Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Diplomatik psixologiya.doc
Скачиваний:
4
Добавлен:
01.07.2025
Размер:
2 Мб
Скачать
☆

II.2.2.2.4.Statistik intensivlik metodu

Xoşu gələn bir oyuncaq və ya iştahı keçən təam yanında balaca uşağın özünü necə apardığı məlumdur: uşağın gözü onun yanında qalır, anasının əlindən ona doğru daha çox dartınır və s. Böyük adamlarla bağlı da hər şey beləcədir. Yaşından asılı olmayaraq istənilən adam beynini məşğul edən problemə fikrən dönə-dönə qayıdır, o məsələ onun diqqətini daha tez-tez məşğul edir. Məhz bu kiçicik «əlyeri» də, onun fikirlərini «oxumaq» məsələsində daha bir oriyentasiya verir.

 Söhbət əsnasında tərəf-müqabilin hansı mövzuya doğru daha tez-tez «dartındığını», dönə-dönə qayıtdığını, müraciət etdiyini, hansı adı tez-tez hallandırdığını, misal göstərdiyini, ehtiyac olmadan vurğuladığını və s. izləməklə, onun beynini daha çox məşğul edən problem barədə ümumi təsəvvür əldə etmək mümkündür. Həmin mövzunun ümumi söhbətlərindəki həcmi, statistik çəkisi, intensivliyi və s. onun düşüncələrinin məhz bu orbit üzrə fırlandığına işarədir.

Qeyd olunmalıdır ki, tərəf-müqabil sizi üzə salmaq, sizdən nəsə qoparmaq xatirinə nəyisə özü qəsdən tez-tez vurğulaya bilər ki, sizin diqqətinizi ona cəlb etsin. Hər halda, bu da yenə onun maraqları kaleydoskopuna aid məsələdir və təmənnalarını açmağa imkan verir;

II.2.2.2.5.Eyham metodu

İnsanın fikirlərini üzə çıxarmağın bir fəndi də budur. Burada müxtəlif ‘‘təsadüfi’’ eyhamlarla işarə edilir ki, guya, onun hansısa bir sirri barədəsə hər şeyi bilirsiniz. Sadəcə olaraq, onu namünasib vəziyyətə salmamaq və ya söhbət o yerə gətirib çıxarmadığı üçün heç nəyi açmırsınız. Artıq burada sizin üçün də gizli heç nə qalmadığına əmin olduğu üçün tərəf-müqabil yeri gəldikcə, söhbət o mövzulara gətirib çıxardıqca, özü onun bəzi tərəflərini, fərqinə varmadan dilindən qaçırasıdır. Yaxud münasibətin forması ona sirr gizlətmək səlahiyyəti vermirsə, o özü tez bəhanə tapıb məsələnin yerdə qalan hissəsini də açıqlamağa (‘‘cəzasını yüngülləşdirmək üçün’’ ‘‘xoşa-xoşluqla boynuna almağa’’) çalışasıdır.

 Burada da, bəzi nüanslar var ki, effektli nəticə almaq üçün onların nəzərə alınması vacibdir. əvvəla, eyhamlar düz hədəfə dəyməlidir, yəni bu sirrin heç olmazsa bir elementini tam dəqiq bilməlisiniz, O cümlədən, özünüz çıxardığınız məntiqi nəticələrdən eyham kimi istifadə etsəniz, heç olmazsa şübhələrinizin uyarlılıq dərəcəsi kifayət qədər olmalıdır. İkincisi isə, tərəf-müqabilin hər hansı ötəri açıqlamaları barədə qətiyyən sual vermək olmaz, O, hər hansısa bir məsələ barədəsə fərqinə varmadan hər şeyi danışdıqda, ona stavka edir ki, siz onsuz da bunu bilirsiniz. Sizin suallarınızsa, xəbərsizliyinizi üzə çıxarar və onun məsuliyyət barədə hər şeyi yenidən götür-qoy etməsinə gətirib-çıxara bilər;

II.2.2.2.6.Həqiqəti təhrif metodu:

İnsanın həqiqi fikrinin, xarakterinin, emosiyalarının və s. üzə çıxarılmasının daha bir üsulu – onun halının, mövqeyinin, əqidəsinin, fikrinin, xasiyyətinin və s. səhv yozulmasıdır.

Bu metodun özü də iki variasiyadan ibarətdir:

Birinci halda məsələnin pis tərəfi əsas götürülür, müsahibin hansısa bir fikrindən, danışığından, davranışından, niyyətindən, durumundan və s. onun ziyanına, əleyhinə olan nəticə çıxarılır. Bu cür təhrifin, şantajın, insinuasiyanın ona imici, qazancı, asayişi, hörməti, xoşbəxtliyi və s. bahasına başa gələcəyini dərk etdiyi üçün tərəf-müqabil dərhal hər şeyi incəliklərinə qədər açıb danışmağa başlayacaq ki, təki haqqında ədalətsiz qərar çıxarılmasın. Onun mövqeyinin, halının, fikirlərinin və s. şübhə altına alınması bu metodun digər variantıdır ki, yenə də tərəfdaş sizi şübhədən qurtarmaq üçün çapalayasıdır.

İkinci halda əksinə, hər şey mübaliğə etdirilir, ideallaşdırılır. Gələcəkdə həqiqətin üzə çıxması ilə özünün namünasib vəziyyətə düşəcəyini dərk edən tərəfdaş özü dərhal rəyinizə korrektə verməyə başlayacaq:

— Nə danışırsınız, mən o qədər də ideal deyiləm.

— Yox, bilirsiniz, elədir ey, amma...;

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]