Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Diplomatik psixologiya.doc
Скачиваний:
4
Добавлен:
01.07.2025
Размер:
2 Мб
Скачать
☆

III.2.3.Etiraz, imtina qaydaları

1) Etirazı qaçılmaz (ixtiyari yox, qaçılmaz!) səbəblə əlaqələndirmək, əks tərəfin israrını, təkidini neytrallaşdıra bilir. Məs., içki təklifinə qarşı elə-belə etiraz etdikdə, təkid daha da güclənə və ya içənlərin həqarətamiz replikaları ilə cavablana bildiyi halda, bunu mədə xəstəliyi ilə, həkimin göstərişi ilə, rul arxasında olacağınızla və s. əlaqələndirmək, əks tərəfi vəziyyətlə barışmağa vadar edir. Hətta alkaşların da dinə böyük hörmət bəsləməsi, bəzi ‘‘mədəni’’ adamlarınsa dinə hörmətsizliyin ətrafdakılardan kiməsə xoş gəlməyə biləcəyini dərk etməsi səbəbindən, belə məqamlarda dinə istinad etmək yəni «seyid nəslindən olduğunu», «tövbəli olduğunu» və s. bildirmək də, təkidi avtomatik blokirovkalayıb, israrı divarla qarşılaşdıran düymələrdəndir.

Təklif olunan görüşdən imtina etmək, bəzən qarşı tərəfin xətrinə dəyib, münasibətə təsir edə bildiyi üçün gənclər (ələlxüsus qızlar) adətən «görüş» məsələlərində bəzən odla-su arasında qalırlar (ələlxüsus da ki, tərəfdaşın səmimiliyinə etibar edilmədiyi, lakin bunu qabartmağın da zəruri olmadığı məqamlarda). Belə halda onun dediyi vaxtda bir başqa vacib işiniz olduğunu və ya ümumiyyətcə, bu ay hansısa bir problemi həll etmək üçün mütləq evdə olmalı olduğunuzu və s. çatdırmaq xüsusi effektlidir (bir aydan sonra Allah kərimdir). Bunlar, deyilən fəndlə bağlı formulun ən ümumi ifadə variantlarına nümunələr idi. Formulun özüsə ondan ibarətdir ki:

ən əvvəl – tərəfdaşın rəy və hissinə hörmət nümayiş etdirməli, ikinci mərhələdə – sizi imtinaya vadar edən sizdən asılı olmayan səbəbləri göstərməli, yaxud lazımi tənqidi ifadə etməli və nəhayət, sonuncu mərhələdə – yenə də onun hiss və fikirlərinə öz hörmətini ifadə etməklə, söhbəti yekunlaşdırmalı.

Nəhayət, həmişə aktual olacaq sevgi etirafı məsələsi: Kiməsə öz ürəyini açıb, məhəbbətinizi izhar etmək nə dərəcədə çətindirsə, ona rədd cavabı vermək də, bir o qədər çətin məsələdir. Belə ki, o, sizi sevməklə sizin yanınızda heç bir günah işlətmir, sizə qarşı heç bir pislik etmir və burada hər şey onun özündən də asılı olmayaraq formalaşıb. Təsəvvüründə qurduğu xəyallara, sizə qarşı bəslədiyi ifrat böyük hörmətə rəğmən sizin ona aşkar rədd cavabınız, onun üçün psixoloji zərbə demək olar və qəlbinə bəlkə də, heç vaxt sağalmayacaq zərbələr vurardı ki, bu da layiq olmadığı halda sizin ona pislik etməyiniz deməkdir.

Bəziləri məsələnin məhz bu sonuncu sentimental tərəflərini düşünə-düşünə çıxılmaz vəziyyətdə qalır və sevmədiyi adama «yox» deməyə dili gəlmədiyindən, ailə qurub ömürlük özünü bədbəxt edir.

Yaxud bəzən bu sevgi təklifi qərəzli məqsəd güdə bilər və siz də aydın başa düşə bilərsiniz ki, bu, yalançı «Leyli-Məcnunluq»dur. Burada gizlin olaraq hansısa (adətən, seksual) təmənna güdülər və vaxtında münasibətin dərinləşməsinin qarşısını almasanız, aydın bilirsiniz ki, sonda tərəfdaşın hansısa məqsədinin alətinə (o cümlədən, seksual oyuncağına) çevrilə bilərsiniz. Lakin bu son məqsəd, hazırda səmimi duyğularla maskalandırıldığından, indi sizin ona hansısa iddia irəli sürməyə, faktik olaraq, ixtiyarınız çatmır və üstəlik də ki, hansısa səbəbdənsə (məs., nədəsə ondan asılı olduğunuz səbəbindən), siz münasibətlərin korlanmasında maraqlı deyilsiniz. Bütün bu kimi hallar üçün nə etməli?

Yenə də həmin «sizdən asılı olmayan səbəb» fəndi effektlidir: «Siz ona hörmət edirsiniz və bəlkə də bu söhbət bir neçə ay bundan əvvəl olmuş olsaydı, məsələ bir başqa cür olardı. Amma indi artıq gecdir, çünki valideynləriniz sizi, heç sizin razılığınız da olmadan, öz qohumunuzdan kiməsə nişanlamaq istəyirlər və artıq danışıq da olub».

Və ya elə-belə, sadəcə olaraq: «Bilirsən, sən yaxşısan, gözəlsən, mənim də sənə hörmətim həmişə böyük olub... (və s. və i.a.). Amma indi mən başqasına nişanlanmaq ərəfəsindəyəm» (təbii ki, hər iki halda söhbət nişanlanmazdan əvvəlki dövrlərdəki münasibətlərdən gedir. Nişanlı olmuş olsaydınız daha bu qədər bəhanəyə ehtiyac qalmazdı ki). Bir-iki aydan sonra soruşulsa ki, «bəs nə oldu nişanın?», – yenə də bəhanə etmək olar ki, o biri tərəfdə (və ya elə sizdə) hüzr yeri düşüb, ona görə, ilin çıxmasına qədər bütün xeyir işlər təxirə salınır və s...;

2) Etiraz etməyin daha bir metodu – tərəfdaşın təklifi qarşısında bir başqa alternativ qoyub, onu qəbul etməkdir. Məs., içki təklifinə qarşı – «Yox, yaxşı olardı ki, mən limonad içim, susamışam (ürəyim limonad istəyir və s.)», çimərliyə getmək təklifi qarşısında – «Yox, yaxşı olar ki, kinoya gedək, ölürəm ərəb filmlərindən ötrü» və s. alternativi qoyula bilər.

Deyilənlərlə əlaqədar bir şeyi deyək ki, bəziləri bu məsələ bağlı onu düşünə bilər ki, onsuz da ailə quranların sayı azalıb. Neçəsi illərlə gözləyir ki, yoldan keçən istənilən birisi elçi gəlsin, təklif versin, ağına-bozuna baxmadan razılıq versin. Təki ailəsi olsun, ömrünü tənhalıqda keçirməsin. Bunların müqabilində, üstəlik də, «otval» metodları barədə yazıb, bayaqdan zorla da olsa düzələ bilən hansısa sevdanı pozmaq, kimlərinsə səmimi hisslərinin qarşısında, indi həmişəlik keçilməz sədlər çəkmək və s. nəyə gərək?

əvvəla, çıxılmazlıqdan qəbul edilən, zorla düzələn sevda ömürlük bədbəxtçilik kimi yaşanılmasa, özü gec-tez pozulasıdır ki, vaxtında qarşısını ala bilmək bundan sərfəlidir. İkincisi, bu fəndlər həm də, kimlərinsə hissləri ilə oynayıb, onlardan öz məqsədləri üçün istifadə edən, gündə bir budağa qonan, bir qəlbə mehman olan həmin Don Juanların (özü də, təkcə oğlan Don Juanların yox) və ya gənclərin dili ilə deyilsə, «vəfasızların» vida səhnəsinin ssenarilərindəndir ki, burada «nakam» rolunu oynamamaq, epizod səviyyəsinə enməmək və s. üçün fabulanın mümkün variantları, proseslərin mümkün cərəyan istiqamətləri ilə qabaqcadan tanış olmaq heç də pis olmamalıdır (hansılardan ki, biri də deyilən tragik variant idi ki, burada, məs., oğlan əldən-ayaqdan gedib hər vasitə ilə qıza sonsuz diqqət və sevgisini nümayiş etdirir, fikrinin ciddi olduğuna qəti əmin edir, qız hayil-mayil olub, dünyanı unudandan və özünü bütövlüklə oğlanın ixtiyarına verəndən sonra isə vaxt çatır, oğlan deyilən monoloqu söyləməyə başlayır: «Bəs, bağışla, valideynlərim məni güclə (Azərbaycanda!?, Güclə!?, Özü də – oğlanı!?!?!?) başqası ilə nişanlayırlar (adətən, qohumumuzla deyilir), mən nə qədər çalışıramsa mümkün olmur. Mən həmişə səni sevəcəyəm, xatırlayacağam və s. və i.a...»);

Nəhayət, qeyri-səmimi, məramı qabaqcadan bəlli olan və ya ümumiyyətcə, yaxın əlaqə qurulması məsləhət bilinməyən istənilən adamdan mədəni şəkildə, münasibətlərə xələl gətirmədən, heç kimin könlünü incitmədən uzaqlaşa bilmək üçün də, ehtiyatda bir neçə etiraz, imtina formulları saxlamaq heç də artıqlıq etməməlidir ki, onlardan bir neçəsi də bunlar idi.

  

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]