- •İ.Ə.Seyidov
- •I фясил. Davraniş Və düşünCəLəRin determinasiya mexanizmi baRəDə
- •I.1.Motivlər barədə mövcud nəzəriyyələr
- •I.1.1.Psixoanaliz nəzəriyyəsi
- •I.1.2.Analitik psixologiya
- •I.1.3.İndividual psixologiya
- •I.1.4.Biheviorial-təlim cərəyanı
- •I.1.5.Humanist psixologiya
- •I.1.6.Evolyusionizm
- •I.1.7.Sinergetika
- •I.1.8.Fдlakдt nдzдriyyдsi
- •I.2.Motivlər barədə bizim qənaətimiz
- •I.2.1.Genetik (irsi) amillər
- •I.2.1.1.Psixoloji universalilər:
- •I.2.1.1.1.Fizioloji universalilər:
- •I.2.1.1.2.Emosional universalilər:
- •I.2.1.1.3.İntellektual universalilər:
- •I.2.1.1.4.İradi universalilər:
- •I.2.1.2.Psixoloji tələbatlar
- •I.2.1.2.1.Fizioloji tələbatlar:
- •I.2.1.2.2.Emosional tələbatlar:
- •I.2.1.2.3.İntellektual tələbatlar:
- •I.2.1.2.4.İradi tələbatlar:
- •I.2.2.Təbiət amilləri
- •I.2.2.1.Bürclərin təsirləri
- •I.2.2.2.Coğrafi faktorlar
- •I.2.3.Sosial amillər
- •I.2.3.1.Lokal sosial determinantlar
- •I.2.3.2.Qlobal sosial determinantlar
- •I.2.3.3.Sosial qrupların tipləri
- •I.2.3.4.Bəzi sosial qrupların psixologiyası
- •I.2.3.4.1.Qadın və kişi psixologiyası
- •2) Sosial dominantliq
- •3) Aqressivlik
- •4) Seksualliq
- •I.2.3.4.2.Millətlərin psixologiyası
- •İndividualist kollektivist mədəniyyətdə olarkən
- •I.2.3.5.1.Komplekslər
- •I.2.3.5.2.Biogen faktorlar
- •II фясил. KəŞfiyyat: İnsanların fikirlərini necə «oxumalı», onları necə tanımalı
- •II.1.Şəxsiyyətin psixoloji portreti
- •II.1.1.Şəxsiyyətin individual xarakteristikaları (Konkret fərdlərə xas olan psixi əlamətlər)
- •II.1.1.1.Şəxsiyyətin fizioloji (vital) xarakteristikası
- •II.1.1.2.Şəxsiyyətin emosional (psixomotor) xarakteristikası.
- •II.1.1.3.Şəxsiyyətin intellektual (koqnitiv) xarakteristikası.
- •II.1.1.4.Şəxsiyyətin iradi (evokativ) xarakteristikası.
- •II.1.2.Şəxsiyyətin relyativistik xarakteristikaları
- •II.2.Şəxsiyyətin tədqiq üsulları
- •II.2.1.Diaxronik tədqiq üsulu
- •II.2.2.Sinxronik tədqiq üsulu
- •II.2.2.1.Müşahidə
- •II.2.2.2.Eksperiment
- •II.2.2.2.1.Sərbəst assosiasiya metodu
- •II.2.2.2.2.Mübahisə metodu
- •II.2.2.2.3.Sınaq-səhv metodu
- •II.2.2.2.4.Statistik intensivlik metodu
- •II.2.2.2.5.Eyham metodu
- •II.2.2.2.6.Həqiqəti təhrif metodu:
- •II.2.2.2.7.Sorğu metodu
- •II.2.2.2.7.1.Faktın müəyyənləşdirilməsi məqsədinə xidmət edən suallar:
- •II.2.2.2.7.2.Əlamət və münasibətin müəyyənləşdirilməsi məqsədinə xidmət edən suallar:
- •III фясил. Bir sira taktiki RəFtar Və ünsiyYəT FəNdLəRi
- •III.1.Necə tanış olmalı?
- •MəHəBBəTin psixologiyasi
- •III.2.Söhbət qaydaları
- •III.2.1.Riskli fikirləri necə ifadə etməli?
- •III.2.2.Tənqid (irad) qaydaları
- •III.2.3.Etiraz, imtina qaydaları
- •III.2.4.Mövzudan məharətlə yayınmaq qaydaları
- •III.2.5.Cavabdan diplomatikcəsinə necə yayınmalı
- •III.2.6.Mövcud münasibəti qoruyub saxlamağa və daha da inkişaf etdirməyə imkan verən qaydalar
- •III.2.7.Mahir həmsöhbət ola bilmək qaydaları
- •III.2.8.Mahir dinləyici ola bilmək qaydaları
- •IV фясил. Ataka: insanlara neCə TəSir gösTəRMəLi
- •IV.1.Psixoloji təsirlərin formaları
- •V.I.Lenin
- •IV.1.2.Təşviqat
- •IV.2.Psixoloji təsirlərin metodları
- •IV.2.1.Təlqin: İnsanları ayıqkən necə hipnoz etməli
- •IV.2.1.1.Avtoritet və etimada əsaslanan təlqin
- •IV.2.1.2.Qarşı tərəfin zəifliklərindən istifadə yolu ilə həyata keçirilən təlqin
- •IV.2.1.3.Situativ faktorlara istinadən həyata keçirilən təlqin
- •IV.2.1.4.Təlqin materialının məzmunu faktoru
- •IV.2.1.5.Təlqin texnikası faktoru
- •7) «İnformasiyanın periferiyadan verilməsi» ilə aparılan təlqin
- •8) Pilləli təlqin:
- •IV.2.2.İnandırma, aldatma və dezinformasiya metodları
- •1) Obyektin siqnalda şifrələnməsi aktında:
- •2) Siqnalın xarakterindən doğan xətalar:
- •4) Hissiyyatın xüsusiyyətindən doğan xətalar:
- •5) İdrak deşifratorunun xüsusiyyətlərindən doğan xətalar:
- •IV.2.2.1.Nümayiş manipulyasiyaları
- •IV.2.2.2.Təsvir manipulyasiyaları
- •IV.2.2.3.İzah manipulyasiyaları
- •IV.2.2.4.Arqumentasiya manipulyasiyaları
- •IV.2.3.Sanksiya
- •4) İradi tələbatlarla manipulyasiya:
- •IV.2.3.1.Müsbət sanksiyalar
- •1) Fizioloji tələbatlarla manipulyasiya:
- •2) Emosional tələbatlarla manipulyasiya:
- •3) İntellektual tələbatlarla manipulyasiya:
- •IV.2.3.2.Mənfi sanksiyalar
- •IV.2.3.2.1.Psixi diversiya
- •IV.2.3.2.2.Siyasi-inzibati diversiya
- •IV.2.3.2.3.İqtisadi diversiya
- •IV.2.3.2.4.Hüquqi diversiya
- •IV.2.3.2.5.Texniki diversiya
- •İşə düşmə mexanizminə görə viruslar:
- •1) Proqramın özü ilə əməliyyatlar
- •1.A) Makrokomanda (wb (WordBasic) və ya vba (Visual Basic for Application) dilində olan komandalar) əməliyyatları
- •1.B) Prosedura (vəhdətdə icra olunan məntiqi ardıcıl makro-komandalar) əməliyyatları
- •1.C) Makros (proseduralar toplusu və ya operatorun komandası, yaxud da hansısa hadisənin təsiri ilə işə düşən vba-nın proqram kodu) əməliyyatları:
- •1.D) Modul (dəyişən və prosedura mətnlərinin toplusu) əməliyyatları:
- •1.E) Fayl əməliyyatları
- •2) Proqramdaxili digər komandalar
- •IV.2.3.2.6.Hərbi (fiziki) təzyiq
- •IV.2.3.2.6.1.Psixotron silahlar
- •IV.2.3.2.6.2.Psixotrop preparatlar
- •IV.2.3.2.6.3.Partlayıcı maddələr (eksplozivlər):
- •IV.2.3.2.6.4.Kimyəvi silahlar
- •IV.2.3.2.6.5.Bioloji (bakterioloji) silahlar
- •IV.2.3.2.6.6.Tektonik silahlar
- •IV.2.3.2.6.7.Genetik silahlar
- •IV.2.3.2.6.8.Zoo – silahlar
- •IV.2.3.2.6.9.«Humanist» adlandırılan müasir bəzi silah növləri
- •IV.2.4.Cadu, tilsim, ekstrassensorika
- •IV.2.4.1.CaduGəRliyin tarixi
- •IV.2.4.2.CaduGəRliyin növLəRi Və mexanizmi
- •IV.2.4.2.1.Tilsim
- •IV.2.4.2.2.Hipnoz:
- •IV.2.4.2.3.Kontaktsız müalicə:
- •IV.2.4.2.4.Telekinez:
- •IV.2.4.2.5.Levitasiya:
- •IV.2.4.2.6.Sensitivistlik:
- •IV.2.4.2.7.Teleportasiya:
- •IV.2.4.2.8.Maddiləşmə-ərimə:
- •IV.2.4.2.9.Spiritizm:
- •IV.2.4.2.10.Zombiləşdirmə:
- •IV.2.4.2.11.Falçılıq (bəsirət, mantika, gələcəkgörmə)
- •IV.2.4.3.Sirli bilikLəRin MəNŞəYi
- •IV.2.4.3.1.İtmiş sivilizasiyalar barədə
- •IV.2.4.3.2.Yerdənkənar sivilizasiyalar barədə
- •V фясил. Virtual mühariBə metodlari
- •Davranış və düşüncələrin neyrostrateji proqramlaşdırılması metodu («Atom bombasına qarşı psixoloji bomba»)
- •V.1.İdeyaları necə iflasa uğratmalı, ideologiyaları necə neytrallaşdırmalı
- •İdeya əleyhinə Sizin istifadə edə biləcəyiniz deyilən tipli elementlər kateqoriyasına qismən aid ola bilər:
- •V.I.2.1) İdeya əleyhinə ideoloji fəaliyyət aparılır. O cümlədən:
- •V.I.2.1.1) Neytral tərəflərin, indiyə qədər müdafiəçisi olmuş tərəflərin onun əleyhinə köklənməsinə, qalxmasına çalışılır. Bu məqsədlə:
- •V.I.2.1.2) Deyilən tipli faktlar tapmaq çətindirsə və ya olanlara dəstək məqsədilə, bunlar süni yolla yaradılır. O cümlədən:
- •V.I.2.2.A) Bu məqsədlə sifariş, muzd ödəmə, səlahiyyətlərdən istifadə və s. Kimi metodlardan aktivliklə istifadə edilir.
- •V.I.3) Paralel olaraq sizin özünüz də onun əleyhinə birbaşa fəaliyyət aparırsınız və ya bu tipli fəaliyyətlərdə birbaşa iştirak edirsiniz, o cümlədən:
- •V.2.Cəhdləri necə blokirovkalamalı, əleyhfəaliyyətlərin qarşısını necə almalı
- •V.3.İnqilabları necə formalaşdırmalı, situasiyaları necə dəyişməli
- •V.4.Qüvvələr (şəxsiyyətlər, dövlətlər...) əleyhinə fəaliyyətlər
- •V.5.Rəqib cəbhəsi daxilinə necə iğtişaş salmalı
- •Təzyiq taktikaları ilə əlaqədar bir sıra nüanslar
- •Qarabağ müharibəsi ilə əlaqədar bəzi çıxarışlar
- •2) Bu problemin siyasi yolla həllinin iki variantı mümkündür:
- •Ədəbiyyat siyahısı
- •1) Rəqəmlərin hərflərə «tərcümə» edilməsi metodu:
- •2) Rəqəmlərin obrazlara «tərcümə» edilməsi metodu:
- •3) Rəqəmlərin cümlələrə «tərcümə» edilməsi metodları:
1) Fizioloji tələbatlarla manipulyasiya:
Müsbət fizioloji sanksiyalara aiddir: insanın qidaya, suya, havaya, istirahətə və s. olan tələbatlarını ödəmək. Mənfi fizioloji sanksiyalara aiddir: insanı bunlardan məhrum etmək, gəlir yerlərini bağlamaq, sağlamlığına xəsarət toxundurmaq, hətta virusla yoluxdurmaqla olsa da belə; və s;
2) Emosional tələbatlarla manipulyasiya:
Müsbət emosional sanksiyalara aiddir: Hər vasitə ilə müsbət emosional hisslər, yaşantılar keçirməsinə nail olmaq; Mənfi emosional sanksiyalara aiddir: Yer-yerdən ona emosional travma vurmaq, hər vasitə ilə onun mənfi hisslər, yaşantılar keçirməsinə nail olmaq;
3) İntellektual tələbatlarla manipulyasiya:
Müsbət intellektual sanksiyalara aiddir: tərəf-müqabilə hansısa onun üçün həyati əhəmiyyət kəsb edən bir informasiyanı vermək və ya başqa bir yerdən almasına yardım göstərmək, işinə kömək edəcək sirri açmaq, zəruri ideya vermək, problemlərindən çıxış yolu göstərmək və s. Mənfi intellektual sanksiyalara aiddir: ona hər hansı həyati əhəmiyyətli informasiya verməkdən imtina etmək və ya almaqda maneçilik törətmək, faktları ona yarımçıq, təhrifolunmuş formada təqdim etmək və ya həqiqətdə heç olmayan faktlar (dezinformasiya) vermək və s. Bir sözlə, məntiqi analiz və nəticəçıxarma qabiliyyətinə hər vasitə ilə zərbə vurmaq, fikirlərinin cərəyan istiqamətini azdırmaq;
4) İradi tələbatlarla manipulyasiya:
Müsbət iradi sanksiyalara aiddir: qurmasına, yaratmasına, təşkil etməsinə, bir sözlə, hər cür özünüifadəsinə kömək göstərmək, hətta adi söhbət etməsinə, ideya verməsinə və s.-ə qədər; Mənfi iradi sanksiyalara aiddir: bütün bu sahələrdə ona mane olmaq, hətta adi söhbətlərdə belə, başladığı mövzunun dəstək tapıb, davam etdirilməməsi üçün dərhal mövzunu dəyişmək və s.
IV.2.3.1.Müsbət sanksiyalar
Müsbət sanksiya dedikdə burada tərəf-müqabilin şirnikləndirilməsi və ya hər hansı formadasa dəstəklənməsi nəzərdə tutulur. Bu kateqoriyaya qismən aiddir: ona qarşı həmişə hörmətcil, mehriban, gülərüz, diqqətcil və qayğıkeş olmaq; Onun hisslərinə, mənliyinə, rəyinə, irqi, irsi, dini, milli və s. heysiyyatına, adətlərinə və s. hörmət göstərmək; dərdinə şərik olmaq; problemlərində kömək göstərmək; onunla öz aranızda olan ümumi cəhətləri tapmaq, bunları qabarıqlaşdırmaq; üstünlüklərini qabartmaq, vaxtaşırı bunları tərifləmək; eyiblərini, qüsurlarını görməməzliyə vurmaq; ona hədiyyələr vermək; bayramlarını təbrik etmək; arzularını, istəklərini, ad gününü və s. yadda saxlamaqla sonradan onda xoş təəssürat oyatmaq; istədiyi adamla qovuşmasına, arzularının reallaşmasına və s. kömək göstərmək; hər rəftarla ona əhəmiyyətlilik şüuru aşılamaq; ona etibar, etimad etmək; qabiliyyətləri haqqında yüksək fikir söyləmək; münasibətlərdə pərt olmasına imkan verməmək; onunla diskussiyalarda istinad kimi obyektiv kriteriyalara əsaslanmaq; nəticəni qarşılıqlı kompromis və ya şəxsi güzəşt yolu ilə həll etməyə cəhd göstərmək; nitqdə ‘‘sən’’ (‘‘siz’’) əvəzliyini daha çox işlətmək və s; eləcə də, kollektiv (qrup) yanında nüfuz qazanmasına kömək göstərmək, bunun üçün vaxtaşırı lehinə təbliğat aparıb, haqqında müsbət rəy formalaşdırmaq; kollektivin (qrupun) mənafeyinə uyğun hərəkət və sözlərini qabarıqlaşdırmaq, mənafeyinə əks olanlarını ört-basdır etmək, rasionallaşdırmaq; mübahisələrdə tərəfini saxlamaq, haqlı çıxarmaq; kollektivin taleyi ilə bağlı müzakirələrdə onun da iştirak etməsinə çalışmaq; onda olmayan müsbət cəhətləri, başqalarının müsbət xidmətlərini də, onun adına yazmaq; eyiblərini bəraətləndirmək; onunla dost olan hər bir kəsə də hörmət göstərmək; və s.
Bundan əlavə, onun «reytinq şkalasında»kı yerinin, yəni cəmiyyətdə sosial statusunun yüksəlməsi istiqamətində iş aparılır. Bunun üçün, onun qabiliyyətləri, bacarığı, unikal xüsusiyyətləri, perspektivləri, uğurları, təbliğat hədəfi olan tərəflə arasında olan müştərək cəhətləri seçilib qabardılır, əks tərəflər hər vəchlə gizlədilir. Uğursuzluqlarına, problemlərinə haqq qazandırılır, bunlar adi hal kimi təqdim edilib adiləşdirilir. Kütlə nümayəndələrinin, müxtəlif avtoritetlərin onun barəsində olan az-çox müsbət fikirləri tapılıb geniş reklam etdirilir, xüsusi vurğulandırılır. Bu, böyük əksəriyyətin mövqeyi kimi yozulur. Müvafiq halda bu məqsədlə saxta, əsassız, mənbəsiz informasiyalardan istifadə olunur və ümumiyyətcə, dövriyyədə onun mənafeyinə uyğun istənilən forma və məzmunda mütəmadi olaraq saxta informasiyalar yayılır. Fəaliyyətinə hər cür şərait yaradılır, o cümlədən, maliyyə, tribuna və s. baxımından.
Nümunə üçün, məs., idarədə rəhbərin işçiləri stimullaşdırması kimi məsələlərdə: öz əməkdaşlarının real nailiyyətləri barədə professional ictimaiyyətin məlumatlandırılması (məs., layihənin bütün müəlliflərinin şəkli ilə birlikdə jurnalda məqalə verditdirmək yolu ilə), əməkdaşa təşkilatın adından onun yüksək professional səviyyəsini və xidmətini təsdiqləyən təşəkkür məktubu vermək, əlavə təhsil almasına köməklik göstərmək, prestijli stajirovka keçmək, auksioner olmaq hüququ vermək, daxili bankdan istifadə üzrə hüquqlarını genişləndirmək, firmanın hesabına özünün və (ya) ailəsinin istirahət etməsini təşkil etmək, şəxsi işlərində müvəqqəti olaraq firmanın avtomobilindən, şəxsi əmlakından istifadəsinə icazə vermək və b. bu və digər işçinin xidmətini dolayısı qiymətləndirməyə imkan verən bu qəbil müsbət sanksiyalardandır.
Deyilən dəstək özü və ya platforması sizə yaxın, yaxud heç olmazsa, rəqibinizə zidd olan istənilən tərəfə tətbiq edilir ki, bu da rəqibinizə qarşı onlardan da bir alət kimi istifadə etməyə imkan verir.
Bütün hallarda bu yardımın, dəstəyin həcmi, miqyası, lazımi tərəflərdən kimlərin sizə sərf edən, sizin məqsədinizə uyğun olan yolda daha çox irəli getməsi meyarı ilə ölçülür. Yəni bu yolda daha irəli gedənlər və ya daha çox canfəşanlıq edənlərə daha çox yardım edilib, kömək göstərilir, dəstək verilir – sanksiya da, həmçinin.
Bir sözlə, kiminsə sizə xeyirli olan zəhmətini əvəzsiz qoymayıb, hər dəfə nə iləsə (adi təşəkkürdən tutmuş, zəhməthaqqına, vəzifəsini, rütbəsini yüksəltməyə qədər) mükafatlandırmaq, onun növbəti dəfələrdə də, sizin tapşırıqlarınıza can-başla getməsinə səbəb olacaq. əksinə, sizə zidd addımların hər birinin qarşısına bir «kozır» qoymaq, hər cəhdini müvafiq sanksiyalarla müşayiətləndirmək çəkindirici effektlidir. Təzyiqlərinin güzəştlərlə deyil, adekvat sanksiyalarla qarşılaşdığına adət edən tərəf-müqabil gec-tez sizinlə münasibətin haqq-hesabını dərk edəsidir. Gündəlik münasibətlərdə bu sanksiyaların realizəsi adətən təəccüb (heyrət) münasibətin soyudulması (isidilməsi) xəbərdarlıq (təqdir) sanksiya kimi mürəkkəb mərhələlərdən keçir.
Yuxarıda göstərilənlərdən savayı, tərəflərin bir-birinə münasibəti faktoru, onların hər birinin fərdi xüsusiyyətləri, tapşırığın təsir göstərilən şəxsin mənafeyi, əvvəlcədən formalaşmış təsəvvürü və s.-lə uyğunluğu, qərar qəbulunda alternativ variantların olub-olmaması, vaxt ehtiyatı, situasiya və b. kimi faktorlar da ünsiyyətin nəticəsinə təsir göstərən amillərdəndir.
