorik, poetik, məntiqi və s. formaları psixologiya üçün yaramır, psixologiya özü isə, daha çox əfsus ki, bu məsələyə heç bir əhəmiyyət verməyib (şablon sualları əhatə edən məhkəmə və tibb psixologiyaları da daxil olmaqla), hansı ki, psixoloji sual kriminalistika, jurnalistika, diplomatiya, diaqnostika və b. üçün də böyük dəyər kəsb edir və onun bitkin təliminin qurulması, sisteminin tapılması psixologiyanın onlarla tədqiqat üsullarını (anket, müsahibə və s.) ümumiləşdirərək dolğunlaşdırar, inkişafına xeyli kömək edərdi.
Gələcəkdə «psixoloji sualın» psixologiyanın xüsusi tədqiqat obyektinə çevriləcəyinə və onun dəqiq mexanizminin, sisteminin tapılacağına böyük ümid bəsləyərək, burada hələlik, bizim fərqləndirə bildiyimiz bəzi psixoloji sual növləri sadalanır:
II.2.2.2.7.1.Faktın müəyyənləşdirilməsi məqsədinə xidmət edən suallar:
7.1.a) Dəqiqləşdirici suallar: Yeganə olaraq «Hə»-«Yox», «Var»-«Yoxdur» («olub»-«olmayıb», «olacaq»-«olmayacaq») kimi bəsit cavablar tələb edən bu sual növlərində yalnız hansısa ehtimalın təsdiq və ya inkarı nəzərdə tutulur. Gündəlik ünsiyyətdə insanların biri-birinə verdiyi «Səndə filan şey varmı?», «Bu filan şeydirmi?», «Gələcəksənmi?», «Yaxşısanmı?» və s. kimi suallar bu növdəndir.
Psixoloji baxımdan, bu tipli suallar da, birbaşa formasında yararlı deyil. Belə ki, sizə heç bir aidiyyatı olmayan bir məsələ barədə sual verdikdə sizə elə bir cür də cavab verə bilərlər: «Bunun sənə nə dəxli?». Odur ki, bu tipli məqamlarda sualı məntiqi deyil, psixoloji formada qoymaq yeganə effektli yoldur.
Deyilən variant, sualın elə bir formasıdır ki, burada birbaşa olaraq həmin məsələ barədə yox, ondan törəyə biləcək nəticə haqqında sual verilir. Və təbii ki, nəticənin olub-olmamasından, səbəbin də mövcudluğu barədə nəticə çıxarmaq o qədər də, problem törətməyəcək.
Məsələn, tutaq ki, sizə tərəf-müqabilin ailəli, yoxsa subay olduğunu müəyyənləşdirmək lazımdır. Sualın birbaşa variantda qoyuluşu qeyri-etik və təhlükəli olardı. Lakin ailəli olub-olmadığını müəyyən etmədən sualı birbaşa onun həyat yoldaşı barədə verdikdə, cavab hər şeyi həll edir – «Həyat yoldaşınız qohumunuzdurmu (yerlilərinizdəndirmi, işləyirmi, musiqiçi deyil ki, və s.)?» və i.a. formasında;
7.1.b) Tamamlayıcı suallar: Heç nəyin iqrar-inkarını tələb etmədən, hər şeyi sıfırdan başlayaraq öyrənmək məqsədi güdən suallardır. Adi vaxtda insanların bir-birinə verdiyi «Adın nədir?», «Necəsən?», «Haralısan?», «Hara gedirsən?», «Hardan gəlirsən?», «Bu nədir?», «Harda?», «Nə vaxt?», «Necə?», «Nə üçün?», «Kim?», «Nə?» və s. tipli suallar bu kateqoriyadandır.
Yuxarıdakı qrup suallarda olduğu kimi, burada da birbaşa suallar hər yerdə eyni effekti vermir və bu səbəbdən, müəyyən psixoloji anlarda bu qrup sualların da psixoloji variantı düzgün cavab almağın yeganə metodudur. Bunun üçün sual, həmin məsələ ilə assosiativ rabitədə olan və sizə də məlum olan nə isə üçüncü bir şey barədə verilir, onun əsasında isə sizə lazım olan məsələ barədə nəticə çıxarılır. Bütün hallarda burada vacib olanı – müvafiq əlaqələndirici konstantı axtarıb tapmaqdır:
Məsələn, əks cinsin nümayəndəsindən onun yaşını soruşmağın qeyri-etik sayıldığı məlumdur. Lakin yaş əvəzinə nə zaman məktəbi, institutu bitirdiyini, instituta məktəbdən dərhalmı sonra daxil olduğunu və ya söhbət oğlandan gedirsə, əsgərlikdə hansı illərdə olduğunu və s. soruşmaqla bilavasitə yaş barədə nəticə çıxarmaq mümkündür. Eyni qayda ilə, bürcünə əsasən yaşını, doğulduğu ayı tapmaq, ünvanına əsasən telefon nömrəsini, yaxud telefon nömrəsinə əsasən ünvanını müəyyənləşdirmək (məlumat bürosu vasitəsilə), valideynləri ilə öz arasında olan familiya, ünvan fərqinə əsasən ailə vəziyyətini konkretləşdirmək (söhbət, əgər qadından gedirsə) və b. da bu qəbildən olan məsələlərdəndir.
