- •İ.Ə.Seyidov
- •I фясил. Davraniş Və düşünCəLəRin determinasiya mexanizmi baRəDə
- •I.1.Motivlər barədə mövcud nəzəriyyələr
- •I.1.1.Psixoanaliz nəzəriyyəsi
- •I.1.2.Analitik psixologiya
- •I.1.3.İndividual psixologiya
- •I.1.4.Biheviorial-təlim cərəyanı
- •I.1.5.Humanist psixologiya
- •I.1.6.Evolyusionizm
- •I.1.7.Sinergetika
- •I.1.8.Fдlakдt nдzдriyyдsi
- •I.2.Motivlər barədə bizim qənaətimiz
- •I.2.1.Genetik (irsi) amillər
- •I.2.1.1.Psixoloji universalilər:
- •I.2.1.1.1.Fizioloji universalilər:
- •I.2.1.1.2.Emosional universalilər:
- •I.2.1.1.3.İntellektual universalilər:
- •I.2.1.1.4.İradi universalilər:
- •I.2.1.2.Psixoloji tələbatlar
- •I.2.1.2.1.Fizioloji tələbatlar:
- •I.2.1.2.2.Emosional tələbatlar:
- •I.2.1.2.3.İntellektual tələbatlar:
- •I.2.1.2.4.İradi tələbatlar:
- •I.2.2.Təbiət amilləri
- •I.2.2.1.Bürclərin təsirləri
- •I.2.2.2.Coğrafi faktorlar
- •I.2.3.Sosial amillər
- •I.2.3.1.Lokal sosial determinantlar
- •I.2.3.2.Qlobal sosial determinantlar
- •I.2.3.3.Sosial qrupların tipləri
- •I.2.3.4.Bəzi sosial qrupların psixologiyası
- •I.2.3.4.1.Qadın və kişi psixologiyası
- •2) Sosial dominantliq
- •3) Aqressivlik
- •4) Seksualliq
- •I.2.3.4.2.Millətlərin psixologiyası
- •İndividualist kollektivist mədəniyyətdə olarkən
- •I.2.3.5.1.Komplekslər
- •I.2.3.5.2.Biogen faktorlar
- •II фясил. KəŞfiyyat: İnsanların fikirlərini necə «oxumalı», onları necə tanımalı
- •II.1.Şəxsiyyətin psixoloji portreti
- •II.1.1.Şəxsiyyətin individual xarakteristikaları (Konkret fərdlərə xas olan psixi əlamətlər)
- •II.1.1.1.Şəxsiyyətin fizioloji (vital) xarakteristikası
- •II.1.1.2.Şəxsiyyətin emosional (psixomotor) xarakteristikası.
- •II.1.1.3.Şəxsiyyətin intellektual (koqnitiv) xarakteristikası.
- •II.1.1.4.Şəxsiyyətin iradi (evokativ) xarakteristikası.
- •II.1.2.Şəxsiyyətin relyativistik xarakteristikaları
- •II.2.Şəxsiyyətin tədqiq üsulları
- •II.2.1.Diaxronik tədqiq üsulu
- •II.2.2.Sinxronik tədqiq üsulu
- •II.2.2.1.Müşahidə
- •II.2.2.2.Eksperiment
- •II.2.2.2.1.Sərbəst assosiasiya metodu
- •II.2.2.2.2.Mübahisə metodu
- •II.2.2.2.3.Sınaq-səhv metodu
- •II.2.2.2.4.Statistik intensivlik metodu
- •II.2.2.2.5.Eyham metodu
- •II.2.2.2.6.Həqiqəti təhrif metodu:
- •II.2.2.2.7.Sorğu metodu
- •II.2.2.2.7.1.Faktın müəyyənləşdirilməsi məqsədinə xidmət edən suallar:
- •II.2.2.2.7.2.Əlamət və münasibətin müəyyənləşdirilməsi məqsədinə xidmət edən suallar:
- •III фясил. Bir sira taktiki RəFtar Və ünsiyYəT FəNdLəRi
- •III.1.Necə tanış olmalı?
- •MəHəBBəTin psixologiyasi
- •III.2.Söhbət qaydaları
- •III.2.1.Riskli fikirləri necə ifadə etməli?
- •III.2.2.Tənqid (irad) qaydaları
- •III.2.3.Etiraz, imtina qaydaları
- •III.2.4.Mövzudan məharətlə yayınmaq qaydaları
- •III.2.5.Cavabdan diplomatikcəsinə necə yayınmalı
- •III.2.6.Mövcud münasibəti qoruyub saxlamağa və daha da inkişaf etdirməyə imkan verən qaydalar
- •III.2.7.Mahir həmsöhbət ola bilmək qaydaları
- •III.2.8.Mahir dinləyici ola bilmək qaydaları
- •IV фясил. Ataka: insanlara neCə TəSir gösTəRMəLi
- •IV.1.Psixoloji təsirlərin formaları
- •V.I.Lenin
- •IV.1.2.Təşviqat
- •IV.2.Psixoloji təsirlərin metodları
- •IV.2.1.Təlqin: İnsanları ayıqkən necə hipnoz etməli
- •IV.2.1.1.Avtoritet və etimada əsaslanan təlqin
- •IV.2.1.2.Qarşı tərəfin zəifliklərindən istifadə yolu ilə həyata keçirilən təlqin
- •IV.2.1.3.Situativ faktorlara istinadən həyata keçirilən təlqin
- •IV.2.1.4.Təlqin materialının məzmunu faktoru
- •IV.2.1.5.Təlqin texnikası faktoru
- •7) «İnformasiyanın periferiyadan verilməsi» ilə aparılan təlqin
- •8) Pilləli təlqin:
- •IV.2.2.İnandırma, aldatma və dezinformasiya metodları
- •1) Obyektin siqnalda şifrələnməsi aktında:
- •2) Siqnalın xarakterindən doğan xətalar:
- •4) Hissiyyatın xüsusiyyətindən doğan xətalar:
- •5) İdrak deşifratorunun xüsusiyyətlərindən doğan xətalar:
- •IV.2.2.1.Nümayiş manipulyasiyaları
- •IV.2.2.2.Təsvir manipulyasiyaları
- •IV.2.2.3.İzah manipulyasiyaları
- •IV.2.2.4.Arqumentasiya manipulyasiyaları
- •IV.2.3.Sanksiya
- •4) İradi tələbatlarla manipulyasiya:
- •IV.2.3.1.Müsbət sanksiyalar
- •1) Fizioloji tələbatlarla manipulyasiya:
- •2) Emosional tələbatlarla manipulyasiya:
- •3) İntellektual tələbatlarla manipulyasiya:
- •IV.2.3.2.Mənfi sanksiyalar
- •IV.2.3.2.1.Psixi diversiya
- •IV.2.3.2.2.Siyasi-inzibati diversiya
- •IV.2.3.2.3.İqtisadi diversiya
- •IV.2.3.2.4.Hüquqi diversiya
- •IV.2.3.2.5.Texniki diversiya
- •İşə düşmə mexanizminə görə viruslar:
- •1) Proqramın özü ilə əməliyyatlar
- •1.A) Makrokomanda (wb (WordBasic) və ya vba (Visual Basic for Application) dilində olan komandalar) əməliyyatları
- •1.B) Prosedura (vəhdətdə icra olunan məntiqi ardıcıl makro-komandalar) əməliyyatları
- •1.C) Makros (proseduralar toplusu və ya operatorun komandası, yaxud da hansısa hadisənin təsiri ilə işə düşən vba-nın proqram kodu) əməliyyatları:
- •1.D) Modul (dəyişən və prosedura mətnlərinin toplusu) əməliyyatları:
- •1.E) Fayl əməliyyatları
- •2) Proqramdaxili digər komandalar
- •IV.2.3.2.6.Hərbi (fiziki) təzyiq
- •IV.2.3.2.6.1.Psixotron silahlar
- •IV.2.3.2.6.2.Psixotrop preparatlar
- •IV.2.3.2.6.3.Partlayıcı maddələr (eksplozivlər):
- •IV.2.3.2.6.4.Kimyəvi silahlar
- •IV.2.3.2.6.5.Bioloji (bakterioloji) silahlar
- •IV.2.3.2.6.6.Tektonik silahlar
- •IV.2.3.2.6.7.Genetik silahlar
- •IV.2.3.2.6.8.Zoo – silahlar
- •IV.2.3.2.6.9.«Humanist» adlandırılan müasir bəzi silah növləri
- •IV.2.4.Cadu, tilsim, ekstrassensorika
- •IV.2.4.1.CaduGəRliyin tarixi
- •IV.2.4.2.CaduGəRliyin növLəRi Və mexanizmi
- •IV.2.4.2.1.Tilsim
- •IV.2.4.2.2.Hipnoz:
- •IV.2.4.2.3.Kontaktsız müalicə:
- •IV.2.4.2.4.Telekinez:
- •IV.2.4.2.5.Levitasiya:
- •IV.2.4.2.6.Sensitivistlik:
- •IV.2.4.2.7.Teleportasiya:
- •IV.2.4.2.8.Maddiləşmə-ərimə:
- •IV.2.4.2.9.Spiritizm:
- •IV.2.4.2.10.Zombiləşdirmə:
- •IV.2.4.2.11.Falçılıq (bəsirət, mantika, gələcəkgörmə)
- •IV.2.4.3.Sirli bilikLəRin MəNŞəYi
- •IV.2.4.3.1.İtmiş sivilizasiyalar barədə
- •IV.2.4.3.2.Yerdənkənar sivilizasiyalar barədə
- •V фясил. Virtual mühariBə metodlari
- •Davranış və düşüncələrin neyrostrateji proqramlaşdırılması metodu («Atom bombasına qarşı psixoloji bomba»)
- •V.1.İdeyaları necə iflasa uğratmalı, ideologiyaları necə neytrallaşdırmalı
- •İdeya əleyhinə Sizin istifadə edə biləcəyiniz deyilən tipli elementlər kateqoriyasına qismən aid ola bilər:
- •V.I.2.1) İdeya əleyhinə ideoloji fəaliyyət aparılır. O cümlədən:
- •V.I.2.1.1) Neytral tərəflərin, indiyə qədər müdafiəçisi olmuş tərəflərin onun əleyhinə köklənməsinə, qalxmasına çalışılır. Bu məqsədlə:
- •V.I.2.1.2) Deyilən tipli faktlar tapmaq çətindirsə və ya olanlara dəstək məqsədilə, bunlar süni yolla yaradılır. O cümlədən:
- •V.I.2.2.A) Bu məqsədlə sifariş, muzd ödəmə, səlahiyyətlərdən istifadə və s. Kimi metodlardan aktivliklə istifadə edilir.
- •V.I.3) Paralel olaraq sizin özünüz də onun əleyhinə birbaşa fəaliyyət aparırsınız və ya bu tipli fəaliyyətlərdə birbaşa iştirak edirsiniz, o cümlədən:
- •V.2.Cəhdləri necə blokirovkalamalı, əleyhfəaliyyətlərin qarşısını necə almalı
- •V.3.İnqilabları necə formalaşdırmalı, situasiyaları necə dəyişməli
- •V.4.Qüvvələr (şəxsiyyətlər, dövlətlər...) əleyhinə fəaliyyətlər
- •V.5.Rəqib cəbhəsi daxilinə necə iğtişaş salmalı
- •Təzyiq taktikaları ilə əlaqədar bir sıra nüanslar
- •Qarabağ müharibəsi ilə əlaqədar bəzi çıxarışlar
- •2) Bu problemin siyasi yolla həllinin iki variantı mümkündür:
- •Ədəbiyyat siyahısı
- •1) Rəqəmlərin hərflərə «tərcümə» edilməsi metodu:
- •2) Rəqəmlərin obrazlara «tərcümə» edilməsi metodu:
- •3) Rəqəmlərin cümlələrə «tərcümə» edilməsi metodları:
II.2.2.2.Eksperiment
İnsanın daxili aləmini müxtəlif situasiya və münasibətlər üzə çıxarır. Məhz, bu halında insanın psixi tarazlıq halı pozulur və o, debilliyin, infantilliyin, dəliliyin hüdudlarında ləngərləməyə başlayır. Lakin bəs, əgər insan xoşa-xoşluqla, təbii surətdə belə hala düşmürsə, onda nə etməli? Gözləməlimi ki, «nə zaman yaz gələr, onda da yonca bitər?».
İnsanın eksperiment vasitəsilə tədqiqi, məhz belə məqamlarda situasiyanı süni surətdə yaratmaq («modelləşdirib»), tərəfdaşı bərkə-boşa, çək-çevirə salmaqla onun barədə hansısa nəticə çıxarmaq məsələsini əhatə edir. Eksperiment zamanı eksperimentin nəticəsinə təsir göstərə biləcək bütün digər dəyişənlər və şərtlər aradan qaldırılmalı və ya elə edilməlidir ki, onlar axıra qədər sabit səviyyədə qalsın.
İnsanı nisbətən yaxından tanımaq üçün on illərlə vaxt lazımdır. Yalnız bu müddətdə müxtəlif situasiya və münasibətlər onun daxili aləmini açmağa və xasiyyətinin incəliklərini üzə çıxarmağa imkan verər. Bundan sonra isə. istənilən halda proqnozlaşdırmaq mümkün olur ki, kimdən nəyi gözləmək olar və kimə hansı rəftar xoş gedib-getmir. Bu qədər müddətsə, göründüyü kimi, olduqca böyük limitdir və yaxşı olardı ki, hər şey cəmisi bir neçə gündə, hətta bir neçə saatda həll olunaydı. ələlxüsus da ki, on illərlə tanıdığın bir adamla əlaqədar belə, hələ hər şey tam aydınlaşmır və onun sizdən gizlətdiyi nə qədər sirləri, zəiflikləri, istəkləri ola bilir. Bütün bunları üzə çıxarmaq, özü də çox tez müddətdə üzə çıxarmaq üçünsə həqiqi «qəlb mühəndisi» olmaq lazımdır. Bu hissədə söhbət, məhz bu məqsədə xidmət edən bəzi fəndlərdən gedəcək.
Aşağıda bu kateqoriyadan olan yeddi vasitə sadalanır, hansı ki, onların bir çoxu psixoanalitika üçün də yeni olduğundan, eyni zamanda, təbabətdə də maraqlı ola bilər:
II.2.2.2.1.Sərbəst assosiasiya metodu
Psixoanalitikanın başlıca alətlərindən olan bu fənd, adi ünsiyyət zamanı da, tərəf-müqabilin daxili dünyasına nüfuz edə bilmək üçün əla vasitədir. Burada, cəhd edilir ki, tərəf-müqabil öz danışdıqlarına maksimum aludə olsun və bununla da, hissləri, fikirləri üzərində nəzarəti əldən buraxsın, özünü unutsun, ehtiyatı yaddan çıxarsın. Bu zaman, «sərbəst assosiasiya» deyilən prinsipə uyğun olaraq, beyində ətalətə oxşar bir hal yaranır, fikirlərin axını «zəncirvari reaksiya» və ya «domino effekti» deyilən akt tərəfindən stimullaşdırılır, «söz-sözü çəkər» prinsipinə uyğun olaraq hər yeni fikir yaddaşdan özünə uyğun digər fikirləri qurcalayıb üzə çıxarır – beləcə, fikirlərin eskalasiyası fasiləsiz olaraq tənzimlənir.
Mexanizm baxımından bu metod autohipnoz halının bir variasiyasıdır. Burada diqqətin tutulub saxlanılması üçün, hipnozdakı kimi, hansısa bir parlaq kürəcikdən və ya düyməcikdən deyil, tərəf-müqabilin öz söhbətlərindən istifadə olunur. Fənd və vasitələr baxımındansa, bu hal hipnozla qismən kəsişir. Belə ki, burada da əsas məqsəd, tərəf-müqabilin psixikasını halına gətirməkdir. Lakin məzmun deyil, forma baxımından burada ciddi fərqlər mövcuddur, çünki hipnozun öz, sərbəst assosiasiya halınınsa öz vasitələri var. İnsanı belə hala gətirməyin bəzi primitiv üsulları hələ öz dövründə freydizm və sonradan onun bazasında yaranan «psixodinamik psixoterapiya» tərəfindən müəyyənləşdirilsə də, bu gün onları daha da dolğunlaşdırıb ümumiləşdirmək mümkündür, o cümlədən:
a) İnsanı belə hala gətirməyin BİRİNCİ ŞəRTİ – heç vədə onun fikirlərini kəsməməkdir. Danışdığı mövzu sizin üçün maraqsız, mənasız, azinandırıcı, cəfəng, darıxdırıcı, səviyyəsiz, təhqiramiz və s. görünə bilər. Burada siz öz əleyhinizə fikirlər eşidə bilərsiniz. Bütün bunların heç biri hələ sizə onun sözünü kəsmək ixtiyarı vermir. Nəzərə alın ki, o, hipnoz vəziyyətindədir və indi danışdıqları onun ürəyinin, beyninin dərinliklərində indiyə qədər gizlətdikləridir və sizin də məqsədiniz məhz onları üzə çıxarmaqdır, daha onunla haqq-hesab çəkmək və ya onunla ünsiyyətdən zövq almaq yox. Bunlar tamam başqa vaxt və söhbətin vəzifəsidir. İndi vacib olanı onun zəifliklərini, ürəyində gizlətdiyi sirlərini, münasibətlərini, təmənnalarını və s. üzə çıxarmaq, yaxud onun vasitəsilə özgələrinin sirlərini öyrənməkdir. Bunlardan ona və ya bir başqalarına qarşı necə istifadə etmək məsələsi sonranın işidir. İndi isə onun fikirlərinin cəmisi bir dəfə kəsilməsi kifayətdir ki, o, ayılsın, vəziyyətə sağlam düşüncə ilə baxsın, özünü ələ alsın və s. əksinə, «xoda» düşüb danışdığı anlarda fikri bütün dünyadan təcrid olub, diqqəti yalnız danışdıqlarının üstündə cəmlənir ki, hipnozçuların bildiyi kimi, bu da hipnoza aparan sadə yoldur. Sözü kəsildikdə isə «fəth olunmuş» diqqət azad olur və bundan sonra nəyəsə nail olmaq üçün hər şey yenidən başlanmalıdır. Bir sözlə ki, təki danışsın, ağzına nə gəldi, fikrindən nə keçdi, qoy danışsın. Sizin üçün maraqlı olanı onun danışdıqları yox, danışıqarası dilindən qaçırdıqlarıdır. Yerdə qalanı isə yalnız bunu açmaq üçün olan vasitələr, buna gətirən yollardır;
b) İKİNCİ ŞəRT – onun təhlükəsizliyinə təminatın olması məsələsidir. əgər nə vaxtsa onun sirlərini açıb yaymısınızsa, öyrəndiyiniz sirrinə görə onu tənə atəşinə tutmusunuzsa və ya elə indi açdığı hansısa bir sirrinə görəsə dərhal qışqırmısınızsa ki, «aha, axır ki, sən öz iç üzünü açdın» və yaxud «yaxşı ki, mən səni başına buraxdım, belə-belə şeyləri açıb danışdın, yoxsa mən də sənin bu cür işlərindən (əclaflıqlarından, sifətlərindən və s.) xəbərsiz qalardım» və s., onda çox çətin ki, indi lazımi effekti əldə edə biləsiniz. Etimad burada hər şeyi həll edir. Buna görə də, burada, birinci növbədə, etimad körpüsü yarada bilmək vacibdir.
— Bu məqamda etimad qazanmağın bir şərti, yuxarıda deyildiyi kimi, onda sirlərinin gizli qalacağına ümid yarada bilməkdir;
— İkinci məsələ – kömək edəcəyinizə gümanının olmasıdır. Özü də söhbət təkcə maddi köməkdən yox, eyni zamanda, mənəvi köməkdən də gedə bilər. Bir sözlə, bu məqamda kömək edəcəyinizə ümid yarada bilmək sizin əsas vəzifələrinizdən biridir;
— Bu məqamda etimad qazanıb, tərəf-müqabilin təhlükəsizliyinə təminat verə bilməyin daha bir formulu – etiraflar mübadiləsidir. Silahını tullayaraq qarşınıza köməksiz vəziyyətdə çıxan tərəf-müqabil, sizə etimad nümayiş etdirir və sizdən də analoji addım gözləyir. Bu məqamda sizin də, öz ‘‘mən’’inizin bəzi neqativ tərəflərini aşkarlamanız, o qədər də «aydan arı, sudan duru» olmadığınızı nəzər-diqqətə çatdırmanız, vəziyyəti zahirən sığortalayar, ünsiyyətin bərabər əsaslarla inkişafına və tərəf-müqabilinin hürkmədən sizə doğru daha da yaxınlaşmasına səbəb ola bilərdi. əks halda, tərəf-müqabil özünü aldadılmış vəziyyətdə hiss edib geri çəkiləsidir;
Ancaq bu sonuncu məqamla bağlı iki təhlükəli nüansı nəzərdən qaçırmamalı. əvvəla, sizin özünüz barədə hər şeyi birnəfəsə açıb tökməniz effektsiz və azinandırıcıdır – hər şey addım-addım və sözgəlişi olmalıdır. İkinci məsələ isə, özgələri barədə olan söhbətlərlə bağlıdır: Tərəf-müqabil kiminsə sirrini açdıqca, qarşılıq xatirinə, sizin də həmin adamın bəzi sirlərini açmanız, haqqınızda «ağzıboş» adam təsəvvürü yarada bilər və gələcəkdə tərəf-müqabil də öz sirlərini sizə açmaqda ehtiyatlanar. Hər halda, hər şeyi vəziyyət və tərəf-müqabilin xarakteri ilə ölçüb-biçməli;
c) Tərəf-müqabili sərbəst assosiasiya halına kökləməyin ÜÇÜNCÜ ŞəRTİ – passiv yox, aktiv dinləyici olmaq, başqa sözlə, onu öz dinləyicilik məharətinizlə stimullaşdırmaqdır. Yuxarıda heç vədə tərəf-müqabilin sözünü kəsməmək tövsiyyə olunmuşdu. Lakin bu, diqqətyayındırıcı, mövzunu dəyişdirən müdaxilələrə aid idi və mövzuya dəstək, emosiyalara təkan məqsədi güdən müdaxilələr bura aid deyil. Məsələ burasındadır ki, bir sıra elə verbal formullar mövcuddur ki, onlar bu halda mane olmayıb, əksinə, tərəf-müqabilin həmin bu, «ayıqkən hipnoz» vəziyyətini daha da dərinləşdirir, ona bir növ təkanlar verir və onu həqiqətən də, getdikcə qeyri-şüuri bir vəziyyətə gətirir. Bu cür formulların bəzilərisə aşağıdakılardır
Ümumi olaraq, tərəf-müqabilin sərbəst assosiasiya, eyforiya halının səviyyəsini yuxarıda sadalanan indikatorlar vasitəsilə müəyyən etmək mümkündür.
EKSPRESSİV İNDİKATORLAR: Tərəf-müqabilin poza və səsi təbii görkəm alır, onlarda gərginlik və həyəcan hiss edilmir. O, gözlərini gizlətmir, göz-gözə gəlməkdən qaçmır, əksinə, sizə daha tez-tez baxır, lakin gözlərini sizə zilləyib də durmur. Özünü sərbəst hiss edir və sizə daha yaxın durmağa çalışır, yaxud pozası sizə tərəf azacıq əyilmiş olur və s.;
PSİXOMOTOR İNDİKATORLAR: Bütün növ reaksiyaları, hərəkəti, nitqi çevikləşir, mimika və jestləri canlanır, suallarınıza cavabı, hər hansı qeydinizə reaksiyası pauzasız, çevik olur, düşünmədən danışır və s.;
KOQNİTİV İNDİKATORLAR: Nitqində hazırcavablıq, lakoniklik artır, yaddaşı güclənir, əksinə, diqqəti zəifləyir və s.;
EVOKATİV İNDİKATORLAR: Ünsiyyətə, ünsiyyətdə təşəbbüsü ələ almağa, özünüifadəyə, özünüböyütməyə və s. meylli olur.
Tərəf-müqabilin nitq və davranışında göstərilən əlamətlərin müşahidə olunması onun tamamilə «ayıqkən hipnoz» vəziyyətində olduğuna işarədir;
