Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Diplomatik psixologiya.doc
Скачиваний:
4
Добавлен:
01.07.2025
Размер:
2 Мб
Скачать
☆

IV.2.4.2.8.Maddiləşmə-ərimə:

İnsanın və ya hansısa predmetin hamının gözü qarşısında qəfildən qeybə çəkilməsidir. Tarixdə bununla bağlı nisbətən mötəbər görünən bir sıra faktlar var. 20-ci əsrdə bu kateqoriyadan nisbətən məşhur olan fakt məşhur «Filadelfiya eksperimenti»dir. Burada, 1947-ci ildə ABŞ-ın Filadelfiya ştatının hərbi bazalarından birində aparılan bu eksperiment zamanı, güclü sahə generatorlarının təsiri ilə bütöv təcrübə gəmisinin öz ekipajı ilə birlikdə havada əriyib qeybə çəkilməsi, yalnız dalğanın təsiri kəsildikdən sonra görünməsi, digər vaxt isə gəminin qeyb olub, ümumiyyətcə, buradan çox uzaqlıqda yerləşən Norfolk limanında peyda olması barədə söhbət gedir. Bəziləri məşhur «Bermud üçbucağı»nda da gəmi və təyyarələrin qeybə çəkilməsi ilə əlaqədar gəzən söz-söhbətləri də, məhz orada bu tipli şüaların mövcud olması ilə əlaqələndirirlər. Lakin sonradan ABŞ hökuməti hərbi maraqlardanmı, həqiqi olaraqmı, yoxsa bir başqa səbəblərdənmi irəli gələrək, həmin vaxt həmin yerdə həmin eksperimentin keçirilməsini etiraf etmədi və buna görə də, «Filadelfiya eksperimenti» məsələsi bir qədər az mötəbər fakt kimi yadda qaldı;

IV.2.4.2.9.Spiritizm:

Müxtəlif vasitələrlə ölmüş adamların ruhunu və ya cin və şeytanları çağırmaq və onlarla kontakta girmək ayinidir. Bu ayinin icraçılarına əsasən mediumlar deyilir. Bu sahədə də, ən məşhur fiqur, yenə də yuxarıda adı çəkilən Daniel Duqlas Yumdur.

IV.2.4.2.10.Zombiləşdirmə:

«Zombi» sözü dünyaya uzaq Haiti adalarından yayılmağa başlayıb və bu dildə o, təxminən «canlı meyit» mənasını verir. Buranın özündə isə «zombiləşdirmə əməliyyatı» ilə əsasən, Daqomeya (indiki Benin) şəhərindən çıxmış zəncilərin əcdadları – vudu ayininin icraçıları məşğul olurdular. Hazırda dünyanın müxtəlif xalqları arasında, o cümlədən, Avstraliya aborigenləri, Asiya türkləri və b. arasında da, «zombiləşdirmə» əməliyyatının müxtəlif formalarının tarixən mövcud olduğu məlumdur («zombi» sözünün türk qarşılığı: «manqurt»).

Qədim dövrlərdə insanların zombilərə çevrilməsi ilə, əsasən, cadugərlər məşğul olurdular. Bu, onların qüdrətinə inam yaratmaqdan əlavə, həm də, cəmiyyətdə onların yüksək statusunu təmin edirdi, əhali arasında müəyyən qorxu toxumu səpirdi. Sonradan bundan dövlət mənafeyi üçün istifadə olunmağa başlandı və bu mərhələdə xüsusi məxfi «bizanqo» cəmiyyəti şəkər qamışı plantasiyalarında işləmək, orduda xidmət etmək və s. üçün kütləvi şəkildə «zombi»lər «istehsal etməyə» başladı. Bugünkü gündə də, müxtəlif siyasi, hərbi, iqtisadi, elmi və s. məqsədlərin həyata keçirilməsində «zombi» əməliyyatından istifadə olunmasına dair çoxsaylı faktlar var.

Zombi nədir?

Zombi şüursuz, əqidəsiz, iradəsiz insandır. O, heç bir mənafe və ya əqidə güdmədən, qabaqcadan ona verilmiş tapşırığı yerinə yetirmək üçün hər şeyə hazırdır. O, avtomat itaətkarlığı ilə qulluq etməyə, lazımi vaxtda istənilən adamı, anasını, həyat yoldaşını, övladını, hətta özünü belə öldürməyə qadirdir. Belə adamlar üçün tərəddüd, peşimançılıq, maraq və s. kimi hisslər yabançıdır.

Bəs onların bu vəziyyətə düşməsinin səbəbi nədir?

İnsanları zombiyə çevirməyin bir sıra metodu mövcuddur və bunlardan əsasən ikisi praktikada geniş tətbiq edilir: kimyəvi və psixodinamik metod.

Uzaq Haiti adalarında kimyəvi metodun sirri xüsusi məxfiliklə saxlanılırdı və yalnız nəsildən-nəslə ötürülürdü. O, həm də, bir növ gəlir mənbəyi idi ki, onun sirri indiki «firma sirri» kimi qorunurdu. Bu metodun sirrisə çox sadədir: zombiyə çevrilməsi planlaşdırılan adamın (qulun, əsirin və s.) yeməyinə qabaqcadan dörddişli balıqların (iynəbalıqların, dimdikburun balıqların və b.) ətindən hazırlanan xüsusi zəhər – tetrodoksin qatılır və o, dərhal öldürülür (tetrodoksin – ən güclü zəhər sayılan kalium sianiddən 500 dəfə [!] güclüdür). Lakin bu, həqiqi yox, klinik ölümdür. Belə ki, həmin balıqların əsasən dəri örtüyündə, qaraciyərində, cinsi məhsullarında (süd, ikra,...) və s.-də toplanan bu zəhər sinir sistemini iflic edən zəhərlər sırasına daxildir və dərhal güclü stupor törədir (stupor – latıncadan tərcümədə quruma, qıc olma, bayılma deməkdir). Bənzər hala insan qəfil xəbərdən sonra, diksinmələr, qorxu zamanı və s.-də də, düşür. Bundan sonra «gələcək zombi» torpağa basdırılır və müəyyən müddət orada saxlanılır. Torpaqdan qazılıb çıxarıldıqda isə gözünü açıb ilk gördüyü şəxsin («xilaskarının») əbədi şüursuz quluna çevrilir.

Zombiləşdirmənin psixodinamik metodlarının əsasları isə bu yaxınlarda işlənib hazırlanıb. Amerika psixoloqlarının apardığı belə bir təcrübə məlumdur: müəyyən bir filmin lentinə hər 25 kadrdan bir belə bir elan yerləşdirilir: «Koka-kola için!". Filmin nümayişi zamanı bu söz saniyənin iyirmi beşdə biri qədər vaxtdan görünüb yox olduğundan (kinofilmlər bir saniyədə 25 kadr sürəti ilə verilir) tamaşaçılar təbii ki, onu oxuya bilmirdilər və filmin axırına qədər də, bu əlavə təsirdən xəbərsiz oldular. Lakin... filmin qurtarması ilə hamının bir nəfər kimi yaxınlıqdakı koka-kola köşkünə qaçıb, koka-kola alıb içməsi bir oldu. Məsələ orasındadır ki, insanın bu cür ani təsirləri dərk edib-etməməsindən asılı olmayaraq, onlar hissiyyat tərəfindən qəbul edilir və hiss olunub dərk edilməyən informasiyalarsa itməyib, birbaşa təhtəlşüur sferasına keçir, oradan fərdin gələcək bütün fəaliyyətinə aktiv təsir göstərir. Hipnozun belə funksiyası isə elmdə çoxdan məlum olan faktdır (25-ci kadr effekti ilə əlaqədar ətraflı bax: burada səh. 67 və 67).

20.03.1967 tarixdə Filippinin o vaxtkı prezidenti Ferdinand Markosa qarşı sui-qəsdə cəhd edən bir amerikan vətəndaşı – Luis Ancelo Kastilyo həbs edilir. Heç nəyi boynuna almayan cinayətkarla əlaqədar məhkəmə psixiatrları hipnoz seansı keçirməyi qərara alırlar və olduqca dərin hipnozdan sonra Kastilyo öz həqiqi «mən»ini büruzə verir. Məlum olur ki, onun beyni xüsusi kəşfiyyat orqanları tərəfindən «proqramlaşdırılıb» və o, bundan əvvəl də, bir neçə sui-qəsddə iştirak edib. Bu, missiyasını yerinə yetirdikdən sonra isə, o, həm də özünü öldürməli imiş...

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]